Redaktor seçimi
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Şəkinin icra başçısının varidatı açıqlandı: Villaları, şirkətləri, hotelləri və …
Nazir Azad Rəhimovun qardaşı olmaq
Günün xəbəri

Çox kritik neft danışıqları başladı-Azərbaycanın da iştirakı ilə

 

Bu dəqiqələrdə neft hasil edən ölkələrin OPEC+ formatında, Azərbaycanın da iştirakı ilə olduqca kritik danışıqlara başlaması gözlənilirdi.

Yenixeber.org: Koronavirusa görə videokonfrans rejimində keçirilən danışıqlar zamanı tərəflər gündəlik neft hasilatının 10-15 milyon barrel azaldılmasını müzakirə edəcəklər. Bu rekord həcmdə ixtisardır, çünki hazırda bazarda gündəlik tələbatdan 20 milyon barrelə qədər artır neft var. Belə vəziyyətin yaranmasının səbəbi pandemiya və iki iri neft hasilatçısı-Səudiyyə Ərəbistanı ilə Rusiya arasında bazar payı uğrunda müharibədir.

Danışıqlar ərəfəsində Rusiyanın gündəlik neft hasilatını 11.5 milyon barreldən 9 milyon barrelə qədər azaltmağa hazır olduğu açıqlanıb. Daha sonra Rusiya Energetika Nazirliyindəki mənbə 1.6 milyon barrel ixtisara razılaşdıqlarını bildirib. Lakin Səudiyyə Ərəbistanı buna da qane olmayıb.

 

“Siz daha çox ixtisara getməlisiniz”,-OPEC-dəki mənbə danışıqların başlaması ərəfəsində TASS-a bildirib.

Səudiyyə Ərəbistanı isə hasilatı 4 milyon barrel azaltmağa razıdır, amma aprel ayı üçün hasilat rəqəmlərinə əsasən. “Reuters” bu barədə səudiyyəli qaynaqlara istinadən bildirir. Belə ki, mart ayında OPEC+ razılaşması pozulandan sonra Səudiyyə gündəlik hasilatı 2.7 milyon artırıb və 12 milyon barrelə çıxardıb. Beləliklə, bu ölkə indi əslində əvvəlki hasilat həcmini 1.3 milyon barrel azaltmağa hazırdır. Rusiyanın bununla qane olub-olmayacağı məlum deyil.

Danışıqlara ilk dəfədir ki, kartelə daxil olmayan əksər neft ölkələri, o cümlədən Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tobaqo qatılıblar.

Xəbər yenilənəcək...

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}