Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“... BİZ PRİMAKOVLA QOHUMUQ” –“Azərbaycanda bədənini satmaq istəyənlərə qadağa yoxdur...”

 

Yenixeber.org: Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun müsahibəsini təqdim edirik:

- Novella xanım, sizin qurum insanlarla təmas halında işləyir. Dünyanın COVİD-19 koronovirusu ilə bağlı mübarizə apardığı günlərdə siz hansı tədbirləri almısınız?

- Qapımız haqqı-hüququ tapdananlara həmişə açıq olub. Ancaq bu gün bütün dünyada durum elədir ki, biz bütün riskləri nəzərə almalı, həm özümüzün, həm də çevrəmizin səhhətini düşünməliyik. Məcbur olub cəmiyyətin qapısına qəbulların dayandırılması haqqında bildiriş asmışıq. Müraciətləri yalnız telefonla qəbul edirik. Hər kəs gərək özündən asılı olanı etsin ki, bu təhlükə insanlığı tərk etsin.

- Bu yaxınlarda Bakıda özünü feminist adlandıran bir qrupun askiyası oldu. Ancaq aksiya elə bir şəkildə keçirildi ki, cəmiyyətin ən müxtəlif təbəqələrinə aid qadınlar aksiyanı tənqid etdilər. Siz Azərbaycanda qadın hərəkatını yaradan, uzun illərdir başında dayanan xanım kimi kimin yanındasınız – aksiyaçıların, yoxsa, tənqidçilərin?

- “8 Mart- bizimdir hürr küçələr” sloqanı çox müsbət emosiya yaradırdı. Ancaq o sloqan ədəbsiz çağırışlar fonunda heçə çevirdi. Bədəninə azadlıq tələb edən qadının “hürr küçələr” dedikdə azad cəmiyyət yox, cəmiyyətin qəbul elədiyi əxlaq normalarından, milli dəyərlərdən uzaq azad həyat tələb etdiyini hər kəs gördü. Azərbaycan qadını Azərbaycan küçələrinə hürriyyəti Ayaz Mütəllibovun rəhbərliyi dönəmində əlində milli bayraq Azərbaycanın müstəqilliyi, Qarabağın azad edilməsi üçün keçirdiyi aksiyalarda tələb edib. Hürriyyət böyük anlayışdır, onu qadın bədəninin “azadlığına” sığışdırmaq sağlam düşüncənin məhsulu deyil. Ordakı şüarların çoxuna baxdım. Normal şüarlar idi. Amma açıq-saçıqlığı ilə seçilən o iki şüar bütün digər çağırışları məhv elədi və aydın göstərdi ki, aksiyanı təşkil edənlərin nə feminizmdən anlayışı var, nə Azərbaycanda qadınların çoxsaylı problemlərini həll etmək istəyi. Aksiyadan sonra intihara cəhd edən Ayselin internetdə yayılan videosuna da baxdım. Bildiyim qədəri ilə o, liseydə dərs deyir. Əldə içki, siqaret – baxmayaraq ki, mən də siqaret çəkirəm, amma onun göstərdiyi konkret həyat tərzinin təbliği idi – Azərbaycan qadınına yaraşmayan davranış, vulqar sözlər ancaq təəssüf doğurur. Bu insanlar cəmiyyətə hansı müsbət mesajı ötürə bilər? Bunları kimlərsə idarə edirsə, bizim günahımızdır. Şəxsən mən Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri olduğum üçün özümü bu məsələdə günahkar hesab edirəm ki, biz onlarla məşğul olmadığımız üçün kimlərinsə əlində maşaya çevriliblər. Feminist qrupların olması çox vacibdir. Ancaq o qrup aid olduğu, hədəf seçdiyi topluma onun anlayacağı tərzdə müraciət etməlidir. Azərbaycanda tabular var. Qadın bədənini bu cür hədəfə çıxarmaqla cəmiyyətin ancaq qınağını qazanmaq olar. Əlbəttə, bunlar onu çox gözəl bilirlər. Elə buna görə də hesab edirəm ki, onların məqsədi bizim dəyərlərimizi dağıtmaq idi ki, bunu da bacarmayacaqlar. Mən intellektual feminizmin tərəfdarıyam. Biz 30 ildən yuxarıdır Azərbaycanda qadınların bir çox problemlərini gündəmə gətirmişik, bir zamanlar dəyişməz sayılan psixologiyanı müəyyən mənada öz təbliğatımızla dəyişməyə çalışmışıq. Azərbaycanda “Məişət zorakılığı haqqında” Qanunun qəbulunda, təbliğində aktiv iştirak etmişik. Yeri gəlmişkən, o aksiyanı keçirənlər deyir ki, guya bölgələrdə qadınların maarifləndirilməsilə bağlı təbliğat aparırlar. Buna böyük şübhəm var. Azərbaycanın ən stajlı vətəndaş cəmiyyəti institutu kimi biz bölgələrdə qadın haqları ilə bağlı seminarlar, tədbirlər keçirəndə Prezident Administrasiyasından üzü aşağı bir neçə quruma rəsmi müraciətlər edirik, yer üçün xüsusi icazələr alırıq. Bəs, onlar bu icazələr olmadan yerlərdə necə təbliğat apara biliblər? Harda, hansı tədbiri, kiminlə keçiriblər? Bu sualların cavabı olmadığı üçün mən “bölgələrdə təbliğat” məsələsini şişirdilmiş məsələ sayıram. Məsələ həm də bu insanların nə qədər səmimiliyidir. Milli qəhrəmana dil uzadanların qadınları nəyə hazırlamaq istədiklərini anlamaqda çətin nə var? Mesajlarını yazıblar, cəmiyyət də onu gözəl anlayıb. Bədənlərini satmaq istəyirlər, öz işləridir. Azərbaycanda bədənini satmaq istəyənə qadağa yoxdur. Buna görə hələ onlara kömək edənlər də tapılar. Hər işin öz adı var.

- Polisin aksiyada davranışını necə gördünüz?

- Gördüm ki, aksiyaçılardan biri yumruqla, çırtma ilə polisin üzərinə yeriyəndə, polis də çox böyük səbr göstərdi. Mən o polisə medal verərdim. Biz belə dözümü harda görürük? Polis əlində bayraq yürüşə çıxanların bayrağını alır, özlərini maşınlara mindirib şəhərdən kənara aparır. Bunlara isə son dərəcə dözümlü yanaşıldı. Bu, mənimçün həm də paradoksdur.

- Novella xanım, Sizcə, sözügedən aksiya, bütünlükdə həmin qadın qrupu ölkədən idarə olunur, yoxsa xaricdən?

- Məncə, bu kənardan ötürülən ideyadır. Ancaq Azərbaycanda həmin qadınları meydana çıxaran konkret insan var. Bu, bir qrant layihəsinə bənzəyir. Biz də qadın problemləri ilə bağlı xarici dövlətlərdən qrantlar almışıq. Maarifləndirmə üçün, qadınlara hüquqi yardım üçün, icmaların dəstəklənməsi üçün... Ancaq bu fəaliyyət ölkədə var olan problemlərin üzə çıxarılması, qanunvericilik bazasında əksini tapması, cəmiyyətdə qadının mövqeyinin daha da möhkəmlənməsinə, dövlətin problemlər üzərində daha ardıcıl fəaliyyət göstərməsinə gətirib çıxarıb. Bu aksiyada mən belə ali məqsəd görmədim. Onlara bircə sualım var: Hansı qızı, hansı qadını müdafiə ediblər? Hansı azyaşlını erkən nikahdan qoruyublar? Alimentsiz, evsiz qalan hansı qadının haqqını bərpa ediblər, uşağı əlindən alınan hansı ananı balasına qovuşdurublar? Biz etmişik. Onlar da nə istədiklərini açıq şəkildə yazıb başlarının üzərinə qaldırıblar. Əgər kiminsə maşası deyillərsə, gerçəkdən hədəfləri Azərbaycan qadınını azad, savadlı, güclü görməkdirsə, çağırıram, gəlsinlər, biz təcrübəmizi bölüşək, dəstək olaq, birgə çalışaq.

- Media cameəsində qadınlar birmənalı azaddır, hər hansı basqıdan söhbət gedə bilməz. Azərbaycanda vətəndaş cəmiyyətinin ən fəal üzvlərindən biri kimi sizdən soruşmaq istəyirəm – Azərbaycan qadını üçün cəmiyyətin müəyyən etdiyi sərhədlər çox sərtdirmi?

- Qətiyyən. Bir çox problemlər məhz maariflənməklə bağlıdır. Bu gün Azərbaycan qadını hansı sahədə yoxdur? İdarəçilikdə, siyasi fəaliyyətdə, vətəndaş cəmiyyəti institutlarında, təhsildə, tibbdə, özəl sektorda... hər yerdə uğurlu Azərbaycan qadını var. Biz necə deyə bilərik ki, cəmiyyət qadını məhz qadın olduğu üçün sıxışdırır? Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti göz qabağındadır. Bir neçə gün öncə Azərbaycanda qadın Milli Məclisin sədri seçildi. Sahibə xanımı buradan təbrik edir, fəaliyyətində böyük uğurlar arzulayıram. Biz onu Strasburqda tanımışıq. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi fəaliyyətinə bələdik. O, intellektual Azərbaycan qadını modelinin ən parlaq nümayəndələrindəndir. Bahar Muradovanın Ailə, Qadın, Uşaq Komitəsinə rəhbər getməsini də çox müsbət addım kimi qiymətləndirirəm. O, vitse-spiker postunda bizim qadın məsələləri ilə bağlı qaldırdığımız bütün problemlərin çözümünə dəstək olmağa çalışıb. Ümid edirəm, o, yeni vəzifəsində də cəmiyyətə böyük xeyir verəcək.

 

 

- Sahibə Qafarovanın adı bir neçə ay öncə Yevgeni Primakovun yubileyi münasibətilə bağlı Bakı Slavyan Universitetində inşa müsabiqəsinin keçirilməsində hallandı. Bəziləri spikerliyinə də məhz bu bucaqdan baxır...

- Sahibə xanım özü bu haqda açıqlama verib, bildirib ki, həmin dönəmdə Strasburqda olub. O, çox ləyaqətli xanımdır. Ailəsi ilə, təhsili ilə, həyat yolu ilə nümunə olacaq bir insandır. Bu inşa məsələsi onun ictimai fəaliyyətinə kölgə sala bilməz. Primakova gəlincə, onun 20 Yanvar faciəsində rolu danılmazdır. Ona görə də onun yubileyinin keçirilməsinə etiraz edənləri haqlı saymamaq mümkün deyil. Siyasət bəzən adamı düşmənlə də eyni masada oturmağa məcbur edir. Primakovla bağlı mən bir sirri də açmaq istəyirəm. Biz onunla qohumuq.

- Siz?

- Bəli. Primakov baldızımın qaynı oğludur. Ancaq heç zaman əlaqəmiz olmayıb. Mənim yoldaşım Tiflis yəhudisidir, bilirsiniz. Onların hər zaman düşüncəsində İsrail, ora köçmək olub. Sovetlərin zamanından... Primakov isə Sovetlər Birliyində yüksək vəzifələrdə olub. O zaman İsrailin adını çəkmək olardı? Bu səbəbdən münasibətlər mən o ailəni tanıyandan sıfır həddində olub. Heç zaman görüşməmişik.

 

 

- Novella xanım, söhbət siyasətə meyllənmişkən bir sual da verim: Prezident Administrasiyası siyasi liderlərlə, ictimai çəkisi olan insanlarla görüşlər keçirir. Bu prosesə mühasibətiniz necədir?

- Mən bütün dialoq çağırışlarını dəstəkləyirəm. Bu gün Azərbaycanda cəmiyyətin inkişafını hədəf seçmiş, sivil mübarizə aparan insanların hamısı dərk etməlidirlər ki, bizim dialoqdan başqa yolumuz yoxdur. Mən bu sözü həm iqtidar, həm müxalifət, həm də ictimai sektor təmsilçiləri üçün deyirəm. Bir məsələni anlamaq çətindir – bəzi müxalifətçilər bir tərəfdən deyir dialoq yoxdur, bir tərəfdən də dialoq təklifindən imtina edir. Addım atın, əgər nəticəsiz olsa, məsuliyyət sizin üzərinizdə qalmasın. Dialoq qurun, sozünüzü deyin, çözülməsə, yenə tənqid edin. Biz cəmiyyəti dialoqsuz hara apara bilərik? Buradan hakimiyyətə də səslənirəm: Bu seçkidə cəmiyyətin nəbzini tutan, vətəndaşlar arasında nüfuz qazanan çox sayda maarifçi qüvvələr ortaya çıxdı. Bu dialoqa həmin şəxslər də cəlb edilməlidir. Onların potensialından istifadə olunmalıdır. Bu gün Azərbaycanın ziyalı sözünə, ciddi siyasi ambisiyaları olmayan, cəmiyyətin sağlamlaşdırılmasına xidməti özünə borc bilən insanlara çox ciddi ehtiyacı var. Onları kənarda qoymaq olmaz...(azpolitika.info)

Aygün Muradxanlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam