Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazirlik 3 minə yaxın keçmiş məhkuma birdəfəlik müavinət verib

bitmap-img6


Bu ilin birinci yarımili ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş, tibbi və sosial yardıma ehtiyac duyan 2830 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib

 

Xeberinfo.com":   Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti verilib.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi üçün onların peşə reabilitasiyası istiqamətində tədbirlər cari ilin 6 ayında da davam etdirilib. Bu müddətdə cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək 45 nəfər şəxs, o cümlədən 29 nəfər üçün kompüter istifadəçisi, 16 nəfər üçün isə mebel quraşdırıcısı peşəsi üzrə peşə hazırlığı kursları təşkil olunub.
Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi qeyd olunan şəxslərin sosial adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının müdafiəsi və s. kimi məqsədlərə xidmət edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam