Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycan-ABŞ münasibətləri normallaşır?

 

Zərdüşt Əlizadə: “Əgər Azərbaycan höküməti ABŞ-ın köklü iqtisadi, geosiyasi maraqlarını təmin edirsə, bu o deməkdir ki, insan haqqları 7-8-ci yerlərə keçir”

Qabil Hüseynli: “Rusiya nə bacarırsa, edir. Buna baxmayaraq, qonşu dövlət kimi Rusiya ilə dostluğu, ticarət əlaqələrini inkişaf etdirməyə çalışırıq”
Sülhəddin Əkbər: “Regionda hərbi siyasi tarazlığı ancaq ABŞ və NATO yarada bilər. Azərbaycan gec-tez bu gerçəkliyi dərk etməlidir”
"Xeberinfo.com":  Məlumata görə, Azərbaycanla ABŞ arasında son zamanlar gərilməkdə olan münasibələr yenidən normallaşmaqdadır. Bu daha əvvəllər ABŞ barədə kəskin bəyanatları ilə seçilən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun dünənki açıqlamasında da özünü biruzə verdi. 
Qeyd edək ki, dünən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İsrail-Azərbaycan münasibələrindən danışarkən bildirmişdi ki, ABŞ-dakı yəhudi qrupları Vaşinqtonda Azərbaycanın xeyrinə lobbiçilik edir. O da məlumdur ki, bir müddət öncə rəsmi Bakı İsrail mətbuatının anti-Azərbaycan ritorikasına qarşı İsrailə ən yüksək səviyyədə etirazlarını bildirmişdi. Belə çıxır ki, artıq rəsmi Bakı Vaşinqtonla münasibətlərinin düzəlməsinə çalışır. Bəs hazırkı durumda ABŞ-la münasibətlərin normallaşmasına rəsmi Bakının səy göstərməsi hansı səbəbdən yaranır? Və . ABŞ-la münasibətlər normallaşdığı təqdirdə bu Rusiya ilə münasibətlərə necə təsir edə bilər və ən əsası cəbhə bölgəsində gərginliyin artmasına yol aça bilərmi?
Bu barədə PİA.AZ-ın əməkdaşı bir neçə siyasi analitikin fikrini öyrənib. 
Zərdüşt Əlizadə: “Azərbaycan Rusiya münasibətləri korlananda isə ABŞ hiddətlənir”
Politoloq Zərdüşt Əlizadənin fikrincə ABŞ-Azərbaycan münasibətləri heç də böhran həddində olmayıb:
“Beynəlxalq siyasət “Azadlıq” qəzetinin yazdığı kimi deyil. ABŞ-Azərbaycan münasibətləri heç də “Azadlıq” qəzetinin yazdığı kimi böhran həddində olmayıb. Çünki ortada daha köklü iqtisadi, geosiyasi maraqlar var. Sadəcə  Azərbaycan hökümətinin insan haqqlarına hörmətlə yanaşması üçün ABŞ höküməti öz istəyini bildirir. Amma bu o demək deyil ki, Azərbaycan höküməti buna riayət etməyəcək, Amerika höküməti Azərbaycanla kəskin münasibətlərə keçməyə və sanksiyalar tətbiq etməyə hazırdır. 
Xarici siyasətdə insan haqqları 5-6-cı yerlərdə durur.. Azərbaycan müxalifəti və QHT-na elə gəlir ki, Amerika höküməti gecə-gündüz fikirləşir ki, dünyada harada insan haqqları pozulursa, onu müdafiə etsin. Bu belə deyil. 
Hər bir dövlət öz maraqlarına uyğun çalışır ki, qonşuları ilə yaxşı münasibət qursun. Məsələn, Azərbaycan Rusiya ilə münasibətləri normallaşdıranda ABŞ bunun əksinə çıxış etmir. Azərbaycan Rusiya münasibətləri korlananda isə ABŞ hiddətlənir. Fikirləşir ki, bu hökümətin başına hava gəlib. Hökümətin özü çalışır ki, Rusiya ilə normal münasibət qursun. Fərz edək, İranla Amerikanın münasibətləri pis idi, amma İranla Ermənistanın münasibətləri yaxşı olanda Amerika buna görə sözün həqiqi mənasında ağlayırdı. Hökümət İranla da, Rusiya ilə də normal münasibət quranda Amerika buna çox müsbət yanaşır”.
Qabil Hüseynli: “Amerika ilə Azərbaycan arasında soyuqluğun yaranmasına digər səbəb hər hansısa üçüncü, dörüncü dövlətin təsirləri ilə bağlı idi”
Politoloq Qabil Hüseynlinin fikrincə ABŞ-Azərbaycan münasibətləri strateji xarakter daşıyır:
“Öncəliklə qeyd edim ki, İsraillə Azərbaycanın münasibətlərində heç bir problem olmayıb. Yalnız İsrail mətbuatında Azərbaycanda insan haqqları ilə bağlı iki tənqidi məqalə yazılmışdı. Nə olsun?! Bununla iki dövlət arasındakı münasibətlər pozulmur ki... 
Davosda isə İsrailin sabiq prezidenti ilə Azərbaycan prezidenti arasında çox səmimi görüş oldu. Eyni zamanda bu yaxında "Xolokost" hadisələrinin il dönümü ilə bağlı Bakıda böyük toplantı keçirildi. Yəni İsraillə münasibətlər qaydasındadır. Son zamanlar Amerika ilə Azərbaycan arasında bir gərginlik yaşanırdı. Buna səbəb isə Amerikanın nahaqdan Azərbaycanı tənqid atəşinə tutması idi. Bu tənqidlər də əsasən qəzetlər səviyyəsində idi və hesab edirəm ki. gərginlik kimi qələmə verilən anlaşılmazlıqlar artıq arxada qalıb. Bəli ABŞ-Azərbaycan münasibətlərinin qaydaya salınması üçün yəhudi lobbisi səy göstərir. Fikrimcə, Amerika ilə Azərbaycan arasında soyuqluğun yaranmasına digər səbəb hər hansısa üçüncü, dörüncü dövlətin təsirləri ilə bağlı idi. Hər bir dövlət kimi Azərbaycan da öz siyasi və iqtisadi maraqlarına görə hərəkət edir. ABŞ-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Rusiya hər zaman Ermənistana yardım edib və cəbhədə gərginliyi artırıb. Bunu Azərbaycan Prezidentin Almanya səfəri zamanı  kansler Merkel  açıq sürətdə bildirdi. Rusiya nə bacarırsa, edir. Buna baxmayaraq, qonşu dövlət kimi Rusiya ilə dostluğu, ticarət əlaqələrini inkişaf etdirməyə çalışırıq”.
Sülhəddin Əkbər: “Hər bir dövlət istəyir ki, ABŞ-la normal sıx münasibətləri olsun”
NATO Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər hesab edir ki, dünyada elə bir dövlət yoxdur ki, ABŞ-la münasibətlərinin inkişafını istəməsin:
“ABŞ qlobal gücdür və dünya lideridir. Hər bir dövlət istəyir ki, ABŞ-la normal sıx münasibətləri olsun. Bəzi ölkələr buna müəyyən dərəcədə, bəziləri də qismən nail olur. Amma dünyada elə bir dövlət yoxdur ki, ABŞ-la münasibətlərinin inkişafını istəməsin. Regionda hərbi siyasi tarazlığı ancaq ABŞ və NATO yarada bilər. Azərbaycan gec-tez bu gerçəkliyi dərk etməlidir.  Rusiyadan qorxaraq sonsuzadək bu konfliktin həllini yubatmağın anlamı yoxdur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam