Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“BU NAZİRLİK BƏRBAD DURUMDA İDİ...” –“Burada böyük korrupsiya halları, hələ heç kəsin demədiyi məsələlər var”

 

 Hazırda ölkənin əsas gündəm mövzusu bir neçə icra başçısının həbsilə müşaiyət olunan korrupsiya ilə mübarizə tədbirləri və bu tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyatdır. Bu tədbirlər cəmiyyətin bütün kəsimləri kimi, siyasi partiyaların da diqqət mərkəzindədir.

Yenixeber.org: Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun bu mövzu ilə bağlı fikirlərini öyrənmişik. Onunla müsahibəni təqdim edirik:

- Mirmahmud bəy, son dövrlər ölkədə bütün istiqamətləri əhatə edən islahatlar aparılır. Bu prosesin tərkib hissəsi olaraq siyasi partiyalarla hakimiyyət arasında dialoq müşahidə olunur, partiyaların dövlət qeydiyyatına alınması baş verir. Bu addımları necə qiymətləndirirsiniz?

- Partiyaların dövlət qeydiyyatına alınması normal addımdır. Bildiyim qədər Sülhəddin Əkbərin sədri olduğu partiya da qeydiyyata alınıb. Onu təbrik etmişəm. Qeydiyyata alınan digər partiyaları da təbrik edirəm. Düzdür, indi cəmiyyətin parçalanması məsələsi də var. Baxır kim məsələlərə hansı istiqamətdən yanaşır. Partiyalar qurulursa, qeydiyyata alınmalıdır. Hakimiyyət digər işləri də görməlidir. Məsələn, qeydiyyata alınan partiyaları qərargahla təmin etməlidir. Partiyalar arasında ayrıseçkilik olmamalıdır.

Bununla yanaşı, hamının istəyi odur ki, proporsional seçki sistemi tətbiq edilsin. 2000-ci il parlament seçkiləri proporsional və mojaritar seçki sistemi əsasında olmuşdu. Yəni qarışıq seçki sistemi. Bizdə belə təcrübə olub. Proporsional seçki sisteminin tətbiqi gələcəkdə partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsinin həllinə gətirib çıxara bilər. Bu, məsələnin bir tərəfidir, amma digər tərəfləri də var. Dediyim kimi, digər zəruri addımlar da atılmalı, indiyə qədər edilməyənlər edilməlidir. İkincisi, dediyiniz məsələ dialoq deyil. Bu, əslində bir tanışlıq idi. Məncə, bu məsələdə də ayrıseçkilik qoyulmadan bütün partiyalara müraciət edilməlidir. Bizə də iki dəfə müraciət olunmuşdu. Üçüncüdə fürsət və imkan oldu, gedib görüşdük. Mediada, ekranlardan dediyimiz məsələləri həm də görüş zamanı qaldırdıq. Bu da normal haldır. Amma bütün bu baş verənlər heç də Azərbaycanın problemlərinin həlli demək deyil. Lakin hər halda kiçik də olsa, iş planlarıdır. Kimsə bundan uzağa gedən nəticələr çıxarmamalıdır ki, problemlər həll olundu. Nə də kimsə bundan bir-birinə qarşı istifadə etməməlidir.

- Qısa müddət ərzində bir neçə rayonun icra başçısı həbs edildi. Bunun ardınca DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirərək bir neçə vəzifəli şəxsi, o cümlədən nazir müavinini həbs etdi. Sizcə, bu tədbirlər icra orqanlarının fəaliyyətində keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaqmı?

- Hər kəsə bəllidir ki, biz ağır durumdayıq, böyük problemlərimiz var. Qarabağ problemi, beynəlxalq aləmdə öz imicimizi saxlamaq, insan haqları, hüquqi dövlət quruluculuğu və s. Amma konkret olaraq bu məsələlərə gəldikdə, qeyd edim ki, az əvvəl əgər hakimiyyət bir iş görmürdüsə, məcbur qalıb əhali özü icra başçısını mühakimə edirdi, hətta onu güllə ilə vururdu. Haqsızlıq o dərəcədə idi ki, belə hallar baş verirdi. Fikrimcə, gec də olsa indi müəyyən əməliyyatlar keçirilir, icra başçılarının həbsi baş verir, korrupsiya əməlləri ortaya çıxır. Bu əməliyyatların keçirilməsi təbii ki, hakimiyyətin özünün planlarıdır. Amma bu məsələdə nə bizim sözümüzə qulaq asan var, nə də vətəndaşların haqlı tələblərinə. İcra hakimiyyəti başçılarının harınlaması isə təbiidir, özlərini idarə edə bilməyənlərə səlahiyyət verəndə sonu belə olur. Bütün hallarda kimin bunu islahat, kiminsə başqa cür təqdim etməsindən asılı olmayaraq, bu baş verənlər insanların istək və arzularının gerçəkləşməsi kimi qəbul edilir. Fikrimcə bu, təqdir olunası prosesdir.

Ən pisi budur ki, belə əməliyyatlar Mədəniyyət Nazirliyində keçirilir. Deməli, görün Mədəniyyət Nazirliyimiz nə durumdadır ki, orada da belə əməliyyat keçirilməsinə ehtiyac yaranıb. Bunun da səbəbi var. Adamlar uzun müddət vəzifədə qalanda, dəyişiklik baş verməyəndə, inkişaf olmayanda bunun nəticəsi yaxşı olmur. Bu nazirlik bərbad durumda idi. Bildiyiniz kimi, bu nazirlikdə müavinlərdən biri Sumqayıtın icra başçısı təyin edildi, sonra yenidən qaytardılar Mədəniyyət Nazirliyindəki işinə. Sanki vəzifələr “bron” edilib və bu adamlar ölənə qədər vəzifədə olmalıdırlar. Burada böyük korrupsiya halları, hələ heç kəsin demədiyi məsələlər var.

Mən bu işin icraçılarını bilirəm. Keçmiş “Qaçqınkom”un zamanında tikilən hər bir qaçqın şəhərciyində muzeylər fəaliyyət göstərirdi. Açılış zamanı Mədəniyyət Nazirliyinin nəzarətində olan tarix muzeylərinin eksponatları bu şəhərciklərə aparılırdı. Bu eksponatların bəziləri yollarda sınırdı, sıradan çıxırdı. Beləcə, bunları daşıyırdılar Heydər Əliyev muzeylərinə, bölgələrdəki obyektlərə. Bu şəkildə eksponatlar gəzirdi, belə qənaət də yaranırdı ki, guya bizdə zəngin tarixi olan eksponatlar kifayət qədərdir. Bu cür aldadırdılar.

Mədəniyyət Nazirliyi ilə bağlı sizə başqa faktı da deyim. Bu nazirlik rəsmi blankında öz adını kiçik hərflərlə yazır. 2011-ci ildə biz qurultay keçirəndə yer üçün Mədəniyyət Nazirliyinə müraciət etdik. Mədəniyyət Nazirliyi bizə yer verməkdən imtina etdi. Maraqlıdır ki, imtina məktublarında nazirliyin adı kiçik hərflərlə yazılmışdı. Yəni Mədəniyyət Nazirliyi özünün rəsmi blankında öz adını kiçik hərflərlə yazır. Bu, zarafat deyil, əlimizdə sənəd var.

- Hüquq-mühafizə orqanlarının rəhbərliyində aparılan islahatlardan sonra korrupsiya ilə mübarizədə sərtləşmə müşahidə edilir. Bunu yeni rəhbərlərin peşəkarlıq səviyyəsi ilə bağlayanlar da var, ölkə rəhbərliyinin onların qarşısında qoyduğu yeni tələblərlə əlaqələndirənlər də. Sizin bununla bağlı fikriniz nədir?

- Məncə, əsas məsələ budur ki, hakimiyyətin siyasətində nəyi necə və nə zaman etmək planları var. Bu iş planlıdır və mövcud vəziyyətə uyğundur. İndiki halda buna münbit şərait var. Koronavirus davam edir. Dünya başqa işlərlə məşğuldur, bizimkilərsə tamam başqa işlə. Əslində, icra başçısının otağından, siyirməsindən adi insanlara məxsus olan bank kartları çıxmalı deyil.

Düzdür, ola bilsin ki, hüquq-mühafizə orqanları rəhbərliyindəki dəyişikliyin bu prosesə təsiri var. Amma bu prosesin təsirli olması üçün Baş prokuror işdən azad ediləndən sonra Kürdəxanıya göndərilməli idi. Böyük dəyişiklik bu olardı. Deməli, bunların hamısı sadəcə, hakimiyyətin iş planının nəticəsidir.

- Aparılan islahatlar və həbslərin “köhnə qvardiya”ya ciddi zərbə vurduğu, bu səbəbdən həmin qüvvənin proseslərə müqavimət göstərə biləcəyi vurğulanır. Bu iddianı nə dərəcədə ciddi hesab edirsiniz?

- Məncə, ən böyük iş “MTN işi” idi. Amma bu işdə ən böyük və əsas şəxsi tutmadılar. Və yaxud bu işdə əsas adamlardan biri sayılan şəxsi bu yaxınlarda həsbdən buraxdılar. Yəni koronavirus pandemiyası və 65 yaş üstü məsələsini nəzərə alaraq onu buraxdılar. Amma yaşı 65-dən yuxarı olan digərlərini – “hicab məhbusu” və başqa adlarla həbs edilənləri həbsdən azad etmədilər. Deməli, bu məsələ biz hamımız düşünən kimi deyil. Mənim düşüncəmə görə bu, hakimiyyətin iş planının mərhələli və ardıcıl şəkildə həyata keçirilməsidir. Həm də bu, artıq cəmiyyətdə əvvəlki izləri qoymur. Fərqi nədir, bütün icra başçıları bu işlə məşğuldurlar. Ən yüksək səviyyədə etiraf edilib ki, bunlar rüşvət alırlar, vəzifəyə qoyulanda rüşvət veriblər. Amma onlar nə mənə, nə də sizə rüşvət verməyiblər. Yəqin ki, bunun ünvanı da, adamı da bəllidir...

Məsələn, dövlət başçısı qeyd edirdi ki, ona məktubları vermirlər. Amma məktublarla məşğul olan şöbənin müdri daha yüksək vəzifəyə qoyuldu. Hansı ki, o, məktublar məsələsində birbaşa məsuliyyət daşıyırdı...(azpolitika)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam