Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə-Amerika münasibətlərində saxta bahar: SİYASƏTDƏ ANLAŞA BİLMƏYƏN TƏRƏFLƏR TİCARƏTDƏ ANLAŞA BİLƏRMİ?

Fəhim Taştəkin

“Əl-Monitor”, 13.09.2019

 

Yenixeber.org:  Son vaxtlar Suriyanın şimalında təhlükəsiz bölgənin qurulmasından “S-400” alınmasına qədər bir sıra ziddiyyətlərə görə gərginliyə girən Türkiyə-Amerika münasibətləri hamını təəccübləndirməyə davam edir. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin “S-400” alışı ucbatından Türkiyəyə sanksiya variantlarını araşdırdıqlarını açıqladığı zaman ticarət naziri Uilbur Ross Türkiyədə iqtidar və iş dünyasını həyəcanlandıran təmasları gerçəkləşdirib.

Sentyabrın 6-da Türkiyəyə gələn Ross 5 gün ərzində prezident Rəcəb Tayyib Ərdoğan və nazirlər daxil olmaqla, fərqli səviyyələrdə danışıqlar aparıb. 43 Amerika və 52 Türk şirkəti təmsilçiləri ilə görüşlər keçirib.

Türkiyədə ən uzun müddət qalan amerikalı nazir ikitərəfli ticarət həcminin 20 milyard dollardan 100 milyard dollara çıxarılması hədəfini təsdiqləyib.

Rossun təmasları zamanı iki ölkə arasında sahə komitələrinin yaradılması qərara alınıb. Toxuculuq, mebel, mərmər, avtomobil sənayesi, habelə zərgərlik, mülki aviasiya, sement, kimya və logistika sahələrinə diqqət yetirilməsi gözlənilir.

Ross Amerika şirkətlərinə Çinin yerinə Türkiyədə sərmayə qoyma çağırışı edib.

Bu səfərlə bağlı bir sıra suallar ortaya çıxır. O cümlədən, ortaya qoyulan hədəfin dicital böyüklüyü Amerika iqtisadiyyatı baxımından çox təvazökar bir dəyər ifadə etsə də, mövcud yaxınlaşma, kövrək bir iqtisadiyyatla çöküşə gedən Türkiyə üçün mənalı bir əl uzatmaya çevrilə və siyasi gərginliyi azalda bilərmi?

Çin məhsullarına vergi maneəsi artdığı halda, Türkiyə şirkətləri Amerika iqtisadiyyatında idxal potensialına ümid edirlər.

Türkiyə-ABŞ İş Şurası rəhbəri Mehmet Ali Yalçındağ deyir: “Xüsusilə Çinə tətbiq olunacaq gömrük vergilərindən meydana gələcək idxal potensialını Türkiyə ixracatı ilə əvəz edilməsi son dərəcə mümkündür”.

Türkiyə İxracatçılar Məclisi başçısı İsmayıl Güllə isə Amerika bazarına 192 adda məhsul ixracatı potensialının olduğunu təsbit edib.

Bununla birlikdə, səfərini yekunlaşdıran Ross ABŞ-ın ticarət həcminin 5 trilyon dollar olduğunu xatırladıb və real tablo çəkib: “Biri Türkiyə tərəfində, digəri ABŞ tərəfindən ixrac. Bu, 50 milyard dollar, iqtisadiyyatımızın 1 faizidir. Məqsədə çatmaq üçün struktur tənzimləmələri lazımdır. Türkiyədə kiçik şirkət çox, rəqabət üçün güclü olmalısınız… Türk şirkətləri ABŞ bazarını bilmir”.

Bu o deməkdir ki, ABŞ öz ixracat hədəfinə çata bilər, amma türk firmaları üçün bu çətin olacaq. Türkiyə tərəfinin fikrincə, sərbəst ticarət müqaviləsi düyünü aça bilər. Ancaq bu niyyət üfüqdə yoxdur. Ross bunu çox açıq şəkildə bildirib: “Ticari müqavilələr üçün danışıqlar aparmaq və illər lazımdır (Trans-Sakit Okean Sazişinin danışıqları 8 ildən 10 ilədək davam edib). Çox qısa müddətdə olacağını gözləyə bilmərik. Danışıqlar prosesinə belə başlamayıb”.

Sərbəst ticarət sazişi gündəmdə deyil və idxalı çətinləşdirən təcrübələr davam edir. Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) başçısı Rifat Hisarcıklıoğlunun sözlərinə görə, əgər 100 milyard dollarlıq hədəf varsa, bunun üçün əvvəlcədən atılması lazım olan addımlar var: iki ölkə arasında sərbəst ticarət razılaşması və ya güzəştli ticarət razılaşması imzalanmalıdır. Türkiyə “Əsas Üstünlük Sistemi” (GSP) proqramına yenidən daxil edilməlidir. Türkiyə əlavə vergilərin əhatəsi xaricində saxlanılmalıdır. Qida, polad və bəzi digər məhsullardakı antidampinq tətbiqlərinə xitam verilməlidir. ABŞ-ın müttəfiq bazarı türklərə açılmalıdır.

Tramp administrasiyası 15 Mart 2018-ci ildə Türkiyədən idxal edilən polada 25 və alüminiuma 10% əlavə vergi tətbiq edib. 13 Avqust 2018-ci ildə isə poladda digər ölkələrə tətbiq olunan 25% əlavə vergi nisbəti Türkiyə mənşəli məhsullar üçün 50%-ə çatdırılıb. 21 may 2019-cu ildə 50% vergi 25 faizə endirilib.

Türkiyə İqtisadiyyat Siyasəti Araşdırma Vəqfinə (TEPAV) görə, əlavə vergilərdən ən çox Türkiyə və Rusiya təsirlənib. Türkiyənin itkisi təxminən 45 faizdir.

Kifayət qədər inkişaf etdiyi üçün o, may ayında GSP-dən çıxarılıb. Bu proqram bəzi türk məhsullarının ABŞ-a vergisiz girməsinə imkan verib. Türkiyənin polad və alüminiuma əlavə vergilərdən azad olması və 120 ölkənin iştirak etdiyi GSP-dən çıxarılması 100 milyard dollarlıq ticarət hədəfini əvvəlcədən baltalayır. Ticarət sahəsində maneələrin qaldırılması tələbi qarşılıq tapmır.

Professor İlhan Uzgel qarşıya qoyulan məqsədlərə ehtiyatla yanaşır: “Əvvəla, dövlətlərin sərbəst bazar qaydasında ticarəti artırmaq qərarı heç bir məna daşımır. Nəticədə, gömrük rüsumlarını azaltmaq və sərmayələri təşviq etməkdən başqa dövlətlərin edə biləcəyi çox şey yoxdur. Bu cür səylər təsir edəcək, lakin ticarət həcminin 20 milyarddan 100 milyard dollara qədər artması çox iddialıdır. Bizim üçün vacib olan ticarət balansıdır. ABŞ 90 milyard dollar ixrac edərsə, biz 10 milyard dollar, bunun nə faydası olacaq? ABŞ onsuz da Türkiyə ticarətində çox qazanır. Məqsəd bunu dəyişdirmək olmalıdır. ABŞ bir çox məhsula gömrük rüsumu tətbiq edir. Onları azaltmaq lazımdır. O zaman Türkiyənin ixracatında artım ola bilər”.

Uzgel, Rossun Türkiyəyə investisiya çağırışı ilə əlaqədar deyir: “Yalnız çağrış kifayət deyil. Tramp administrasiyası uzun müddətdir Amerika şirkətlərini ABŞ-a investisiya qoymağa çağırır. İnvestisiya şəraiti və bazar imkanları kimi vacib məsələlər var. Bəli, Çin yerinə Türkiyəyə investisiya dəstəklənə bilər, amma əməkhaqqı və digər ödənişlərin çox daha aşağı olduğu başqa ölkələr var”.

Ekspert Türkiyə iqtisadiyyatının mövcud istiqamətdə suyun üzünə çıxa bilməyəcəyini düşünür: “Əlavə qatqı yaradacaq investisiyalara çox ehtiyac var. Bu, bir neçə ABŞ şirkəti ilə baş tutan iş deyil. Uzunmüddətli və hərtərəfli bir sənayeləşmə proqramı olmadan iqtisadi bərpa çətin olur”.

Ticarət nikbinliyi siyasi gərginliyə kömək edirmi?

Bu çərçivədə Konqresdə sanksiyalar məsələsi gündəmdə qalarkən, Tramp Çinlə ticarət döyüşünün tam ortasında ikən, iqtisadi əlaqələrə vurğu edərək Türkiyəyə yön ala bilərmi?

Ərdoğan Trampla fərdi dialoquna güvənir. Tramp ABŞ-ın Düşmənlərə Qarşı Sanksiyalar Qanununa (CAATSA) əsasən mümkün sanksiyaları gecikdirə bilər. Rosdan Mnuçinin açıqlaması barədə soruşulduqda, hətta o da dəqiq bir cavab verib: “Mnuçinin sanksiya açıqlamasında yeni bir şey yoxdur. CAATSA-da müəyyən müddəalar var”.

Avqust ayında Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Rusiyanın “S-400” raketlərinin çatdırılmasının ikinci mərhələsindən sonra Trampa sanksiyalar çağırışını təkrarlayıb. Trampın yayındırma taktikası Konqresdəki sanksiya cəhbəsini daha da genişləndirə bilər. ABŞ ilk addım olaraq Türkiyəni “F-35” döyüş təyyarəsi proqramından çıxarıb. Bu, Ankarada sanksiyaların ancaq müdafiə sahəsi ilə məhdudlaşacağına dair nikbinliyə səbəb oldu.

Uzgel siyasi-hərbi gərginliyin “S-400” və Fəratın şərqi məsələsi ilə məhdudlaşacağına inanır. “Türkiyə “F-35” proqramından çıxarıldı, ancaq ticarət sanksiyaları tətbiq edilmədi. İrana sanksiyaya Türkiyə dərhal qatıldı. Yoxsa kommersiya sanksiyası qüvvəyə minəcəkdi. Suriya və Fəratın şərqinə dair danışıqlar da hərbi sahədə aparılır. Ən azı ikitərəfli münasibətlərin dinamikası bu günə qədər davam edib”.

İki ölkə bir otaqda əməkdaşlığı dərinləşdirmək üçün çevik və praqmatik olduqlarını göstərmək üçün mübarizə aparır. Sentyabrın 8-də Ərdoğan “Müttəfiqimiz terror təşkilatı üçün etibarlı bir bölgə qurma yolundadır” söyləyib. Ertəsi gün Rossu qəbul edərkən isə, “Dövrün ən inkişaf edən iqtisadiyyatlarından biriyik. Amerika investorlarından iqtisadiyyatımızın təklif etdiyi bütün bu imkanlardan faydalanmasını istəyirik” cümləsini işlədib.

Tramp və Ərdoğan arasında bir sinerji var və böhran yavaş hərəkət edir. Bununla belə, Tramp cəza və mükafat mexanizmlərinə əsaslanan bölmə strategiyasını əbədi olaraq yürüdə bilməz.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam