Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Elmar Məmmədyarovla BƏƏ-li nazir arasında -telefon danışığı olub

Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanla telefon danışığı baş tutub.

 

Yenixeber.org: XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər hazırkı qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi apardılar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, o cümlədən ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan konkret məsələlərin həyata keçirilməsini müzakirə ediblər. Pandemiyadan sonra qarşılıqlı turizm xidmətlərinin canlandırılması məsələsi qeyd olunub.

 

Həmçinin telefon danışığı zamanı Azərbaycan və BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edilib və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam