Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazirlik qrant müsabiqəsi elan etdi

 

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi qrant müsabiqəsi elan edib. 

 

    "xeberinfo.com"nun Nazirliyin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, gənclər təşkilatları arasında elan olunan müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir. 

   - Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği; 

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi; 

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;

- gənclərin hüquqi maarifləndirilməsində iştirak;

- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması; 

Qeyd edək ki, müsabiqə Gənclər və İdman nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsi əsasında gerçəkləşir.

Müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsində (www.mys.gov.az) yerləşdirilib. Layihələrin son qəbulu fevralın 17-dək davam edəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam