Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

SİQARET ÇƏKMƏYƏ ÖYRƏŞMƏYİN, SONRA ONU TƏRQİTMƏK ÇƏTİN OLACAQ

 

"Xeberinfo.com":  1492-ci ildə X.Kolumbun matrosları Amerikanın San-Salvador adasında görüblər ki, yerli qəbilənin üzvləri "Tabako" bitgisinin yarpaqlarını borucuq şəklində büküb "Sigaro" düzəldir, onun bir ucunu yandırır, o biri ucu ilə tüstünü ağızdan ciyərinə çəkir və burundan buraxırlar. Onlar bunu tongal ətrafında oturub söhbət edərkən və yol gedib yorulandan sonra dincələrkən edirlər. Belə tüstü ilə nəfəs alan matroslar özlərində əhval-ruhiyyənin dəyişməsini, baş və diş ağrılarının keçməsini hiss ediblər. Sonra onlar bu bitginin toxumlarını Avropaya gətirib, əkib-becərib, yayıblar. Fransanın Portugaliyadakı səfiri J. NİKO "Tabako" bitgisinin yarpaqlarını YEKATERİNA MEDUÇİYƏ hədiyyə gətirib, onun ucunu közərdib tüstüsü ilə nəfəs almağı məsləhət görüb. Yekaterinada isteriya tutmaları keçib və onun kefi yüksəlib. Bu hadisə Tabakodan geniş istifadə edilməsinə səbəb olub. Sonralar Tabako, yəni tütün bəşəriyyət üçün bəlaya çevrilib. Nikonun adı isə tarixə düşüb. Tədqiqatçılar müəyyən ediblər, insana təsir edən tütün tüstüsünün tərkibində olan alkaloid piridinmetilpirrolidindir. Alimlər J.Nikonun şərəfinə bu maddəyə NİKOTİN adı veriblər. Nikotin ağciyərlərdən qana keçir, bədəndə nikotinə həssas sinir uclarına, yəni n-xolinoreseptorlara təsir edir.O, sinir impulslarını periferiyadan baş beyinə və əksinə keçirir. Nikotin 2 fazalı təsir göstərir, əvvəl oyanma, sonra isə tormozlanma yaradır. O, əvvəl sinir- əzələ keçiriciliyini yaxşılaşdırır, sonra isə pisləşdirir. Nikotin orqanizmə az dozada daxil olduqda aşağıdakı dəyişiklər baş verir: beyində və tənəffüs mərkəzində oyanma, ürək vurğularının sayının azalması, arterial təzyiqin bir qədər yüksəlməsi, damarların daralması, tüpürcəyin, bronxların sekretinin və mədə şirəsinin ifrazının çoxalması, bağırsaqların peristaltikasının artması, ürəkbulanma, bəzən qusma. Nikotin orqanizmə çox dozada daxil olduqda baş beyində və tənəffüs mərkəzində tormozlanma üstünlük təşkil edir, nəbz sürətlənir, tüpürcəyin, bronxların sekretinin və mədə şirəsinin ifrazı azalır, bağırsaqlar tonusdan düşür. Nikotin güclü zəhərdir. 100 mg nikotin insanı öldürə bilər. 20 siqaretin tərkibində bu qədər nikotin olur. Bir gündə 20 və daha çox siqaret çəkən adam ona görə ölmür ki, həm siqaretin filtri qoruyucu rol oynayır, həm də nikotin orqanizmə hissə-hissə daxil olur. Nikotinə yeniyetmələr daha çox həssas olur. Siqaret çəkməyə təzə başlayanda onu çəkən şəxsdə baş gicəllənmə, tüpürcək ifrazının artması, öskürək tutması və ürəkdöyünmə baş verir. Sonralar tədriclə nikotinə öyrəşmə olur. Cavanlarda, bir gündə ardıcıl olaraq 20-yə gədər siqaret çəkənlərdə nikotindən kəskin zəhərlənmə olur. Onlarda əvvəl töyşümə olur, sonra tənəffüs zəif və səthi olur. Nəbzin sayı artır, amma dolğunluğu zəif olur. Arterial təzyiq aşağı enir.Ürəkdə ağrılar başlayır, ekstrasistoliya, paroksizmal taxikardiya tipli aritmiyalar olur. Bəzi adamlarda əzələ səyriməsi və qıcolmalar olur. Belə hallarda təcili tədbir görülməsə tənəffüs mərkəzinin paraliçi və ürəyin fəaliyyətinin enməsi nəticəsində ölüm baş verir. Ədəbiyyatda 1 yaşlı uşağın 1 siqareti çeynəməsi, 16 yaşlı gəncin yoldaşları ilə bəhsə girərək ardıcıl 20 siqaret çəkməsi nəticəsində zəhərlənib ölməsi haqqında məlumatlar var. Siqaret tüstüsünün tərkibində nikotindən başqa yerli qıcıqlandırıcılar, karbon oksidi, hidrogen sulfid, başqa toksiki və xərçəng xəstəliyi törədə biləcək maddələr var. Statistik məlumata görə uzun müddət və intensiv siqaret çəkənlərdə onu çəkməyənlərə nisbətən aşağıdakı pataloqiyalar daha çox rast gəlir: xroniki farinqit, larinqit, bronxit, ağciyərlərin emfizeması, pnevmoskleroz, ağız boşluğu selikli qişasının, udlağın, bronxların və ağciyərlərin xərçəngi, ürəyin işemik xəstılikləri- stenokardiya və miokardın infarktı, qastrit, duodenit, mədə və 12 barmaq bağırsağın xorası, qaraciyərin toksiki zədələnməsi, damarların daralması və qanın hərəkətinin pisləşməsi nəticəsində görmə, eşitmə və yaddaşın pisləşməsi, şəkərli diabet xəstəliyi olan adamlarda ayaq pəncələrində qanqrenanın baş verməsinin tezləşməsi, onurğa sütununun aşağı hissəsində destruktiv dəyişiklik baş verdikdə və periferik sinirlər zədələndikdə cinsi pozğunların baş verməsi. Siqaret tüstüsü olan otaqda nəfəs alanlar "passiv "siqaret çəkənlər hesab olunurlar. Onlar da gec-tez bronx-ağciyər xəstəliklərinə tutulurlar. Siqaret çəkməyə öyrənməyin səbəbləri çoxdur. Ata evdə siqaret çəkirsə, oğlu da əvvəl gizli, sonra aşkar siqaret çəkir. Orta məktəbdə siqaret çəkən oğlanlar onu çəkməyənləri öyrədirlər. Ağır fiziki işlə məşğul olan fəhlələr yorğunluğunu alarkən oturub kollektiv şəkildə siqaret çəkirlər. Gərgin zehni əməklə məşğul olan yaradıcı insanlar da iş arası siqaret çəkməklə fasilə edirlər. İşdə və evdə konfliktlə üzləşən kişilər siqareti dalbadal çəkir və deyirlər, bu zəhrimar gərginliyi aradan qaldırır, dərd tüstü kimi yayılır. Bəzi kişilər deyirlər, onlar kökəlməmək üçün siqaret çəkirlər. Doğrudan da nikotin mədə şirəsinə, iştaha, və piy mübadiləsinə təsir edir. Amma bu arıqlamaq üçün xeyirxah üsul deyil. Siqaret çəkən qızlar bu vərdişi oğlanlardan və yaxud rəfigələrindən öyrənirlər. Bəzi qızlar özlərəni zadəgan xanımlar və kino aktyorları kimi aparırlar. Onlar siqareti xüsüsi manera ilə tutur və onun tüstüsünü ləzzətlə udub deyirlər: siqaret çəkəndə və şampanski içəndə əhval-ruhiyyə yüksəlir. Onlar adamın hisslərini oyadırlar. "Siqaret çəkmək moddur", "indi oğlanlar və qızlar arasında fərq aradan götürülüb, niyə qızlar siqaret çəkməməli və spirtli içgi içməməlidir," deyən və əməlinə bəraət qazandırmağa çalışanlar da var. Siqaret çəkməyə başlayanlar düşünmürlər, nikotinə öyrəşmə olur, insan ona vərdiş edir, sonra ondan əl çəkməyi bacarmır. Nikotin bədəndə mübadilə prosesinə qoşulur, onu çəkmədikdə "nikotin aclığı" yaranır. Həmin şəxs narahat olur, ora- bura vurnuxur, diqqətini toplaya bilmir, yersiz yerə əsəbiləşir, başladığı işi qurtara bilmir, yuxusu pozulur. Bəzən o, gecə yarısı qonşudan, yaxud yol keçəndən siqaret istəyib alır. Belə absistent sindrəmun ağırlığı çox zaman siqaret çəkmənin intensivliyindən və müddətindən asılı olur. Siqaret çəkmənin ona zərər verdiyini anlayan adamlar ondan uzaqlaşmaq yollarını axtarırlar. Bəzi adamlar çəkdikləri siqaretin sayını azaldır, digərləri siqaretin yarısını çəkib onun qalan hissəsini atırlar. Lakin onlarda istək qaldığı üçün psixiki gərginlik və fiziki yorğunluq baş verən kimi yenə əvvəki vəziyyətə qayıdır, hətta çəkdikləri siqaretin sayını daha da artırırlar. Ömründə siqareti azı 10 dəfə tərqidib, yenə onu çəkməyə qayıdanlar var. Son zamanlar nikotinsiz siqaretin çəkilməsi təbliğ olunur. Belə siqaretlərin içərisində müxtəlif otlar olur. Onların tüstüsü nikotin kimi stimulyasiya edici təsir göstərmir. Onu çəkən şəxs ləzzət almaq üçün dalbadal siqaret çəkməli olur. Nəticədə həmin otların tüstüsü tənəffüs yollarını qıcıqlandırıb iltihabi xəstəliklərin yaranmasın səbəb olur. Siqareti tərgitmək istəyənlərə kömək etmək məqsədilə dövlət tərəfindən "Lobesil" və "Tabeks" adlı dərmanlar buraxılır. Lobesilin tərkibində lobelin, Tabeksin tərkibində sitizin var. Onların hər ikisi tənəffüs mərkəzinə nikotin kimi stimulyasiya edici təsir göstərir. Həmin dərmanlar yüksək dozada qəbul edildikdə tənəffüs mərkəzinin və ürək qan-damar sisteminin fəaliyyətini artırıb müxtəlif fəsadlar törədirlər. Siqaret çəkmə ilə mübarizəni həm xalq, həm də dövlət aparmalıdır. Valideynlər, müəllimlər və həkimlər siqaret çəkməməli, cavanlara nümunə olmalıdırlar. Yaşlı nəslin nümayəndələri gənc nəsli başa salmalıdırlar, təmiz hava ilə nəfəs almaq, tüstü ilə nəfəs almaqdan yaxşıdır. Siqaret çəkmək cana və cibə ziyandır.Gündən-günə bahalaşan siqaretə veriləcək pula nə isə başqa faydalı bir şey almaq olar. Təbiət kişi cinsinə kişilik, nəsl artırmağa qadirlik kimi xüsusiyyət bəxş edib. Kişi ailə başçısı olur. Onun müqəddəs borcudur, həyat yoldaşının, əvvəl uşaqlarının, sonra nəvələrinin qeydinə qalsın, onlar üçün xoş güzəran yaratsın. Qazandığı pulu spirtli içgiyə və siqaretə verib onları ac-yalavac saxlamasın, özü də sağlamlığını itirib, vaxtsız dünyasını dəyişib ailəni başsız qoymasın. Məktəblilər arasında siqaret çəkməyə öyrənməyin zərərli olması barədə tərbiyə aparılmalıdır. Onlara deyilməlidir, nikotin fiziki inkişafı zəiflədir. Siqaret çəkən və spirtli içqi qəbul edən gənclərin heç biri idman sahəsində uğur qazana bilmir. Zərərli adətlər daxili üzvlərin zədələyir. Sonralar müxtəlif xəstəliklər üzə çıxır, onlar da iş qabiliyyətinin itməsinə, əlilliyə və vaxtsız ölümə səbəb olur. Analar qızlarını daim nəzarətdə saxlamalıdırlar, ona görə ki, pis rəfiqələrə qoşulub yolunu azmasınlar. Nikotin hələ yetişməmiş, bərkiməmiş qızların orqanizminə böyük zərər vurur. Siqaret çəkən, spirtli içgi qəbul edən qızlarda təbiətin onlara bəxş etdiyi incəlik, zəriflik, lətafət, cazibədarlıq, həm də abır-həya itir. Allah qadınları dünyaya yeni canlı gətirmək üçün yaradıb. Zərərli adətlərə qurşanan qadınlarda çox zaman sonsuzluq olur, klimaks vaxtından tez baş verir. Siqaret çəkmməyə öyrəşmiş, ondan yaxası qurtarmağı bacarmayan qadınlar bəzən hamiləlik və süd vermə dövründə də siqaret çəkməkdə davam edirlər, bu isə uşağın inkişafının zəifləməsinə, zəhərlənməsinə, bəzən də ölməsinə səbəb olur. Əhali tütün tüstüsünün zəhərləyici təsiri və onun fəsadları ilə tanış edilməlidir. Bunun üçün kollektivlər qarşısında mühazirələr oxunmalı, qəzet səhifələrində məqalələr dərc edilməli, televizorda həkimlərin çıxışları təşkil edilməli, siqaret çəkənlərlə fərdi söhbət aparılmalıdır.Cavanlara məsləhət görülməlidir siqaret qutusunun üstündəki xəbərdarlığı oxusunlar və bu barədə düşünsünlər. Uşaqlara siqaret satılmamalıdır. Məktəblərdə, tibb müəssisələrində, ictimai yerlərdə, qapalı otaqlarda, nəqliyyatda, qadınların və körpələrin yanında siqaret çəkilməməlidir. Cansağlığını qorumaq üçün siqaret çəkməyə öyrənməmək lazımdır. Ona öyrəşmiş şəxslər hələ xəstələnməmiş onu tərgitməlidirlər, çünki xəstələnəndən sonra onu tərgitməyin heç bir faydası olmur. Ağıl hissiyyata üstün gələndə, iradəli olduqda siqareti birdəfəlik atmaq olur. Nikotin aclığını aradan götürmək üçün cəmi 10-14 gün dözmək lazım gəlir.Həmin dövrdə siqareti atan şəxs siqaret çəkənlərin əhatəsində olmamalıdır. O, gəzintiyə çıxmalı, təmiz havada çox olmalı, sinir-psixiki gərginlik olan şəraitddən uzaqlaşmaq üçün ezamiyyə getməli ya məzuniyyət götrüb kurortların birində dincəlməlidir. Yenidən siqaret çəkməyə qayıtmamağa autotreninq, yəni özünə təlqin kömək edir. Siqareti atan şəxs gündə bir neçə dəfə özü-özünə deməlidir: indi mən özümü yaxşı hiss edirəm. İştahım normallaşıb, gecələr öskürmürəm, piyada uzun məsafəyə gedə bilirəm, ürəyimdəki sancılar yox olub, daha başım dumanlı deyil, diqqətimi toplaya bilirəm, iş qabiliyyətim bərpa olunub, ayaqlarım sözümə qulaq asır, bədənimin tonusu yüksəlib. Siqareti tərgidə bilən adamlar Allaha şükr edirlər, mən bu bəladan xilas ola bildim.

 

Süleyman Camalov Tibb elmləri namizədi 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam