Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Fərid Şəfiyev: “Fransa, Rusiya və ABŞ Minsk qrupuna...”

Ermənistanın yeni rəhbərliyi qeyri-konstruktiv və radikal ifadələrlə demək olar ki, danışıqlar prosesini pozmaq istəyir. Biz təmkinli olmalıyıq

“ABŞ-Çin ticarət müharibəsi Azərbaycan üçün təhdidlər yarada bilər”

Yenixeber.org:  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin  Gürcüstan bürosuna müsahibəsi.

- Fərid müəllim, rəhbərlik etdiyiniz yeni mərkəzin formalaşdırılması tam başa çatıbmı?

- Formalaşma prosesi tam başa çatmayıb. Mərkəz fevral ayında təsis olunsa da, yalnız iyul ayında bizim büdcə və ştat cədvəlimiz təsdiqlənib. Avqust ayında biz maliyyələşmə aldıq. Bir sıra təşkilatı və inzibati məsələləri rəsmi maliyyələşmədən sonra həyata keçirmək mümkün oldu. Hazırda biz mərkəzin rəsmi saytı üzərində iş aparırıq. Ümidvaram ki, sentyabr ayında saytla bağlı işlər tamamlanacaq. Bir sıra digər məsələlər qalıb. Deyə bilərəm ki, formalaşma prosesinin ilkin mərhələsi bitmək üzrədir. Bizim bəzi əməkdaşlarımız və hətta bina keçmiş Strateji Araşdırmalar Mərkəzinə aiddir. Mərkəz formal olaraq yenidir və biz bəzi düşüncə mərkəzləri, həmçinin Strateji Araşdırmalar Mərkəzinin keçmiş təcrübəsini də nəzərə alırıq və istifadə edirik. Məsələn, Strateji Araşdırmalar Mərkəzi “Caucasus International” adlı jurnal dərc etdirirdi. Bu jurnalın nəşri davam etdiriləcək. Bizim baxışımıza əsasən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni hüdudlar və yeni istiqamətlər müəyyən edib fəaliyyətini daha da genişləndirməlidir. Amma buna vaxt lazımdır.

Digər vacib məsələ isə Mərkəzin beynəxlaq aləmdə nüfuzunun artması, təşkilatın bir brend kimi tanınması və qəbul olunmasıdır. Mərkəzin mövqeyinin Avropa, ABŞ, Rusiya və digər ölkələrdəki düşüncə mərkəzləri tərəfindən nəzərə alınması də önəmlidir. Bəlkə bu işlərə bir il vaxt tələb olunacaq. Həmin vaxtdan sonra artıq bizim mərkəzin adı gələndə tanınan və qəbul edilən olmalıdır. Biz işə başlamışıq. İlk rəsmi səfərimiz Gürcüstana oldu. Mənim bundan öncə bir sıra ölkələrə - Qazaxıstan, İsveçrə və digər dövlətlərə fərdi şəkildə səfərlərim olub.

- Ermənistanın əvvəlki hakimiyyətlərindən fərqli olaraq hazırkı hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda konstruktiv mövqe tutacağı ilə bağlı gözlənti var idi. Lakin bu gözlənti özünü doğrultmadı. Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlara zərbə vuran bəyanatlar səsləndirir. Sizcə, bunun səbəbi nədir?

- Təəssüflər olsun ki, son hadisələr göstərir ki, Ermənistanın yeni rəhbərliyi sülhdən qorxur. Ona görə də qeyri-konstruktiv və radikal ifadələrlə demək olar ki, danışıqlar prosesini pozmaq istəyir. Biz təmkinli olmalıyıq. Bizə hərdən deyirlər ki, münaqişənin yaranmasından artıq 30 il keçib və s. Bəli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xaricdəki bir sıra güclü qüvvələr tərəfindən yaradılmış çox mürəkkəb münaqişədir. Buna görə də onun həlli asan deyil. Bizim regionda, Azərbaycan ətrafında geosiyasi vəziyyət çox mürəkkəbdir. Buna görə çox düşünülmüş və soyuqqanlı düşüncə çərçivəsində addımlar atmalıyıq. Təbii ki, Azərbaycan ordusu güclənib. 2016-cı ilin Aprel hadisələri sübut etdi ki, bizim ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Lakin təkcə hərbi güc münaqişəni həll etmir. Məsələn, dünyada da belə oxşar vəziyyət var. Güclü Çin Tayvan məsələsini həll edə bilmir. Halbuki əgər hərbi yola qalsaydı, Çin bəlkə də bir həftə ərzində bu məsələni həll edərdi. Bizdə də belə vəziyyət yaranıb. Bizim həm diplomatiyamız, həm düşüncə mərkəzlərimiz, ümumiyyətlə, Azərbaycanın beynəlxalq arenadakı bütün fəaliyyəti, o cümlədən təşkil etdiyimiz idman və mədəniyyət tədbirləri dövlətin nüfuzunun artırılması və mövqeyinin gücləndirilməsinə yönəldilməlidir. Biz ümidvarıq ki, elə bir vəziyyət yaranacaq ki, Dağlıq Qarabağ məsələsinin həll edilməsinə nail olacağıq.

Nikol Paşinyanın son ifadələrinə gəlincə, bu, çox güman ki, Ermənistanın daxili siyasətindən irəli gəlir. Paşinyan bir ilə yaxındır hakimiyyətdədir. O, erməni xalqına bir çox islahatlar vəd edib. Xankəndində müvafiq bəyanatlar verərək iqtisadiyyatın 5 dəfə artırılması və digər bu kimi uydurma ifadə işlədib, vədlər verib. Ermənistanın iqtisadi vəziyyəti isə heç də düzəlməyib və ölkəni irəlidə çox ciddi problemlər gözləyir. O cümlədən ölkənin daxilində “Qarabağ klanı” deyilən və digər qüvvələr də var. Əgər Paşinyan əvvəl özünü islahatçı kimi göstərmək istəyirdisə, artıq o, erməni xalqının qarşısında özünü bir döyüşçü, hərbi ruhda fəaliyyət göstərən siyasətçi kimi göstərməyə çalışır.

- ABŞ, Rusiya və Fransadan ibarət olan ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti indiyə qədər heç bir nəticə verməyib. Sizcə, həmsədrlərin sayının artırılması, xüsusən də Türkiyə və Almaniyanın həmsədrliyə gətirilməsi mümkündürmü?

- İnanmıram ki, Fransa, Rusiya və ABŞ Minsk qrupuna həmsədr kimi yeni üzvlərin daxil edilməsinə imkan verəcək. Təəssüflər olsun ki, Minsk qrupu həmsədrlər institutu kimi Paşinyanın sözlərinə lazımı reaksiya verməyib. Lakin onu da qeyd etmək lazımdır ki, Rusiyanın Xarici İşlər Nazirliyi Paşinyanın “Qarabağın Ermənistanın tərkib hissəsi olması” ilə bağlı bəyanatından sonra şərh verib. Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, Dağlıq Qarabağın statusu danışıqlar nəticəsində müəyyən olunmalıdır. Minsk qrupunun da mandatı məhz Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün danışıqlar aparmaqdan ibarətdir. Dolayısı ilə Rusiya Paşinyanın sözlərini qəbul etməyib və ümidvarıq ki, digər həmsədr ölkələr də eyni mövqedən çıxış edəcəklər.

Minsk qrupu çox passiv fəaliyyət göstərir. Bunun bəlkə geosiyasi vəziyyətlə də əlaqəsi var. Məsələn, ABŞ-ın İran və Çinlə mürəkkəb münasibətləri. Fransa və Rusiya ilə bağlı da vəziyyət çətindir. Yəni həmsədr ölkələr onların özü üçün mürəkkəb problemlərlə məşğuldurlar. Ona görə də təəssüflər olsun ki, bizim problemə lazımı diqqət yetirmirlər.

- Sizcə, Ermənistandan başqa, Azərbaycana haradan təhlükə gələ bilər?

- Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, dövlətimiz milli maraqlara əsaslanan xarici siyasət aparır. Bizim siyasətimiz Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qazaxıstan və digər qonşularımızla müsbət, iqtisadi, siyasi, mədəni və digər əlaqələrin inkişafına yönəlib. Bizim bu ölkələrlə ciddi problemlərimiz yoxdur. Bəli, vaxtaşırı bəzi müəyyən problemlər meydana çıxır. Lakin ümumiyyətlə, qonşularımızla münasibətlərimiz inkişaf edir.

Sadəcə, dünyada son 2-3 ildə geosiyasi vəziyyət kəskin şəkildə mürəkkəbləşib. Məsələn, ABŞ və İran arasındakı münasibətləri götürək. Doğrudur, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifədən getməsindən sonra müsbət meylli şərhlər müşahidə olunur. Biz böyük regionda, o cümlədən, İran ətrafında yeni bir münaqişənin baş verə biləcəyini 100 faiz istisna edə bilmərik. Belə münaqişələr potensialda qaçqınların və digər humanitar problemlərin əmələ gəlməsi deməkdir. Ona görə də biz buna hazır olmalıyıq. Dağlıq Qarabağ münaqişəsindən başqa, Azərbaycan üçün təhdidləri geosiyasi və o cümlədən geoiqtisadi vəziyyətin pisləşməsində görürəm. Məsələn, ABŞ-Çin ticarət müharibəsi enerji resurslarının qiymətinin aşağı düşməsinə səbəb ola bilər və bu da təbii ki, Azərbaycan iqtisadiyyatına öz təsirini göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam