Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qərib Məmmədovun üzərindən niyə xətt çəkildi?


 

Qərbi azərbaycanlılar onun öz vəzifəsini itirməsinə reaksiya verdilər

"Xeberinfo.com":  Qərbi azərbaycanlıların Azərbaycan hakimiyyətində təmsil olunan ən önəmli kadrlarından biri olan Qərib Məmmədov onun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə tutduğu postu itirib. 
Xatırladaq ki, vaxtilə bu bölgədən olan şəxslərdən sabiq səhiyyə naziri Əli İnsanov həbs edilmiş, təhsil naziri Misir Mərdanov isə vəzifəsindən uzaqlaşdırılmışdı. İndi Qərib Məmmədovun da öz vəzifəsindən kənarlaşdırılması ictimai rəydə Qərbi azərbaycanlıların hakimiyyətdən sıxışdırılması ilə bağlı mövcud rəyləri bir daha gündəmə gətirdi. 
Bəs görəsən, Qərbi Azərbaycandan olan ictimai şəxslər, ziyalı elektorat nə düşünür? Onlar həmyerlilərinin hakimiyyətdən sıxışdırılması iddiaları ilə razıdırlarmı? 
Qərbi Azərbaycandan olan siyasi fəallardan Köçəri Nağıbəyli musavat.com-a bildirdi ki, Qərib Məmmədovun həmyerliləri üçün heç bir xidməti olmadığından bu məsələdə onların hər hansı bir mövqeyi yoxdur: “Qərib Məmmədov 20 il idi ki, o vəzifədə çalışırdı. Ancaq bu müddətdə Qərbi azərbaycanlılara nə faydası toxundu? Bu dövlət başçısının qərarıdır, kimin vəzifədə qalıb, kimin gedəcəyinə o qərar verir. Qərib Məmmədov hansı Qərbi azərbaycanlıya iş yeri vermişdi? Onun yanında çalışanların 90 faizi Ağsu rayonundan olanlar idi. Biz ümumiyyətlə, o şəxsin Qərbi Azərbaycandan olduğunu bilmirdik. Mən bunu indi sizdən eşidirəm”. 
Qərbi Azərbaycandan olan tanınmış alimlərdən bir isə, adının çəkilməsini istəməsə də, öz mövqeyini musavat.com ilə paylaşdı: 
“Əslində, son vaxtlar belə söhbətlər gedir ki, Qərbi azərbaycanlılar sıxışdırılır, hakimiyyətdən uzaqlaşdırılır, seçkilərdə onlara mandat verilmir və s. Mən deyərdim ki, Qərib Məmmədov Qərbi azərbaycanlıların elə də parlaq nümayəndəsi deyildi. Həmyerliləri onu  yaxşı imici olmayan bir şəxs kimi tanıyırdılar. Ölkədə ən çox korrupsiyaya bulaşmış komitələrdən biri də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi idi. Mən  belə hesab edirəm ki, regionundan asılı olmayaraq, bu cür fəaliyyət göstərən istənilən məmur vəzifəsindən uzaqlaşdırılmalı idi. Bundan öncə təhsil naziri Misir Məmmədov da vəzifəsindən uzaqlaşdırılmışdı. Bu iki şəxsin cəmiyyətdəki mövqeyi, Qərbi azərbaycanlılara münasibəti onların məhz bu regiondan olduğu ilə bağlı şübhələr yaradırdı. Bu insanlar yalnız özlərinin və qohumlarının  həyatını yaxşılaşdırmağa çalışırdılar. Ancaq regionun inkişafı üçün heç bir iş görmürdülər. Mən hesab edirəm  ki, kadr məsələlərində olan dəyişikliklər Qərbi azərbaycanlılara qarşı qərəzli  münasibət sayılmamalıdır. Kimlər ki, vəzifəsindən sui-istifadə ediblər, kimlər ki, yalnız özlərinin var-dövlətini artırmaq üçün çalışıblar, həmin şəxslərin vəzifədən uzaqlaşdırılması alqışlanmalıdır. 
Məsələn, Tağı Əhmədov nümunəsində də biz bunu görə bilərik. Bu şəxs əslən Naxçıvandan idi. Ancaq Tağı Əhmədovun davranışları elə bir həddə çatmışdı ki, hakimiyyət onu bağışlamadı. Halbuki, bu insana dəfələrlə güzəştlər edilmişdi. Qərib Məmmədov akademikdir, BDU-da kafedra müdiridir. Ancaq vəzifəsində heç bir uğur qazanmayıb, bütün fəaliyyəti boyu korrupsiyaya bulaşıb. Onun vəzifədən uzaqlaşdırılması Qərbi azərbaycanlıların sıxışdırılması kimi anlaşılmamalıdır”. (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam