Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Prezidentin mesajları ciddi dəyişikliklərlə nəticələnəcək”

 

“Prezident İlham Əliyev hökumətin altı aylıq yekun hesabatında çox ciddi mesajlar verdi. Hesab edirəm ki, bu mesajlardan sonra mühüm dəyişikliklər olacaq”.

"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O, İlham Əliyevin bir sıra nazirliklərlə bağlı haqlı iradını xüsusilə dəstəkləyib: “Prezident ayrı-ayrı nazirliklərin, icra orqanlarının sahibkarların işinə müdaxilə etməsi, özbaşınalıqları barədə çox ciddi mesajlar verdi. Doğrudan da bu hallar mövcuddur. Azərbaycanda hər zaman sahibkarlığın inkişafına böyük diqqət yetirilir. Dövlət başçısı faktiki olaraq Sahibkarlığa Kömək Fondunun yaradılması ilə sahibkarlığın inkişafı üçün il ərzində təxminən 250-300 milyon manatlarla kreditlər verir.

Bunun müqabilində sahibkarlığın əsas vəzifəsi yüksək keyfiyyətlə xidmətini yerinə yetirmək, məhsul istehsal etmək, dövlətin onun qarşısında qoyduğu tələblərə riayət etməkdən ibarətdir. Yəni vergini vaxtında ödəməlidir. Amma onların işinə müdaxilələr yolverilməzdir. Biz hətta Milli Məclisdə sahibkarlıqla bağlı xüsusi qanun qəbul etdik ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçsin, vahid reyestr müəyyən edilsin. Amma təəssüf ki, buna əməl olunmur. Bir çox nazirliklər, icra orqanları tərəfindən sahibkarların işinə əngəllər törədilir, prezidentin dediyi kimi, “krışalıq” edirlər.

Vahid Əhmədov səlahiyyətlilərin Vergilər Nazirliyi ilə bağlı tutulan iradlardan nəticə çıxaracağına ümid edir: “Bu nazirliklə bağlı irad birbaşa vergi ilə əlaqədardır. Hesab edirəm ki, Vergilər Nazirliyi bundan nəticə çıxarmalıdır.

Deputat Səhiyyə Nazirliyi ilə bağlı iradların tamamilə düzgün olduğunu vurğulayıb: “Dərman preparatları ilə əlaqədar məsələni bir neçə dəfə parlamentdə də qaldırmışıq. Məndə olan məlumata görə, hazırda baş nazirin müavini Əli Əhmədovun başçılığı ilə müəyyən işlər görülüb və proses davam edir. Cənab prezidentin qeyd etdiyi kimi, dərmanların qiymətlərinin yuxarı həddi müəyyən edilməli və əhali bu qiymətlər barədə məlumatlandırılmalıdırlar. Bu sahədə də ciddi addımlar atmağa ehtiyac  var”.

Vahid Əhmədov ölkə başçısının çıxışı ilə bağlı xüsusi məqama diqqət çəkib:

“Hesab edirəm ki, ölkənin birinci şəxsi haqlı iradlar bildirirsə, mütləq şəkildə dönüş olmalıdır. İlham Əliyevin çıxışı zamanı xüsusilə bir məqam diqqətimi cəlb etdi. Cənab prezident çıxışını oxumurdu, onun özünün qeydləri vardı və onlara baxaraq bu məsələlərə toxunurdu. Bu onu göstərdi ki, ölkə başçısının ictimaiyyəti narahat edən məsələlərdən faktiki olaraq xəbəri var və bunlar onu ciddi narahat edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam