Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Marşrut qadağası minlərlə sakini narazı salıb

 

Avropa Oyunları zamanı Bakıda tıxacların qarşısını almaq üçün bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti ya qısaldılmış, ya da ləğv olunmuşdu. Lakin bu dəyişikliyin hələ də qalması minlərlə vətəndaşı narahat edir.
"Xeberinfo.com":   Musavat.com xəbər verir ki, Bakı ətrafı ərazilərə hərəkət edən avtobusların yolunun qısaldılması, həmin ərazilərdə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.  
Belə ki, əvvəllər "20 Yanvar" və ya "Memar Əcəmi" metro stansiyasının yaxınlığında dayanan 114, 159, 91, 215, 169 nömrəli marşrutların hazırda son dayanacağının beynəlxalq avtovağzalda olması, həm sərnişinlərə, həm də sürücülərə problem yaradır.
Misal üçün, Masazır qəsəbəsində yaşayan sakinlər əvvəllər "Memar Əcəmi" metro stansiyasına gəlmək üçün 215 nömrəli marşrut avtobusundan istifadə edirdilər. Bunun üçün də cəmisi 30 qəpik xərcləyirdilər. Bir nəfərin işə gedib-gəlməsi 60 qəpiyə başa gəlirdi. İndi isə bu ikiqat baha-başa gəlir. Çünki artıq 215 nömrəli marşrut avtobusunun son dayanacağı avtovağzaldadır. Deməli, sərnişin vağzalda digər bir avtobusa minərək, yoluna davam etməlidir. Bu da artıq xərc və vaxt itkisidir. 
Nəzərə alaq ki, avtobuslar təyin edilmiş vaxt intervalı ilə hərəkət edirlər. Deməli, sərnişin bir avtobusdan düşüb, digərinə minməli və onun hərəkət edəcəyi zamanı gözləməlidir. 
Sulutəpə qəsəbəsinin sakini Nazim Cavadov mövcud vəziyyətə görə, aylıq yol xərcinin 2-3 dəfə artdığını deyir:"Əvvəllər 159 nömrəli marşrut avtobusu ilə "20 Yanvar" metrostansiyasına gəlirdim. Buradan da metro ilə işə gedirdim. İşə gedib-gəlmək mənə metro xərci ilə birgə 80 qəpiyə başa gəlirdi. İndi tez qayıtsam 1.40 manata, işdən bir az gec çıxsam, deməli, məcbur taksi ilə getməliyəm. Bu da aylıq yol xərcimin 2-3 dəfə artması deməkdir. Mənə bu pulları kimsə qaytaracaq? 
Ayda 300 manat maaş alıram. Onun da yarısını yollara xərcləyirəm. Bəs mən ailəmi hansı pulla saxlayım? Onsuz da iş vermirlər, çörək qazanmağa hər cür mane olurlar. Heç olmasa belə ziyan vurmasınlar. Avtobusları əvvəli xəttinə qaytarsınlar". 
Masazır sakinləri də eyni durumdadırlar. Firdovsi Rzayev hər gün işlədiyi zavoda getmək üçün 215 nömrəli marşrut avtobusu ilə avtovağzala gəlir, burada digər bir avtobusa minib, metroya gedir: "Hər günüm belə keçir. İşə gecikirəm. Buna görə də danlanıram. Məndən asılı bir şey deyil. Avtobus gəlir vağzala. Düşürük, başqa birinə minirik. Onun da özünə görə hərəkət etmə vaxtı var. Bu da mənim üçün vaxt itkisi deməkdir. Ya gərək evdən daha tez çıxam, ya da taksi ilə gedəm. Belə zülm olmaz. Marşrut xəttimizi köhnə qaydada etsinlər. Xahiş edirik". 
Sürücülər də bu vəziyyətdən narazıdırlar
215 nömrəli marşrut avtobusunun sürücüləri hərəkət xətlərinin qısalmasının onlara maddi ziyan vurduğunu deyirlər: "Əvvəllər "Memar Əcəmi" metrostansiyasına qədər hərəkət edirdik. Yol boyu avtobusa minən də olurdu, enən də. Bu da sürücünün normal qazanması və çətinlik çəkmədən günlük planı ödəməsi demək idi. İndi isə avtovağzala qədər gəlirik. Yolumuz birdir. Qazancımız da 2 dəfə azalıb. Bəzən sərnişinlər bizimlə dalaşırlar ki, "Niyə "Memar Əcəmi" metro stansiyasına qədər getmirsən?" Başa sala bilmirik ki, bu, bizim qərarımızla olmayıb. Guya mən istəyərəm ki, daha az yol gedim, az qazanım? Yox. Amma qərar belədir".
Sürücülər yenidən köhnə xətlə hərəkət edəcəkləri günü gözləyirlər: "Deyirlər ki, yenə əvvəlki xətlə işləyəcəyik. Ona görə gözləyirik. Olmasa şəxsən mən sürmərəm bu avtobusu. Günə 10-15 manat güclə qazanıram. Başqa xətdə daha yaxşı qazana bilərəm, başım da sakit olar".
Vətəndaşların hazırda ən çox istədiyi "Avtovağzal" metrostansiyasının qısa bir zamanda tikilib, başa çatmasıdır. Ondan sonra marşrut xətlərinin dəyişdirilməsinə də gərək qalmayacaq. 
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, stansiyaların tikintisinin bitmə tarixi məlumdur: "İlin sonuna kimi "Elmlər Akademiyası" metrostansiyasının ikinci çıxışı, gələn ilin əvvəli isə "Avtovağzal" və "Memar Əcəmi - 2" stansiyalarını açmaq üçün çalışırıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam