Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yanukoviç “Ukrayna prezidenti” titulundan məhrum edildi

 

Ukrayna Ali Radası Viktor Yanukoviçin “Ukrayna prezidenti” titulundan məhrum edilməsi haqqında qanun qəbul edib. 

"Xeberinfo.com":  APA-nın “112.ua” saytına istinadən yaydığı məlumata görə, qanun layihəsinin lehinə 281 millət vəkili səs verib.
“Viktor Yanukoviç qeyri-Konstitusion şəkildə öz səlahiyyətlərini yerinə yetirməkdən qaçaraq dövlətin idarə olunmasına, ərazi bütövlüyü və suverenliyinə təhlükə yaradıb və bu addım insanların hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarıb”, – deyə qanun layihəsinə əlavə olunan izahatda bildirilir.
Ukrayna Konstitusiyasına əsasən Ukrayna prezidenti adı impiçment qaydasında vəzifədən kənarlaşdırılmayan bütün keçmiş prezidentlərə aid edilir.
Xatırladaq ki, V. Yanukoviç ötən il fevralın 22-nə keçən gecə paytaxt Kiyevi və bir qədər sonra Ukraynanı tərk edib. Elə həmin gün Ali Rada onu prezident səlahiyyətlərindən məhrum edib. Hazırda keçmiş prezident haqqında İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Onun Ukraynada və bəzi xarici ölkələrdəki bank hesablarına və əmlakına həbs qoyulub. Hazırda V. Yanukoviç Rusiyadadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam