Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ankaradan ABŞ-a açıq xəbərdarlıq: "Əməkdaşlığımız nəticə verməsə, bölgəyə girəcəyik”

“Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik”.

Yenixeber.org:  Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu monteneqrolu həmkarı Srdjan Darmanoviçlə sentyabrın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ-la müzakirələr başlayandan indiyə kimi ilk addım atılıb. Bir ortaq fəaliyyət mərkəzi qurulacaq. Biz bunu yaxşı başlanğıc olaraq dəyərləndiririk. Xəbərdarlıqlarımızı qəti şəkildə ABŞ-a açıqladıq. ABŞ başda Münbiç yol xəritəsi olmaqla məsələyə laqeyd yanaşır. Təəssüf ki, YPG (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur – red.) terror qruplaşmasına görə məsələni təxirə salıb. Bu gün xəbərdarlıqlarımızda haqlı olduğumuzu gördük.

Bununla belə, ABŞ-ın təhlükəsizlik bölgə ilə bağlı prosesə başlamaq istədiyini düşünürük. ABŞ-ın atdığı addımlar kosmetikdir. Türkiyənin isə planı hazırdır. Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaranması istiqamətində ABŞ-la əməkdaşlığımızdan bir nəticə əldə edilməzsə, biz bölgəyə girəcəyik. Bölgələri YPG və İŞİD-dən təmizlədiyimiz kimi, bu bölgələri də təmizləyərik. Biz ABŞ-la birgə fəaliyyət göstərmək istəyirik. Ancaq indi onlar daha PKK/YPG-PYD tərəfdarları ilə işləmək istəyən kimi davranırlar”, – Mövlud Çavuşoğlu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam