Redaktor seçimi
Azərbaycan belə talanır: Cahangir Əsgərovun milyonluq seyrəngahı… –
Məzahir Pənahovun oğlu 4 il Türkiyədə nə edib?-
ELDAR MAHMUDOVUN YENİ MİLYARDLARI... -
Ağdamın icra başçısının menyusuna...
AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır -
Alı Alıyevin “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”-
Ucar Rayon Məşğulluq Mərkəzində nələr olmur?-
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Günün xəbəri

“NEFTİ UCUZ QİYMƏTƏ SATMAQDANSA...” –“Nefti satma, neft məhsulu sat”

 

Əli Əlirzayev: “10 il əvvəl emal müəssisələri yaratsaydıq, indi vəziyyətimiz daha yaxşı olardı”

Dünya bazarında neftin kəskin şəkildə ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyinə dair proqnozlar kifayət qədər çoxdur. Bu təsirlər manatın məzənnəsindən tutmuş büdcə gəlirlərinə qədər bir çox sahələrdə özünü biruzə verə bilər.

Yenixeber.org: Bu mövzu ətrafında iqtisadçı professor Əli Əlirzayevlə söhbətləşmişik:

- Əli müəllim, dünya iqtisadiyyatında neft şoku yaşanır. Sizcə, neftin kəskin şəkildə ucuzlaşması nədən qaynaqlanır və bu prosesdə siyasi amillərin rolu nə dərəcədədir?

- Dünyada gedən proseslər, çağırışlar, böhranlar bəzən güclü dövlətlərin siyasətinə, bəzən də bazarın tələbatına, rəqabətə bağlıdır. Neftin qiyməti faktiki olaraq, 30 dollara düşüb, amma zaman vardı ki, 100 dollara satılırdı. Sözsüz ki, bu, OPEK-in siyasətindən də asılıdır. Nefti istehsal edən və istehlak edən dövlətlər var. Bunların tələb və təklifindən çox şey asılıdır.

Normalda neft ölkələri çalışırlar ki, “qara qızıl”ı baha satsın, gəlirləri çoxalsın. İstehlakçılar isə çalışırlar ki, neftin qiyməti ucuz olsun. Məhz bu səbəbdən də həmişə kompromisə gəlinir. Bütün hallarda neft resursdur və o, hər ölkədə yoxdur.

İndi proqnoz vermək çətindir. Fikrimcə, hazırda neft istehsal və istehlak edən dövlətlər öz siyasətlərini elə qurmalıdırlar ki, neftin bu halı onların iqtisadiyyatına təsir etməsin. Vacibi budur.

- Sizcə, hazırda dünya neft bazarında müşahidə olunan durum Azərbaycana hansı formada təsir edir?

- Bunun müxtəlif təsirləri olacaq. Heç kəs deməsin ki, neft bazarında baş verənlər bizə təsir etməyəcək. Bunu deyən adamlar iqtisadiyyatı bilmirlər. Əvvəla, Azərbaycan neft ölkəsidir, neftdən asılı ölkədir. İstər büdcə, istər ARDNŞ-in gəlirləri, istərsə də Neft Fondu neftdən daxil olan gəlirlər hesabına formalaşır. Bu mənada neft baha olanda, bizə çox uyğundur. Xatırlayıram, biz Milli Məclisdə olanda narahat olurduq ki, gəlirlər artır və bunu hara istifadə edək ki, sindrom alınmasın və s. İndi isə başqa problem olacaq. Bu da onunla bağlıdır ki, belə qiymətlər şəraitində Azərbaycanın gəlirləri azalacaq. Büdcəmizdə neftin qiyməti 55 dolar nəzərdə tutulub. Əgər neft dünya bazarında 30-35 dollar olacaqsa, deməli, büdcə gəlirləri 40 faiz azalacaq. Gəlirlər azalırsa, demək xərclər də azalmalıdır. Bu xərclər təbii ki, dövlət büdcəsinin gəlirləri səviyyəsində müəyyən edilib. İndi baxmaq lazımdır ki, büdcədə hansı istiqamətdə xərcləri azaltmaq lazımdır. İnfrastruktur istiqamətində, yoxsa investisiya istiqamətində...

Sözsüz ki, sosial xərcləri, əmək haqlarını azaltsan, bu, əhalinin rifahına təsir edər. Və ya perspektiv xərcləri azaltsan, 10 il sonra daha dəhşətli vəziyyət yarana bilər. Odur ki, dünya neft bazarında müşahidə olunan neqativ proses narahatlıq yaradır. Azərbaycan iqtisadiyyatı da neftdən asılıdır. Bizim 52 milyard dollar ehtiyatımız var və bununla fəxr edirik. Qeyd edirik ki, bu valyutanı istədiyimiz zaman dövriyyəyə buraxa bilərik. Yaxşı, bəs sonrası necə olacaq? Belə məsələlər var. Sosial xərclərə, uzunmüddətli investisiya xərclərinə neftin qiymətinin ucuzlaşması təsir göstərəcək.

- Bu proses manata hansı təsir göstərə bilər?

- Sözsüz ki, neftin ucuzlaşması dollar-manat münasibətlərinə təsir göstərə bilər. Statistikanı götürsək, pulun dövriyyəsi, pulun miqdarı hesablanır. Yəni bilinir ki, Azərbaycanda nə qədər pul var. Eyni zamanda, dövriyyədə olan pulun dollarla və manatla nə qədər olması da bəllidir. Sözsüz ki, dollara tələbat artanda onun qiyməti artacaq. Bu saat bizdə hamı çalışır ki, manatı dollarla dəyişsin, çünki gələcəkdə dolların qiymətinin artacağını düşünür. Amma bir müddətdən sonra dollara tələbat azalacaq və o mərhələdə manata tələb artacaq. Beləcə, nisbət dəyişəcək. Hesab edirəm ki, bunu ağıllı şəkildə tənzimləmək lazımdır. Elə etmək lazımdır ki, əhali də narahat olmasın. Hazırda əhali arasında ajiotaj var. 1000 manatı olan da düşünür ki, niyə pul itirim. Gedib dəyişir. Sözsüz ki, bu, yaxşı tendensiya deyil, amma bundan qaçmaq da olmaz.

- Neftin qiymətinin dünya bazarında uzun müddət 30-35 dollar aralığında qalması ehtmalı varmı?

- Bəli, neftin qiyməti 30 dollardan yuxarı qalxacaq. Demirəm ki, qiymətin bir həddi var. Mən əvvəllər çıxışımda qeyd etmişdim ki, nefti ucuz qiymətə satmaq lazım deyil, onun hasilatını azaltmaq lazımdır. Fikrimcə, nefti ucuz qiymətə satmaqdansa, onu qorumaq lazımdır ki, bahalaşanda satasan. Ağıllı ölkələr belə edir. Niyə nefti maya dəyərinə istehsal edib sataq? Onun daxildə istifadəsi, emalı daha sərfəli olardı. Odur ki, neftin qiymətinin aşağı düşməsi neft istehsal edən ölkələrin marağına uyğun deyil. OPEK üzvləri, digər neft ölkələri var ki, onlar neftin baha satılmasında maraqlıdırlar, müəyyən mənada neftin tənzimlənməsi siyasətləri var. Bu mənada neftin qiymətinin aşağı düşməsinin qarşısını ala, limit tətbiq edə bilərlər. Əgər istehsal azalırsa, onda tələbat arta bilər. Tələbat artanda qiymət də artmalıdır. Hazırda Çində koronavirus səbəbindən neftə tələbat azalıb. Eləcədə, digər dövlətlərdə.

Amma tələbat sonsuza qədər aşağı ola bilməz. Onda gərək inkişafı dondurasan. Bu vəziyyətdə yaşamaq olmayacaq və qiymət yenidən qalxacaq. Neft istehsal edən ölkələr də onu ucuz qiymətə satmaqda maraqlı olmayacaq. Mən hesab edirəm ki, nefti ucuz qiymətə satmaqdansa, onun hasilatını azaltmaq lazımdır. Mən düşünürəm ki, nefti ucuz qiymətə satıb dollarla bahalı ərzaq alıb gətirmək doğru olmazdı.

- Hasilatın azaldılması ölkə iqtisadiyyatına mənfi təsir göstərməzmi?

- Hasilatı azaltma. Xaricə satdığını öz daxilində emal və istehlak et. 10 il əvvəl bu vəziyyəti nəzərə alıb emal müəssisələri yaratsaydıq, indi vəziyyətimiz daha yaxşı olardı. Bu, iqtisadi texnologiyadır. Xaricə gedən nefti emal etmək, zavodların gücünü artırmaq olar. Nefti satma, neft məhsulu sat. Bu, daha yaxşıdır. Texnologiya inkişaf etdikcə, rəqabət mühiti yarandıqca, neft məhsullarına daha çox ehtiyac yaranacaq.(azpolitika.info)

Vaqif NƏSİBOV

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}