Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“İranın 52 obyektini hədəfə götürmüşük, dərhal vuracağıq...”-"Tehran çoxdan ABŞ-ın 35 obyektini..."

 

ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı  “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymanini öldürməsinin ardınca tərəflər arasında gərginlik hər gün artmaqdadır.

Yenixeber.org: İran hərbi komandanları və siyasi rəhbərliyi bir-birinin ardınca “amansız qisas” bəyanatları ilə çıxış edir. ABŞ-dan isə bu hədələrə cavab olaraq bildirirlər ki, İran Birləşmiş Ştatların maraqlarına hücum etsə daha sərt cavab alacaq.

Hazırda ən çox müzakirə edilən məsələ İranın qisas addımlarının hansı formada ola biləcəyi haqdadır. İrandan ABŞ-a qarşı növbəti hədə bəyanatı ilə İnqilab Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Salami çıxış edib. Və İranın Qasım Süleymaninin öldürülməsinə görə qısasının “strateji miqyasda olacağını” deyib.

İran dövlət televiziyasında çıxış edən Salami izah edib ki, bu strateji qisas addımının nəticəsində ABŞ-ın Yaxın Şərqdə iştirakına son qoyulacaq. “Bu addım müəyyən təsirlərlə geniş coğrafiyanı əhatə edəcək”,-general bildirib. Onun sözlərinə görə, İran hakimiyyətini bu hədəfə çatmaq üçün heç nə dayandıra bilməyəcək.

Qeyd edək ki, Qasım Süleymaninin öldürülməsindən əvvəl də uzun illər boyu İranın siyasətinin başlıca məqsədi ABŞ-ın Yaxın Şərqdəki iştirakına son qoymaq, öz ideologiyanı bütün region boyu yaymaq və nəhayət İsrailin dövlət kimi varlığını ortadan qaldırmaqdır. Bu baxımdan general Salaminin hədələri əslində yenilik hesab edilməməlidir.

Lakin ABŞ rəhbərliyi də İranın hədələrini cavabsız qoymur. Prezident Donald Tramp yanvarın 5-də bəyan edib ki, əgər Tehran amerikalılara zərbə vursa o zaman bilavasitə İranın 52 obyektini vuracaqlar.

“Qoy bu xəbərdarlıq olsun. Əgər İran amerikalılara və Amerika obyektlərinə zərbə endirərəsə biz artıq 52 İran obyektini hədəfə almışıq (İran uzun illər əvvəl Tehrandakı ABŞ səfirliyində 52 amerikalını girov götürmüşdü). Bu obyektlərdən  bir çoxu İran və İran mədəniyyəti üçün çox mühümdür. Həmin obyektlərə zərbə çox sürətlə və çox güclü şəkildə endiriləcək”,-Tramp özünün növbəti tvitində bildirib.

Xəbərlərə görə, ABŞ artıq regiona minlərlə hərbçi göndərməyə başlayıb. Yaxın Şərqdə artan gərginliyin fonunda Küveytdəki ABŞ hərbi bazasına 4200-dən çox Amerika dəniz piyadaları və hava desantı göndərilir. Artıq 700 hərbçi Yaxın Şərqə yola salınıb, daha 3500 hərbçi isə tezliklə yola salınacaq. “Assosiated press” agentliyinin məlumatına görə, hərbçilərdən birinin arvadı bildirib ki, onun ərinin Yaxın Şərqə göndərilməsi çox qəfil və sürətlə baş verib. Nəticədə onlar heç telefonla sağollaşmağa da imkan tapmayıblar.

Tramp administrasiyası İranın mümkün cavab addımları ilə bağlı Konqresi məlumatlandırıb və bildirilib ki, Tehranın növbəti bir neçə həftə ərzində hansısa qisas addımları atacağı gözlənilir. Pentaqonun, Dövlət Departamentinin və Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndələrinin Konqres üçün təşkil etdikləri brifinqdə İranın qisas addımları atacağının şübhə doğurmadığı, ancaq ABŞ-ın da cavab planları hazırladığı bildirilib. Amerika hakimiyyəti istisna etmir ki, İran tərəfi ABŞ ərazisində də hansısa addımlar ata bilər. Bu məqsədlə “Hizbullah”dan istifadə edilməsi mümkündür.

İraqda isə artıq İrana bağlı qüvvələr ABŞ hərbçilərinin olduğu bazaya və Birləşmiş Ştatların səfirliyinə “Katyuşa” tipli kustar raketlərlə hücum ediblər. Buna cavab olaraq ABŞ aviasiyası İraqın İranla sərhəd Əl-Qaim rayonunda “Həşdi Şabi” şiə yaraqlılarının bazasına zərbələr endirib. İraqın “Al Hadath” telekanalı xəbər verir ki, ölkənin qərbində “Haşdi Şabi” qruplaşmasının bazası üzərində ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının təyyarələri dövrə vurur. Bazaya endirilən zərbə nəticəsində şiə yaraqlıları arasında ölən və yaralananlar var. Habelə xəbər verilir ki, Əl-Qaim rayonuna doğru təcili yardım maşınlarından ibarət kalon hərəkət edir.

 

Bu arada İnqilab Keşikçiləri Korpusunun Kirman əyalətindəki bölmələrinə komandanlıq edən general Qulaməli Abuhəmzə də ABŞ-dan necə qisas alacaqları haqda bəyanat verib. General deyib ki, Tehran çoxdan ABŞ-ın 35 obyektini müəyyənləşdirib, hansı ki, həmin obyektlər İran raketləri üçün əlçatan məsafədədir. General Abuhəmzənin bildirdiyinə görə, Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri də onların hədəfi ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam