Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İqtidar-müxalifət görüşündən konstruktiv nəticələr gözlənilirmi?

 

Mirmahmud Mirəlioğlu: "İqtidar-müxalifət görüşünün konstruktiv olacağına inanırıq"

Asim Mollazadə: "Biz hər zaman ki bəyan etmişik ki, azərbaycanlılar bir-birinə qardaş kimi baxmalıdılar"
"Xeberinfo.com":  Məlumata görə, son günlər iqtidar-müxalifət dialoqunun yeni formatda baş tutması ilə bağlı məlumatlar yayılır. Müxalif düşərgəninin əsas partiyalarından olan Müsavat Partiyasının yaydığı açıqlamada bildirilir ki, nəzərdə tutulan yeni görüşə dəvət alıb. Bəs qarşıdan gələn parlament seçkiləri müstəvisində bu görüş nə qədər konstruktiv ola bilər?
PİA.AZ-ın əməkdaşı bu barədə Klassik Xalq Cəbhəsinin (KAXCP) sədri Mirmahmud Mirəlioğlunun və Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadəninin fikirlərini öyrənib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu: "Biz inanmadığımız məsələnin üstündə çalışmamalıyıq"
PİA.AZ-a gözləntiləri ilə bağlı danışan KXCP sədri bundan əvvəlki görüşün də konstruktiv olduğunu bildirib və buna görə də yeni formatda keçiriləcək görüşdən də nəticələrinin konstruktiv olacağına inanır:
"İqtidar-müxalifət görüşünün konstruktiv nəticə verməsi üçün çalışacağıq. Çalışdığımız məsələyə isə mütləq və mütləq inanımımız olmalıdır. Biz inanmadığımız məsələnin üstündə çalışmamalıyıq. Ötən dəfədən əldə etdiyimiz razılaqların bəziləri qismən də olsa gerçəkləşib və bu dəfə isə artıq daha ciddi format olması qərar alınıb. Bu format da genişlənib. Ona görədə inanırıq ki, istək və arzularımızı gerçəkləşdirəcəyik. Təbii ki, bu istək və arzular təkcə müxalifətin deyil, bütövlükdə cəmiyyətin və iqtidarındır".
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə: "Azərbaycan xalqının rifahı uğrunda hamı qardaş kimi hərəkət etməlidir"
ADİP sədri Asim Mollazadə isə bildirib ki, ölkədə əməkdaşlıq mühitinin yaradılması ADİP-in əsas siyasi hədəflərindən biridir:
"İqtidar-müxalifət görüşü ölkədə əməkdaşlıq mühitinin yaradılması, Azərbaycan dövlətinin inkişafında, ölkəmizin bütün potensialının istifadə edilməsi və ən əsası bizim partiyanın hər zaman bəyan etdiyi bir şüarın reallaşmasına təsir edə bilər. Biz hər zaman ki bəyan etmişik ki, Azərbaycanlılar bir-birinə qardaş kimi baxmalıdılar və bu davranışlar fikir ayrılıqlarının olmasına baxmayaraq Azərbaycan xalqının rifahı uğrunda hamı qardaş kimi hərəkət etməlidir".
Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təmsilçiliyi ilə iqtidar-müxalifət dialoqu 17 müxalif partiyanın iştirakı ilə dekabrın 14-də baş tutub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam