Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

PA rəhbərinin işə çıxmamasının səbəbi bilindi

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dörd aydan artıqdır ki, dövlət tədbirlərində görünmür. Ölkənin faktiki ikinci şəxsi hesab olunan PA rəhbəri haradadır və niyə dövlət tədbirlərində iştirak etmir?
"Xeberinfo.com":  Bu aylar ərzində dəfələrlə bu sual qoyulsa da, Ramiz Mehdiyevin işə çıxmaması ilə bağlı rəsmi açıqlama verilməyib. Sonuncu dəfə martın 24-də AzadliqRadiosu Ramiz Mehdiyevin görünməməsinin səbəbini aydınlaşdırmağa çalışıb, lakin Prezident Administrasiyasının rəsmiləri bu barədə sualı cavablandırmayıblar.

Ramiz Mehdiyev ölkənin və hakim elitanın idarə olunmasında Prezidentdən sonra əsas söz sahiblərindən biridir. Bu baxımdan, onun rəsmi açıqlama olmadan, müəyyən qədər də müəmmalı şəkildə aylardır görünməməsinin ictimaiyyət arasında, xüsusən də siyasi çevrələrdə, hakimiyyət dəhlizlərində müxtəlif söz-söhbətlərə səbəb olmasını təbii qarşılamaq lazımdır. Lakin mötəbər mənbələrdən AzPolitika.info-ya daxil olan məlumata görə, Ramiz Mehdiyevin təxminən 4 aydır görünməməsinin qeyri-adi bir səbəbi yoxdur və hakim çevrələrdə bu barədə informasiya olduğundan, akademikin işə çıxmaması ciddi narahatçılığa, həyəcana yol açmayıb.

Bizə verilən məlumata görə, Ramiz Mehdiyevin ayağı sınıb. Nəzərə alsaq ki, akademikin 76 yaşı var, onun bu qədər uzun müddət görünməməsinin səbəbini anlamaq çətin olmaz.

Lakin Ramiz Mehdiyevin artıq bərpa prosesini başa vurmaq üzrə olduğu və ara-sıra işə çıxmağa başladığı da bizə verilən məlumatlar sırasındadır.

“AzPolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam