Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

YENİ PARLAMENTDƏ DƏ ÜSTÜNLÜK “KÖHNƏ QVARDİYADADIR” -“Artıq ənənəvi müxalifət yoxdur, bitdi” (MÜSAHİBƏ)

 

Zərdüşt Əlizadə: “Mehman Hüseynova istinad edən müxalifətin boyunu yerə soxum”

“Yeni parlamentin tərkibi hakim zümrə daxilindəki qüvvələr nisbətinin parlaq nümunəsidir”

Yenixeber.org: Növbədənkənar parlament seçkisi bir çox cəhətlərilə bərabər Azərbaycandakı ənənəvi müxalifətin potensialı və cəmiyyətdəki dayaqları mövzusunu da gündəmə gətirdi. Bir hissəsi seçkiyə qatılmayan, qatılan hissəsi isə çox sönük təsir bağışlayan həmin siyasi qüvvələri buna görə tənqid edənlər az olmadı.

Başa çatan 9 fevral növbədənkənar parlament seçkisi və ənənəvi müxalifətin bu prosesdəki rolu mövzusunda politoloq Zərdüşt Əlizadə ilə söhbətləşib:

- Növbədənkənar parlament seçkisi başa çatdı, parlamentə düşən şəxslərin siyahısı prinsipcə bəllidir. Bu seçkiyə və onun nəticələrinə münasibətiniz necədir?

- Düşünürəm ki, bu seçki qeyri-adi deyil, sıradan bir seçki oldu. Seçkini hakimiyyət hazırlayıb, müxalifətin bu prosesə heç bir təsir imkanı olmayıb. Yayılan videolar da göstərir ki, seçkidə saxtakarlıq faktları kifayət qədərdir. Bu mənada sıravi və “nümunəvi” seçki olub. Azərbaycanda 1989-cu ildən bu yana seçkilər belə keçirilir. Yeni bir şey yoxdur.

Parlamentin tərkibinə gəldikdə qeyd edim ki, bu tərkib hakim zümrə daxilindəki qüvvələr nisbətinin parlaq nümunəsidir. “Köhnə qvardiya” və “yeni qvardiya” var. “Köhnə qvardiya” təmsilçilərindən parlamentə daha çox şəxs düşüb. Yəni, yeni parlamentdə də üstünlük “köhnə qvardiyadadır”. İndiyə qədər necə olubsa, bundan sonra da elə olacaq. Bütün məsələlər Prezident Aparatında və Nazirlər Kabinetində həll olunacaq.

- Bu seçkidə müxalifətin və müstəqil namizədlərin iştirakını necə qiymətləndirirsiniz?

- Bu dəfə də seçkidə müxalifət iştirak etdi. Müsavat Partiyası, ReAL və iki digər blok və ya hərəkat seçkiyə qatıldı. Yeganə real müxalifət olaraq, Erkin Qədirli halal şəkildə seçkini udub. Bununla bağlı məntəqə seçki komissiyalarından əldə etdiyi protokolları nümayiş etdirdi, hətta özünün şəxsən qələbə qazandığı, amma əlavə bülletenlərin atıldığı məntəqələrlə bağlı da şikayət verdiyini qeyd etdi. Bir sözlə, halal qələbə qazandı. Bu da göstərir ki, cəmiyyətdə ağıllı və savadlı müxalifətə ehtiyac var. Bunun nümunəsi Erkin Qədirlidir. Təəssüflər olsun ki, Natiq Cəfərlinin keçməsinə imkan verilmədi. Onun da parlamentə düşməsi xalqın və dövlətin xeyrinə olardı.

Yeri gəlmişkən, bu seçkidə hüquqşünas Fərhad Mehdiyevin seçki kampaniyası və mübarizəsi olduqca xoşuma gəldi. Bu göstərir ki, müstəqil və müxalif düşərgədə mübariz siyasətçilər var.

Bəxtiyar Hacıyevin inadcıl mübarizəsi də xoş təəssürat yaratdı, adam öz haqqını müdafiə etməyi bacarır. Düzdür, mən Bəxtiyarın seçki materialları ilə tanış oldum və deyim ki, deputatdan daha çox prezidentliyə namizədin materialları idi. Hər halda çalışır, iş görür, özünü və haqlarını müdafiə edir.

Kərim Kərimli də çox əla seçki kampaniyası apardı. Başqa gənclərin də adını qeyd etmək olar. Bu adamlar mövcud olan imkanlardan istifadə etdilər. Amma hakimiyyət də qələbəni özünün istədiyi namizədlərə verdi.

- Bəs sizcə, 4 seçki dairəsində nəticələrin ləğv edilməsi nədən xəbər verir ?

- Bəzi yerlərdə fırıldaqların dozası çox oldu və bu, biabırçı formada idi. Video-görüntülərdə bunlar açıq hiss edilirdi. Hökumət onların bir hissəsinə reaksiya verərək, həmin dairələrin nəticələrini ləğv etdi. Hesab edirəm ki, o dairələrdən irəli çıxan deputatlar həm də hakimiyyət üçün əhəmiyyətsiz idilər. Odur ki, belə qərarlar verildi. Ancaq bu o demək deyil ki, həmin dairələrdə keçiriləcək təkrar seçkilərdə müxalifət namizədləri keçə bilərlər.

- Fəal kampaniya aparan gəncləri sadalayarkən, nədənsə Mehman Hüseynovun adını çəkmədiniz...

- Mən Mehman Hüseynovu deputat görmək istəmirəm. Bu cür adama istinad edən müxalifətin boyunu yerə soxum. Çünki jurnalist kimi qeyri- peşəkardır. Baxmayaraq ki, özünü qəhraman kimi təqdim edir, əsas istəyi yuxarıya dırmaşmaqdır. Adamlar var ki, yuxarıya dırmaşmaq istəyir və dırmaşandan sonra yerini rahatlayıb bəy balası kimi yaşamağa başlayır. Mən onları yaxşı tanıyıram. Qardaşına da, ona da bələdəm. Onlar öz rifahını düşünən insanlardır.

- Bəs seçkiyə qatılan İsa Qəmbər, Arif Hacılı, Sərdar Cəlaloğlu və digər ənənəvi müxalifət liderlərinin seçki kampaniyasına münasibətiniz necədir?

- Mən, yeri gəlmişkən, Cavad Cavadovu da qeyd etmək istərdim. Seçkidə iştirak etdi və sonra da mərdanə şəkildə uduzduğunu bildirdi. Yəni bu seçki xeyli gənci cəmiyyətə yaxşı mənada tanıtdı. Bu, öz-özlüyündə müsbət hadisə idi.

Konkret sualınıza gəldikdə deyim ki, ənənəvi müxalifətin ən böyük qüsuru və zəifliyi onların zəka potensialının yoxluğundadır. Zəka potensialı olmayanda xalqa söz deyə bilmirsən, başlayırsan “dalay-dalay” oxumağa. Xalq da bir dəfə “dalay-dalay”a qulaq asır və sonra da bundan iyrənir. Beləcə ənənəvi müxalifətin istəkləri reallaşmır. Ənənəvi müxalifətin “onlar getsin, biz gələk” şüarı artıq işləmir. Nə ilə gələcəksən, hansı yeni siman var, cəmiyyətə hansı modelləri təklif edirsən? Bunların heç biri yoxdur. İsa Qəmbər heç bir yeni söz demir, klassik məğlub fiqurdur. Arif Hacılı heç nəyə nail olmayıb. Bütün bunları xalq bilir.

- Demək istəyirsiniz ki, ənənəvi müxalifətin kölgədə qalması gözlənilən sonluq idi?

- Onların vaxtı keçib. Əslində onlar çoxdan sıradan çıxıblar, sadəcə bunu qəbul etmək, tanımaq istəmirlər. Deyirlər ki, biz də varıq. Camaat da deyir ki, özünüz üçün varsınız. Bu seçkidə məntəqələrdən birində vətəndaş siyahıya baxıb deyir ki, filankəs ölüb, məntəqə sədri də bildirir ki, o, sizin üçün ölüb, bizim üçün yaşayır. İndi də xalq üçün artıq ənənəvi müxalifət yoxdur, bitdi bu məsələ. Hələ cəmiyyətdə onlara 500 nəfər səs verən varsa, bunun özü böyük rəqəmdir. Xalqı min dəfə aldadıblar. Niyə xalq onlara səs verməli idi? Bitdi, onların kitabları bağlandı.

- Axı onların yerini tutanlar da yoxdur...

- Yuxarıda qeyd etdik ki, yeni nəsil gəlir. Vacib deyil ki, onlar idealist siyasətçilər olsun, onlar praqmatik siyasətçilərdir. Elementar bir nümunə deyim. İqbal Ağazadə deputat olmaq istəyir. Burada nə pis şey var? Öz dairəsində yaxşı işləyib, onu tanıyırlar, səs verirlər.

Bu seçkidə daha fəal siyasi təşkilat Respublikaçı Alternativ Partiyası idi. Məsələn, parlamentdə iqtisadçı Natiq Cəfərlinin olması Azərbaycan dövlətinə və xalqına ziyanmı verərdi? Amma onun əvəzinə 26 yaşlı gənc xanımı gətirdilər.

Mənim üzdən tanıdığım, ağıllı saydığım siyasətçilərdən biri Erkin Qədirlidir. Özü də açıq elan etdi ki, hökumət ona qarşı inzibati resurslardan istifadə etməyib və imkan verib ki, bu dairədə təmiz seçki keçsin. Onun təmsil olunduğu partiyanın ağlı olsa, özünün yeganə təmsilçisi olan Erkin üçün zəka potensialını səfərbər edər. Və beləcə Erkin parlamentdə gözəl təşəbbüslərlə çıxış edər. Hamı da görər ki, bu partiya ağıllıdır, imkanlardan istifadə edir.

- Sizcə, bu seçkidə ortaya çıxan yeni gənc nəslin partiya yaratmaq imkanı varmı?

- Fərhad Mehdiyev Respublikaçı Alternativ Partiyasından namizəd idi. Amma özü müstəqil siyasətçidir. Fərhad nədən Müsavat və ya YAP-dan namizəd olmadı? Deməli, fikirləri bu partiyaya daha yaxın olub. Belə adamlar var və bəlkə də sabah onlar bu partiyaya daxil olacaqlar.

Digər tərəfdən, ənənəvi partiyalar artıq çıxdaş olub. Onlar sübut etdilər ki, heç nəyə yaramırlar. Ortada qalır yalnız Respublikaçı Alternativ Partiyası. Və bir də ADR Hərəkatı. Bu qurumun da da müəyyən qədər potensialı var. Mənə görə, ortada olan siyasi qüvvələr bunlardır.

Ancaq yeni partiya da ortaya çıxa bilər. Bunu Azərbaycan qanunları, konstitusiya qadağan etmir. Əgər seçkidə yaxşı mənada fəal iştirak edən müstəqil namizədlər belə niyyətə düşərlərsə, siyasi iştahları varsa, bunu mümkün sayıram. Əgər fərqli bir yol göstərmək istəyirlərsə, buyursunlar.(azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam