Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

“30 min NATO əsgərindənsə, bir maska yaxşıdır” – Avropa “tarixi düşmənlərinə” könüllü “təslim olur”

Çin və Rusiya Avropa Birliyi və NATO-nu bütün dünyanın gözü qarşısında parçalamaqdadır.

Yenixeber.org: Son günlər Çin və Rusiyanın koronavirusdan əziyyət çəkən Avropa dövlətlərinə göstərdiyi yardılmlar Avropa Birliyi və NATO-ya olan baxışları köklü surətdə dəyişməkdədir. Belə ki, Fransa və Almaniyadan yardım xahiş edən İtaliyanın istəyinin cavabsız qalması, əksinə, hər iki dövlətin maska və digər tibbi avadanlıqların ölkədən çıxışına qadağa qoyması, Avropa Birliyi dövlətləri arasındakı ənənəvi həmrəyliyin mahiyyət etibari ilə başa çatması kimi dəyərləndirməkdədir.

 

Habelə, İtaliya, Slovakiya və digər Avropa dövlətlərinə Çin və Rusiyanın həkim, tibbi təchizat və s.kimi vasitələrlə yardım etməsi, ölüm-dirim savaşında həyati dəstəyin “umulmayan”, yaxud “düşmən” dövlətlər tərəfindən göstərilməsi Avropa Birliyi və NATO-nun səmimiyyətinə olan inamı alt-üst edib. Siyasi ekspertlər hesab edir ki, Rusiya və Çinin bu yardımları Avropa Birliyi və NATO-nu parçalaya, onların varlığına son qoya bilər. Artıq Avropada “30 min NATO əsgərindənsə, bir maska yaxşıdır” deyimi sürətlə yayılmaqda, özünə çoxsaylı tərəfdarlar toplamaqdadır. Politoloqların fikrincə, Qərbdə  başlayan bu tendensiya Avropa toplumunun Çin və Rusiyaya könüllü “təslim olması” ilə yekunlaşa bilər. Bu isə Avropanın Çin və Rusiya tərəfindən mənəvi-psixoloji zəbti deməkdir.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}