Redaktor seçimi
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? -
  
Eldar Əzizovun 500 manatlıq zibil maxinasiyası…
Nazir Azad Rəhimovun biznes imperiyası açıqlandı-
“Rifah Plaza” MMC insanlara cəhənnəm əzabı yaşadır-Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə+
Əhməd Əhmədzadə və Qorxmaz Hüseynov vəzifəsini itirəcək-
Səhiyyənin onkoloji oliqarxı və ya Kəmaləddin Qafarov bütün bu varidatı nə ilə əldə edib?-
Günün xəbəri

TÜRKİYƏNİN LİVİYADAKI UĞURUNUN SİRRİ – “Ərdoğan riskə getməkdən qorxmadığını isbat edib”

Britaniyanın məşhur "The Guardian" qəzeti Türkiyənin Liviyada Rusiya və bəz Ərəb ölkələri tərəfindən dəstəklənən general Xəlifə Haftar ordusu üzərində qazandığı hərbi üstünlüyün səbəblərini təhlil edib.

Yenixeber.org: "Azadlıq" radiosu həmin məqaləni qısa ixtisarla təqdim edib. 

Qəzet yazır ki, Vael Amr ilk dəfə təyyarəyə minəndə bunun məhz belə olacağını təsəvvürünə gətirməmişdi. O, Suriyanın İdlib qəzasından xaricə - ekzotik bir tətilə gedəcəyini düşünmüşdü. Məqalədə deyilir ki, əvəzində 22 yaşlı gənc Türkiyənin hərbi səfərbərlərinə qoşulmaq üçün sənəd imzaladı və ilk dəfə sərnişin olduğu təyyarə onu Liviyaya, başqalarına aid müharibənin cəbhələrinə gətirdi: “Onlar demişdilər ki, mən yaxşı bir maaşa ya yardımçı xətdə, ya da tibbi birləşmədə işləyəcəyəm. Amma burda gördüyüm döyüşlər Suriyada belə başıma gəlməmişdi. Mən dar küçələrdə, düşmənlə yaxın məsafədə döyüşməli idim”.

Amr müxbirə deyir ki, burda bəzi suriyalılar liviyalıları tiraniyadan qorumaq üçün gəldiyini söyləyib: “Amma şəxsən mən Türkiyənin Suriya müxalifətinin Liviyada döyüşməsini niyə istədiyini doğrudan da başa düşə bilmirəm. Mən bu ölkə haqqında, burada Qəddafiyə qarşı inqilab olmasından başqa heç nə bilmirəm”. 

Mavi Vatan uğrunda

"The Guardian" yazır ki, hazırda Amr kimi 8-10 min suriyalı, vətənlərindən 2000 kilometr kənarda Mavi Vatana görə Liviyada muzdlu kimi işləyir. Məqalədə deyilir ki, Mavi Vatan Türkiyənin şərqi Aralıq hövzəsində ambisiyalı geosiyasi hegemonluq planıdır.

Qəzet yazır ki, Türkiyənin 14 illik bu layihəsi onun bölünmüş Kipr uğrunda mübarizəsində, habelə dəniz qonşuları Misir, İsrail və Livanla qaz və neft uğrunda rəqabətində ehtiva edir. Məqalədə deyilir ki, lakin Türkiyənin ambisiyası məhz Liviya müharibəsində pik nöqtəsinə çatıb.

Hazırda Liviya vətəndaş münaqişəsinə Türkiyə ilə yanaşı bir neçə xarici ölkə də cəlb olunub. Bu arada Suriya və Yəməndəki təmsili müharibələr də davam edir.

“Yeni osmanlılarla ərəb millətçiləri üz-üzə”

 

 

"The Guardian" müxbirinin fikrincə, Amerika qüdrətinin dünya boyunca öləziməkdə olması Liviyanı bir neçə regional ölkənin oyun meydanına çevirib və bu ölkələr burada, Ərəb baharının xarabalıqları içində hərə öz payını qamaqlamağa çalışır.

Qəzet yazır ki, Liviyada bir tərəfdən siyasi islamçılar və yeni osmanlılar, digər tərəfdən isə ərəb millətçiləri və monarxları qarşı-qarşıya gəliblər. Məqalədə deyilir ki, BMT embarqosuna baxmayaraq Liviyaya maneəsiz olaraq silah gətirilir.

Qərbi Liviyadakı Milli Barışıq Hökuməti (MBH) BMT tərəfindən dəstəklənir, amma onun əsas müttəfiqləri Türkiyə, Qətər və müəyyən mənada İtaliyadır.

MBH-nin qoşunları ölkənin şərqindəki müxalif parlamenti dəstəkləyən general Xəlifə Haftarın Liviya Milli Ordusuna qarşı döyüşürlər. Haftarın tərəfdarları onu ekstremizmin qarşısında sipər kimi görürlər, lakin ona qarşı olanlar üçün Haftar sadəcə olaraq sonunda Qəddafi kimi növbəti diktatora çevriləcək. General Haftarın qüvvələrinə Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Fransa və Rusiya muzdluları dəstək verirlər.

Ankaranın ağıllı gedişi

Qəzet yazır ki, Haftar ötən ilin aprelindən Tripoli hökumətinə qarşı hərbi yürüşə başlayıb. Lakin 2019-cu ilin sonlarında Haftarın paytaxt Tripolini ələ keçirmək ərəfəsində olduğunu görən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan qətiyyətli addım ataraq MBH-yə dəstəyini elan edib, dəniz sərhədlərinə və hərbi əməkdaşlığa dair bir sıra mühüm sazişlər imzalayıb.

Tripolidə yerləşən analitik mərkəz – "Sadeq" İnstitutunun direktoru Anas El Gomati bu barədə deyib: “MBH-nin hərbi və diplomatik dəstəyi çox zəif idi, amma kifayət qədər neft pulları vardı. Bu, əslində Ankaranın çox ağıllı gedişiydi. Tripolini dəstəkləməklə Türkiyə hələ Qəddafi zamanında imzalanmış, amma yarımçıq qalmış tikinti kontraktlarından ona düşən milyardlarla dolları əldə etməyə çalışır. Ankaranın məqsədi habelə müharibədən sonrakı Liviyada yenidənqurma işinin birincisi olmaqdır”.

"The Guardian" yazır ki, Ankaranın beynəlxalq aləmdə getdikcə daha çox təklənməsinə və Türkiyədəki elektoratın Liviya müdaxiləsindən narazılığına baxmayaraq Ərdoğanın bu son avantürizmi, deyəsən bəhrələrini verir.

Məqalədə deyilir ki, Türkiyənin ən müasir kəşfiyyat və dron texnologiyası, habelə Türkiyə hərbçiləri və suriyalı döyüşçülər Haftarın qoşununu ağır məğlubiyyətə uğradıb. Qəzetin yazdığına görə, Türkiyənin Tripoli ilə razılaşmasının dəniz sərhədlərinə aid hissəsi Aralıq ölkələrini xüsusən qəzəbləndirib. Yunanıstan bildirir ki, yeni Türkiyə-Liviya dəniz zonası onun ərazi sularına təmas edir. Avropa İttifaqı da Türkiyəni Kipr sahillərində qazma əməliyyatlarına görə sanksiyalarla hədələyib.

"The Guardian" yazır ki, beynəlxalq məhkəmələr Türkiyə-Liviya sazişini qadağan etsələr də, son qəraradək davam edən hüquqi çəkişmələr Ankaranın rəqiblərinin - Yunanıstan, Kipr və İsrailin yataqların inkişaf etdirilməsi istiqamətində fəaliyyətini ləngidəcək. Belə söhbətlər də dolaşır ki, Türkiyə İsraillə diplomatik münasibətlərini tam bərpa etməyə hazırlaşır.

Böyük qumar

"Dragon Energy" konsaltinq firmasının direktoru Mustafa Karahan bildirir ki, Türkiyənin Aralıq hövzəsindəki neft və qaz yataqları üzərində nəzarəti ələ almağa çalışması qətiyyən iqtisadi layihə deyil. Ekspertin fikrincə Ankaranın əsas məqsədi siyasi hegemonluğunu bərqərar etməkdir: “Aralıq dənizində enerji layihələrinə xərclənən pullar, bir növ milli müdafiə büdcəsinə verilən pullar kimidir. Bu, rəqibləri qabaqlamaq məqsədilə aparılan silahlanma yarışıdır”.

Qəzet yazır ki, Türkiyəni məşğul edən yalnız Mavi Vatan layihəsi deyil. O Suriyada rejimə və kürd qüvvələrinə qarşı döyüşür, Somali və Afrika buynuzu regionunda isə BƏƏ ilə nüfuz mübarizəsindədir.

"The Guardian" qeyd edir ki, BƏƏ və Rusiya Haftarın hərbi uğursuzluqlarından məyus olsalar da, hazırda onu tək qoymaq istəmirlər. Məqalədə deyilir ki, “Türkiyənin Liviya müharibəsi böyük qumardır, amma Ərdoğan son 17 ildə riskə getməkdən qorxmadığını isbat edib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}