Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

PARLAMENT PARTİYALARI DƏYİRMİ MASAYA NİYƏ QATILMADI? –12 partiyadan cəmi 5-i…

 


84d5a92a8a456255682bc0251c38c071

Bu gün Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə “Park İNN” mehmanxanasında “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən tədbir bir sıra cəhətlərinə görə diqqət mərkəzinə düşüb.

Yenixeber.org: Qeyd edək ki, sözügedən tədbir əsasən siyasi partiyaların birgə müzakirəsinə və xarici müdaxilələrə qarşı siyasi partiyaların vahid iradəsinin ortaya qoyulmasına hədəflənib.

Tədbirin təşkilatçısı olan AVP sədri, deputat Fəzail Ağamalı belə bir fikir səsləndirib ki, yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tədbirə dəvət edilməyib. AXCP istisna olmaqla ölkədəki əksər partiyalara dəvət göndərilib.

Ancaq qəribədir ki, Milli Məclisdə təmsil olunan bir sıra siyasi partiyalar bu tədbirdə iştirak etməyib. Parlament partiyalarından YAP, BAXCP, BQP, Vəhdət Partiyası iştirak etsə də, digərləri gözə dəyməyib. Konkret olaraq Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Rifah Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Demokratik İslahatlar Partiyasının liderləri toplantıda görünməyiblər.

7

Xatırladaq ki, müxalifət cəbhəsindən tədbirə dəvət olunan KXCP sentyabrın 10-da bəyan etmişdi ki, bu toplantıda iştirak etməyəcək. Eləcədə, Müsavat Partiyası tədbirin formatını əsas gətirərək müzakirələrə qatılmaqdan imtina edib.
Ancaq parlamentdə təmsil olunan və hakimiyyətin siyasi xəttini müdafiə edən bir neçə partiyanın iqtidar üçün son dərəcə əhəmiyyətli hesab olunan mövzuda keçirilən müzakirələrə qatılmaması maraq doğurur. Başqa sözlə, Milli Məclisdə təmsil olunan 12 siyasi partiyadan yalnız 5-i müzakirələrdə iştirak edib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə əməkdaşımıza deyib ki, o, tədbirə dəvət edilsə də, işi çıxdığı üçün toplantıya qatılmayıb.(azpolitika)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam