Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Putin bunu gözləmirdi: Böyük itki

Rusiyada bazar günü keçirilən yerli seçkilərdə müxalifətin “strateji səs verin” çağırışı üzərinə iqtidar partiyası Moskva Bələdiyyə Məclisindəki mandatların üçdən-birini itirib.

Yenixeber.org:  Seçkilərdən sonra səslərin hamısı hesablanıb.

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan namizədlərin Moskvada böyük itkilər yaşadığı məlum olub. Mətbuatın informasiyasına görə, səslərin əhəmiyyətli qismi müstəqil, kommunist və liberal namizədlərə gedib. İqtidar partiyası olan Vahid Rusiya isə MBM-dəki mandatların üçdən-birini itirib. Məclisdəki 45 mandatın 20-si müxalifətə gedib. Bu ana qədər 45 mandatdan 38-də Putin tərəfdarları vardı.

Qeyd edək ki, müxalif lider Aleksey Navalnıy seçkilərdən əvvəl moskvalılara strateji səs vermək çağırışı etmişdi. O, seçicilərdən Putinin qarşısında ən çox şansı olanlara səs verilməsini istəmişdi.

Rusiyada yerli seçkilərin Putin üçün test niyyətli olduğu bildirilirdi. Vahid Rusiya partiyasına verilən dəstək faizi seçkilərdən əvvəl azalmışdı.

Xatırladaq ki, bazar günü Rusiyada bələdiyyə başçıları və məclislərlə yanaşı, 16 regional vali və 13 bölgə parlamentinə seçkilər keçirilmişdi.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?