Redaktor seçimi
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? -
  
Eldar Əzizovun 500 manatlıq zibil maxinasiyası…
Nazir Azad Rəhimovun biznes imperiyası açıqlandı-
“Rifah Plaza” MMC insanlara cəhənnəm əzabı yaşadır-Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə+
Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov vəzifəsini itirəcək-
Səhiyyənin onkoloji oliqarxı və ya Kəmaləddin Qafarov bütün bu varidatı nə ilə əldə edib?-
Günün xəbəri

Ermənistanda Paşinyanın yumşaq şəkildə kənarlaşdırılması planlaşdırılır


 

Yenixeber.org: Ermənistan cəmiyyətində və siyasi dairələrdə baş nazir Nikol Paşinyanın fəaliyyətindən narazılıq artır. Hakimiyyətin və şəxsən baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ilk növbədə koronavirusla bağlı problemlər fonunda düşür, lakin bu prosesin qırmızı xətti keçəcəyini düşünmürəm, - sosioloq Karen Sarkisyan 2020-ci il mayın 10-da NovostiNK-ya deyib.

Lakin mayın 10-dan sonra ermənilərin hökumət başçısına inamının getdikcə azaldığını deməyə yeni səbəblər yaranıb.

Paşinyanın və onun komandasının “uğursuzluqlar”ı hər gün artır. Son nümunə kimi, Ermənistanın səhiyyə naziri Torosyanın fikirlərini göstərmək olar. O, ölkənin acınacaqlı durumunu koronavirusla izah etməyə çalışaraq Gürcüstandakı həmkarlarını statistik göstəriciləri saxtalaşdırmaqda ittiham edib. Gürcüstanda pandemiya yox olmaqdadır, hər gün orada ondan az koronavirus xəstəsi aşkar edilir. Torosyanın sözləri Ermənistan-Gürcüstan münasibətlərində yeni gərginlik yaradıb.

Nazir Arsen Torosyan mətbuat konfransında deyib: “Hesab etmək olarmı ki, Gürcüstanda həqiqətən hər gün koronavirusla bağlı 1-2 hal məlum olur, yoxsa əslində COVİD-19 ilə bağlı bütün hallar aşkar olunmur və statistikaya daxil edilmir? Gürcüstanın səhiyyə və epidemioloji sistemi Ermənistanın sistemindən əhəmiyyətli dərəcədə fərqlənir, özü də yaxşı mənada yox. Bizim sistem daha güclüdür və bu, faktdır”, -  Ermənistanın səhiyyə naziri bildirib.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tengiz Sersvadze ona cavab verib. O, gürcüstanlı jurnalistlərlə söhbətində Torosyanın bəyanatını yanlış adlandırıb. “Düşünmürəm ki, cənab Torosyan yüksək vəzifəli şəxsin bu cür bəyanatlar verməməsini bizdən öyrənməlidir, xüsusilə də əgər onlar arqumentlərlə əsaslandırlmayıbsa”, - Sersvadze deyib. O, statistikanı nümunə göstərib: mayın 22-nə olan vəziyyətə görə, Gürcüstanda 728 COVİD-19 hadisəsi aşkar edilib. Onlardan 12 nəfər vəfat edib. Ermənistanda 6302 hal qeydə alınıb, 77 nəfər dünyasını dəyişib.

Əlavə edək ki, Ermənistanda xəstəxanalarda ehtiyat yataq yerləri tükənib və bu gündən yeni koronavirus xəstələrinin yaşadıqları yerlərdə müalicə olunması lazım gələcək.

“Nikol Paşinyan ilk olaraq öz çıxışları və uğursuz zarafatları ilə koronavirus təhlükəsini heçə çevirməyə başladı. Sonrakı iki ay ərzində o və onun nazirləri maska taxmamağa çağırdılar. Və indi hər gün yoluxmuş adamların sayının 500-ə yaxınlaşdığı bir vaxtda qəflətən ayılıb və insanları virusa qeyri-ciddi yanaşmaqda və maska taxmamaqda günahlandırmağa başlayıb. İlk növbədə, mən Nikol Paşinyanı elə bir atmosfer yaratmaqda ittiham edirəm ki, cəmiyyətin gözündə koronavirus “qeyri-ciddi  bir şeyə çevrildi”, - Vram Sukiasyan məqaləsində (tert.am) yazır.

Paşinyanı daim pisləşən Ermənistan-Rusiya münasibətlərində günahlandırırlar ki, bu da özünü Putinin Ermənistan qurumunun təklif etdiyi qiymətə qaz satmaq istəməməsində və Rusiyanın xarici işlər naziri S.Lavrovun Qarabağ probleminin mərhələli şəkildə həllinin vacibliyinə diqqət yetirdiyi bəyanatında büruzə verib.

“Bu hakimiyyət bəyan etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onların bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir....onlara heç bir şey mane olmur, sadəcə, dəyişiklik etmək üçün iradə və onları həyata keçirmək üçün qabiliyyət lazımdır. Onlar heç bir sahədə dərin islahatlar apara bilmirlər, heç bir sahəni normal idarə edə bilmirlər. Bu gün bütün dövlət idarəetmə sistemi xaosdadır”, - Paşinyanla münaqişədən sonra ölkəni tərk edən Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və “Vətən” İnkişaf Fondunun Himayəçilik Şurasının sədri Artur Vanetsyan müsahibəsində deyib.

“Hakimiyyətin ali eşelonlarında hakimiyyətin “tranzit” məsələsi fəal müzakirə olunur. Ermənistan hökumətinin Rusiya ilə (təkcə Rusiya ilə yox) gərgin münasibətləri fonunda məsələ daha da aktuallaşıb. Belə ki, “Fakt” qəzetinin məlumatına görə, bir neçə variant müzakirə olunur və onlardan biri Ermənistan prezidenti Armen Sarkisyana aiddir. Qəzetin fikrincə, Paşinyan hakimiyyətdə olduğu iki il ərzində bütün körpüləri yandıra və bütün mümkün sərhədləri keçə bilib. Salamat qalmış yeganə “körpü” prezident Armen Sarkisyanla əlaqədir ki, hazırda bundan istifadə etməyə çalışırlar”, - Yerevanda “Kavkazskiy uzel”in blogeri bildirir.

O hesab edir ki, “Fakt” qəzeti yoxlanılmış informasiyanı dərc edir və Paşinyanın siyasi əleyhdarlarına yaxın deyil. “Fakt”ın versiyalarına inanmaq olar.

Qəzetin mənbələrinə görə, hakimiyyətin Armen Sarkisyana mərhələli ötürülməsi məsələsi müzakirə olunur, ilk addım baş nazirin müavini Tiqran Avinyanın mövqeyinin Sarkisyana “verilməsi” olmalıdır. Əgər bu razılıq əldə olunarsa, Avinyanın yerinə baş nazirin müavini Armen Sarkisyanın göstərdiyi şəxs təyin ediləcək.(turan)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}