Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“ERMƏNİSTAN DÖVLƏTİ BU HADİSƏDƏ TƏCAVÜZKARDIR” – İran səfirliyinin əməkdaşı Ayətulla Xameneinin Qarabağla bağlı mövqeyindən yazdı

Seyid Əli Musəvi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat attaşesi

 

Giriş:

Hazırki təlatümlü dünyada bəşərin müxtəlif sahələrdə möcüzəvi inkişafına rəğmən, sanki, İslamdan əvvəlki cahiliyyət dövrü yeni bir formada meydana gəlmişdir. 

Yenixeber.org: Hər gün günahsız insanların qətlə yetirilməsi, köməksiz qadınların və uşaqların didərgin düşməsi, müdafiəsiz müsəlmanların kütləvi şəkildə öldürülməsi və torpaqların işğal olunması haqqında ürəkdağlayan və əzabverici xəbərlər eşitməkdəyik. Təəssüf ki, bu faciələrin əksər qurbanları Suriya, İraq, Yəmən, Əfqanıstan, Bəhreyn, Myanmar və digər bu kimi İslam dövlətlərinin müsəlmanlarıdır ki, İŞİD kimi təkfirçi-sionist qruplar, yaxud Ali-Səud kimi zahirdə müsəlman olan bəzi dövlətlər tərəfindən qana bulanır və öz ev-eşiklərindən didərgin düşürlər.

Belə acı hadisələr elə bir şəraitdə baş verir ki, İslam dünyasının bədənində başqa yaralar, o cümlədən Fələstin, Kəşmir və Qarabağ yaraları da vardır və bu şəraitdə, təbiidir ki, İslam ümmətinin dərin yaralarına bir məlhəm olacaq şəfaverici məcun tapmaq lazımdır. Doğrudan da, müsəlmanlar arasında vəhdət və həmrəylikdən başqa daha faydalı və təsirli məlhəm tapmaq mümkün deyil.

İran İslam Respublikası yaranandan bəri, daim İslam ümməti arasında həmrəyliyin yaranması və möhkəmlənməsi üçün çalışmış və bu yolda əlindən gələni əsirgəməmişdir. Həzrət Peyğəmbərin (s) mövludu günlərinin “Vəhdət həftəsi” adlandırılması, müsəlmanların ilk qibləsini işğal edənlərə qarşı mübarizənin koordinasiyası məqsədilə İmam Xomeyni (r) tərəfindən mübarək Ramazan ayının son cümə gününün “Beynəlxalq Qüds günü” elan edilməsi, Həzrət Ayətullah Xamenei tərəfindən “İslam məzhəblərinin yaxınlaşdırılması assambleyası”nın yaradılması və “Beynəlxalq vəhdət həftəsi” konfranslarının müntəzəm şəkildə keçirilməsini təkidlə vurğulaması İran İslam Respublikası rəhbərlərinin bu barədə təsirli fəaliyyətlərindəndir.

Bundan əlavə, son otuz ilə yaxın dövrdə İranın ali rəhbəri daim İslam dünyasında münaqişələrin həlli və sıxıntıların aradan qaldırılmasına kömək məqsədilə İslam ölkələri arasında həmrəylik və vəhdətin vacibliyini təkidlə vurğulamışdır.

Bu məqalənin “İslam həmrəyliyi və Qarabağ” mövzusunda təqdim olunduğunu nəzərə alaraq, Ayətullah Xameneinin bu barədə baxışlarını və bəyanatlarını yenidən gözdən keçirmək və onun Qarabağ münaqişəsinin həlli üçün İslam vəhdətinin yaradılması yolunda dəyərli səylərini xatırlatmaq vacib görünür.

İran İslam inqilabı rəhbərinin mövqeyi və baxışı

1. Həzrət Ayətullah Xamenei dünyanın ən nüfuzlu dini və siyasi şəxsiyyətlərindən biri kimi, İslam ölkələrinin və təşkilatlarının, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının (əvvəllər İslam Konfransı Təşkilatı adı ilə fəaliyyət göstərirdi) potensialından istifadə edilməsini təkidlə vurğulamışdır. O, 1997-ci il 9 dekabr tarixində İran İslam Respublikasında keçirilən İslam ölkələri rəhbərlərinin səkkizinci sammitinin açılış mərasimində həmin dövlətlərin yüksək rütbəli şəxslərinin Tehranda olması fürsətindən istifadə edərək, özünün mühüm və tarixi çıxışında Qarabağ münaqişəsinə işarə edərək buyurdu: “Qarabağda və dünyanın bəzi başqa yerlərində müsəlmanlar sıxıntıdadırlar. İslam Ölkələri Konfransı xüsusi komitələr vasitəsilə bu işlərə diqqət ayıra və bütün üzvlərin qatıldığı təsirli bir fəaliyyətlə problemi həll edə bilər.”

Göründüyü kimi, İranın Ali rəhbəri bu mühüm toplantıda Qarabağ münaqişəsinin həlli üçün konkret bir təkliflə, yəni, xüsusi komitələrin təşkili və bütün üzvlər arasında birliyin yaradılması təklifi ilə çıxış etmişdir. Bu təklif sonralar müxtəlif formalarda İslam Konfransı Təşkilatının Qarabağ münaqişəsi ilə əlaqədar qətiyyətli mövqe ortaya qoyması ilə nəticələndi.

Ali Rəhbərin çıxışından bir gün sonra Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 1997-ci il 10 dekabr tarixində Ayətullah Xamenei ilə görüşündə onun çıxışını mənalı, müdrik və iftixarlı bir çıxış kimi dəyərləndirdi və Azərbaycan Respublikasını İslam dünyasının ayrılmaz hissəsi adlandırdı.

2. Ayətullah Xamenei Qarabağ münaqişəsi barəsində İslam həmrəylinin yaradılması yolunda İslam ölkələri rəsmiləri ilə görüş fürsətindən də istifadə edirdi. Belə ki, o, 1994-cü il 11 sentyabr tarixində Pakistanın o dövrkü prezidenti Faruq Əhmədxan Loğari ilə görüşdə Kəşmir, Fələstin, Bosniya və Qarabağda müsəlmanların hüquqlarının pozulmasına göz yumduqlarına görə ABŞ-ı və insan hüquqları tərəfdarı iddialı beynəlxalq birliyi pislədi. Təbiidir ki, İslam inqilabı rəhbərinin İslam dünyasındakı nüfuzunu nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulmasına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsinin müsəlman dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olmuşdur. Ayətullah Xamenei bu sözləri ilə yalnız İslam dünyasını deyil, dolayısı ilə bütün dünya ölkələrini və insan hüquqları təşkilatlarını Qarabaq məsələsində konstruktiv mövqe tutmağa dəvət etmişdir.

3. İran İslam inqilabı rəhbəri Qarabağ münaqişəsinin həlli istiqamətində İslam həmrəhliyinin yaradılması üçün Həcc ziyarəti günlərinə xüsusi önəm verir. O, Həcc ziyarətini Qarabağ müsəlmanlarının məzlumiyyət səslərinin bütün müsəlmanların qulağına çatdırılması üçün münasib fürsət bilir və böyük Həcc konqresinə ünvanladığı çoxsaylı müraciətlərində, həmçinin bu İlahi mərasimin təşkilatçıları ilə görüşündə Qarabağ münaqişəsi və İslam dünyasının məsələyə diqqət ayırmasının vacibliyi barədə çox mühüm sözlər bəyan etmişdir:

– Həzrət Ayətullah Xamnei 1992-ci il 3 iyun tarixində özünün, adətən, dünyanın önəmli media qurumlarının diqqət mərkəzindəki, Həcc ziyarətində olanlara etdiyi xüsusi müraciətində Şərqin super dövləti olan SSRİ-nin süqutuna və ABŞ-ın islamafobiya fəaliyyətinin artmasını qeyd edərək, müraciətinin iki ayrı yerində Qarabağ məsələsinə işarə etmişdir. Əvvəlcə, Qarabağ müharibəsini o dövrün ən acı və qəmli hadisələri sırasında tanıtdırmış, sonra müraciətinin önəmli məqamında təkidlə vurğulamışdır: “Qafqaz regionunda da bəzi ölkələr azca təzyiqlər göstərməklə Qarabağ müsəlmanlarının qətlə yetirilməsinə mane ola bilərdilər, lakin nəinki heç bir ciddi iş görmədilər, əksinə, İran İslam Respublikasının vasitəçilik səylərini sui-qəsd və müxalifətlə hədəfə aldılar və Qafqazın yenicə müstəqillik əldə etmiş xalqlarının taleyinə etinasız olduqlarını bir daha sübut etdilər.”

SSRİ-nin dağılmasından az sonra qəbul olunan bu müraciətdə Ali Rəhbər sionist rejimin cinayətləri, Fələstin xalqı və bəzi rəhbərlərinin vaxtında müqavimət göstərmədiklərindən Fələstinin başına gələn bəlalara işarə edərək və İslam müqavimətinin sionistlər müqablində şücaət və fədakarlığını tərifləyərək buyurdu: “Kommunistlərin 70 il antiislam təbliğatı apardığı yeni müstəqillik əldə etmiş respublikalarda dinimiz haqqında isti və həyəcanla danışılır, lakin İslama zidd qüvvələr bu ölkələrdə İslam fundamentalizmi təhlükəsindən bəhs edir və onların ən şirin bağlılıqlarını təhlükə kimi qələmə verirlər.”

Göründüyü kimi, Ayətullah Xamenei yenicə müstəqillik əldə etmiş respublikaların problemlərinin həlli üçün İslam həmrəyliyinin formalaşması yolunda maneələrə işarə edərək, Fələstin məsələsindən ibrət almağı, antiislami qüvvələrin sui-qəsdlərindən xəbərdar olmağı və İslami potensialdan, o cümlədən İslam birliyindən faydalanmağı Qarabağ münaqişəsi kimi problemlərin həlli üçün münasib həll yolu olaraq təqdim edir.

– Ali rəhbər 1994-cü il 14 may tarixində də böyük Həcc mərasiminə ünyanladığı müraciətində Qarabağ münaqişəsinə işarə edib və ABŞ kimi bəzi güclərin müsəlmanlara qarşı zahirdə tərəfsiz, əməldə isə düşmənçilik mövqeyini tənqid edərək bildirib: “Məzlum müsəlmanların münaqişənin bir tərəfi olduğu və düşmənlərin zülmünə və təzyiqinə məruz qaldığı bütün münaqişələrdə ABŞ-ın və onun İngiltərə kimi avropalı müttəfiqlərinin izləri görünür, buna misal olaraq ağrılı Kəşmir və Qarabağ münaqişələrini göstərmək olar.”

– İslam inqilabının rəhbəri 1994-cü il 20 aprel tarixində Həcc ziyarəti təşkilatçıları ilə görüşündə Qarabağın Azərbaycan məxsus olduğunu vurğulayaraq buyurub: “Bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gətirilənlər elə o (serblərin Bosniya və Hersoqovinada törətdiyi cinayətlər) faciələr kimidir.”

4. Seyid Əli Xamenei cənabları 1993-cü il 26 iyun tarixində Təbrizə səfəri çərçivəsində Qarabağ məsələsinə toxunaraq buyurdu: “Ermənistan dövləti və Qarabağ erməniləri bu regionun müsəlmanlarına zülm və sitəm edirlər. Biz Qarabağ ermənilərinin Ermənistan dövlətinin köməyi ilə etdiyi son əməllərini pisləyirik və gözləntimiz budur ki, ölkəmiz daxilindəki ermənilər də bu əməlləri pisləsinlər.”

5. Azərbaycan Respublikasının o dövrkü prezidenti Heydər Əliyevlə görüşdə Azərbaycan Respublikası xalqının öz torpaqlarını təcavüzkarlar qarşısında müdafiə etməyi dini prinsip sayaraq demişdir: “Azərbaycan Respublikası əhalisi ermənilərin təcavüzünə məruz qalmışdır və Ermənistan dövləti bu hadisədə təcavüzkardır. İran erməniləri də keçmişdə Ermənistan dövlətini bu təcavüzkarlığına görə pisləmişdir. Ümid edirik, bu müharibə tezliklə haqq cəbhəsinin qələbəsi ilə sona çatacaqdır.”

Prezident Heydər Əliyev həmin görüşdə vurğulamışdır: “Azərbaycan Respublikası xalqı 70 il kommunist hakimiyyəti dövründə yaşamasına baxmayaraq, heç vaxt öz milli adət-ənənəsini və əqidələrini unutmamış və müqəddəs İslam dinini öz qəlblərində qoruyub saxlamışdır.”

Görüşün önəmli məqamı ondan ibarətdir ki, Ali Rəhbər Azərbaycan Respublikasının müsəlman və şiə əhalisinin missiyasına təkidlə onların öz torpaqlarını müdafiə etməsini dini bir vəzifə bilmiş və əslində, İslam torpağını şəhid vermək bahasına da olsa qorumağın vacibliyini nəzərə çatdırmışdır. Bundan əlavə, təcavüzkarın kimliyini bildirməklə və bu işi pisləməklə, həmçinin Azərbaycan Respublikasını haqq cəbhəsi hesab etməklə Qarabağ münaqişəsi barəsində İran İslam Respublikasının mövqeyini açıq şəkildə bəyanlamışdır.

Nəticə:

Qarabağ münaqişəsi SSRİ-nin etnik siyasətinin acı nəticələrindən biri kimi, bu regionun sakinləri üçün çoxsaylı maddi və mənəvi faciələrə səbəb olmuşdur. Bu münaqişə yaranandan indiyə qədər müxtəlif səbəblərdən, o cümlədən münaqişə tərəflərinin İran İslam Respublikası ilə qonşuluğu, tarixi və mədəni ortaqlıqlara malik olmaları və daha önəmlisi Ali Rəhbərin Qarabağ müsəlmanlarının vəziyyətinə həssaslıqla yanaşması və bundan narahatlığı səbəblərindən ölkəmizin xarici siyasətinin diqqət mərkəzində olmuşdur.

İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən biri kimi, Qarabağ münaqişəsi başlayan andan tərəflər arasında davamlı vasitəçilik fəaliyyəti ilə münaqişənin miqyasının genişlənməsinə mane oldu. Bu səylər 1992-ci ilin 7 may tarixində Tehranda Azərbaycanın və Ermənistanın o dövrkü rəhbərlərinin bəyanat imzalaması ilə nəticələndi. Lakin münaqişənin bitməsi ilə razılaşmayan və İran İslam Respublikasının konstruktiv rol oynamasına qarşı çıxan bəzi region ölkələrinin təxribatı səbəbindən bu təşəbbüs Tehranın bəyanatına zidd olaraq Ermənistan tərəfindən atılan addımlardan və Şuşanın işğalından sonra nəticəsiz qaldı. Doğrudur, İslam Respublikası vasitəçilik fəaliyyətinə paralel şəkildə Qarabağın müsəlman qaçqınlarının acılarını azaltmaq üçün heç bir köməkliyini əsirgəmədi. Qarabağ qaçqınları üçün 100 min nəfərlik qaçqın düşərgəsinin salınması və onların ilkin ehtiyaclarının və təhlükəsizliklərinin təmini, həmçinin İmam Xomeyni (r) İmdad komitəsinin uzun illər ərzində bəzi qaçqınların maddi təminatını təyata keçirməsi İranın İslam həmrəyliyi amalına əsasən reallaşdırdığı dəstək fəaliyyətlərindən bəzi nümunələrdir.

İran dövləti keçən illər ərzində Ali Rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər və beynəlxalq sərhədlərin qorunması əsasında ədalətli həllini təkidlə vurğulamışdır. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.

Qarabağ və digər beynəlxalq münaqişələrin ədalətli həllinə dəstək üçün İslam həmrəyliyi məsələsinin gündəmdə saxlanılması İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir. Bu dövlətin araşdırma mərkəzləri, elm və mədəniyyət xadimləri müxtəlif elmi konfranslar və toplantılar təşkil etməklə, həmçinin Azərbaycan Respublikasının elm və mədəniyyət mərkəzlərinin toplantılarına qatılmaqla Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addım atırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam