Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Nazir Cavid Qurbanovun qardaşına vəzifə verdi

 

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşına yüksək vəzifə verilib

"Xeberinfo.com":  Məlumata görə, İlqar Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəhbər təyin olunub.
Məlumat üçün bildirək ki, bir ay öncə Azərbaycan prezidenti İlhamƏliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanında müvafiq dəyişiklik edilməsi barədə fərman verib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin aparatının işçilərinin say həddi 25 ştat vahidi müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yenidən stukturlaşması ilə əlaqədar nazirliyin aparatı və digər strukturlarının ştat vahidində də dəyişiklik edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının işçilərinin say həddi 177 ştat vahiddən 211 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatının işçilərinin say həddi 50 ştat vahidindən 57 ştat vahidinə (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aparatının işçilərinin say həddi 54 ştat vahidindən 56 ştat vahidinə , rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 303 ştat vahidindən 306 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının işçilərinin say həddi 42 ştat vahidindən 52 ştat vahidinə çatdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 314 ştat vahidindən 308 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 3003 ştat vahidindən 2859 ştat vahidinə endirilib.(mia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam