Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Putinin hədəfində olan ölkələr

 

ABŞ-ın “Newsweek” nəşri Rusiya prezidenti Vladimir Putinin Ukraynadan sonra növbəti hədəfi ola biləcək ölkələrin adını açıqlayıb.



"Xeberinfo.com":  Məlumata görə, nəşr Qərbi diqqətini təkcə Ukraynaya yönəltməməyə çağırıb: “Hesab edək ki, Rusiya ilə danışıqlar aparıldı və Ukraynada razılıq əldə olundu. Lakin Putinin təzyiq göstərmək üçün ölkələr arasında seçimi çoxdur”.



“Newsweek” bu ölkələr arasında Azərbaycanın da adını çəkir.



“Baltikyanı ölkələrindən Belarus və Moldovaya qədər, həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Mərkəzi Asiyanın 5 ölkəsi bu seçimdə xüsusi yer tutur. Bu ölkələrin hər birində rus və rusdilli əhali var. Moskva Ukraynadakı ssenarini onların hər birinə tərtib edə və rus dilli əhalini əsas gətirərək öz hücumuna bəraət qazandıra bilər”, - deyə nəşr vurğulayıb.



Nəşr vəziyyətdən çıxış yolu kimi ABŞ və Avropanın həmin ölkələrə dəstək verməsini göstərir: “Rusiyanın qonşuluğunda yerləşən bu ölkələrə Moskvadan gələn hücuma qarşı dayanmaq gücü lazımdır. Qərb bu işdə öz yardımını əsirgəməməlidir. Düzdür, bu gün Qazaxıstan, Belarus və Ermənistan “Putin ittifaqına” daxil olub. Lakin yerdə qalan ölkələrə dəstək verilərsə, bu üç ölkə ilə Rusiya çox da yüksəyə çıxa bilməyəcək”.



Nəşr bu çıxış yolunun yaxın perspektiv üçün yarayacağını qeyd edir.



“Uzaq perspektiv üçün çıxış yolu Putinin devrilməsidir. Putin hakimiyyətdə qaldıqca, Rusiyada qeyri-ruslara qarşı aqressiya güclənəcək. Bunun özü getdikcə rejimin dağılmasına səbəb olacaq”, - deyə nəşr bildirir.

Publika.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam