Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hakim partiya seçkilərdə ciddi səs itirib-Qonşu ölkədə

Rusiyanın hakim Vahid Rusiya partiyası bazar günü Moskva şəhər Dumasına keçirilmiş seçkiləri ciddi itkiylə yekunlaşdırıb, seçkinin tamamlanmaqda olan nəticələri göstərir.

Yenixeber.org: Partiya 45 üzvlük məclisdə yerlərin üçdə birini itirsə də, hələ də üstünlüyünü qoruyub saxlayır.

Bir çox müxalif namizədin iştirakına icazə verilmədiyi seçkilərdə kommunistlər və müstəqil namizədlər yerlər qazanıb.

Müxalif namizədlərin seçkilərə buraxılmaması ölkədə kütləvi etirazlara səbəb olub.

Etirazlar nəticəsində minlərlə insan həbs edilib.

Nəticələrin demək olar ki, tamamilə hesablandığı seçkilərdə Vahid Rusiya partiyasının şəhər dumasında (Mosqorduma) 26 yer əldə edəcəyi gözlənilir.

Son vaxtlar partiyanın imici korlandığı üçün, onun üzvləri seçkilərdə müstəqil namizəd kimi iştirak ediblər, BBC müxbiri Sarah Rainsford xəbər verir.

Partiyanın Moskvadakı lideri Andrey Metelski seçkilərdə məğlub olub.

Kommunist Partiyasının 13, liberal Yabloko və sol yönümlü Ədalətli Rusiya partiyaları isə hərəyə üç yer qazanıblar.

Tərəfdarlarının seçkilərə buraxılmamasının ardınca müxalifət lideri Aleksey Navalnı “ağıllı səsvermə” strategiyasını təbliğ edib.

Cənab Navalnının komandası özlərinin adlandırdığı kimi, Vahid Rusiya partiyasının “gizli” namizıdlərini üzə çıxararq onları məğlub edə biləcək namizədlərin xeyrinə kampaniya həyata keçiriblər.

Aleksey Navalnı seçkilərin nəticələrini “möhtəşəm” adlandırıb.

Dövlət mediası Moskvada keçirilmiş seçkilərin nəticələrini hakim partiyasının qələbəsi kimi təqdim edib, BBC müxbiri bildirir.

Bazar günü keçirilmiş seçkilərdə iştirak 22 faiz təşkil edib.

Bəs Moskvadan kənarda?

Moskvadan fərqli olaraq, Kremlin dəstəklədiyi namizədlər ölkə boyu regionlarda keçirilmiş seçkilərdə dominantlıq ediblər.

Hakim partiya, seçkilərin keçirildiyi 16 bölgədə qalib gəlib.

Vahid Rusiya 2001-ci ildə Prezident Vladimir Putinə dəstək üçün yaradılıb.

Son vaxtlar cənab Putinin reytinqinin aşağı düşdüyü bildirilir. (BBC azeri)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam