Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Türkiyədə ara qarışdı: "ƏKRƏM İMAMOĞLU PKK-ya GÜVƏNİB ÖLKƏNİN PREZİDENTİ OLMAQ İSTƏYİR" –Müsahibə

Mira Həsənova

regnum.ru 09.09. 2019

Yenixeber.org:   REGNUM İA-nn suallarını məşhur türk jurnalisti, “Ulusal Kanal”ın aparıcısı İsmət Özçəlik cavablandırır.

 

-Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun Diyarbəkir, Van və Mardin əyalətlərinin terrorçularla əlaqələyə görə postlarından uzaqlaşdırılmış bələdiyyə başçıları ilə görüşlərinin doğurduğu növbəti siyasi qalqmaqal qızışıb. İmamoğlunu da vəzifədən uzaqlaşdırmaqla hədələyiblər. İstanbul meri Diyarbəkirdə nə məqsədlə olub?

-İstanbulun müxalif Cümhuriyyət Xalq Partiyasından (CXP) seçilmiş yeni meri Əkrəm İmamoğlu Diyarbəkirə məxsusi gəlib ki, Türkiyədə terrorçu qruplaşma sayılan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələr ittihamı üzrə vəzifədən uzaqlaşdırılmış, Xalqların Demokratik Partiyasından (XDP) seçilən merlərə nümayişkaranə dəstək göstərsin. İmamoğlunun səfəri onu vəzifədən uzaqlaşdırmaqla hədələyən daxili işlər naziri Süleyman Soylunun sərt reaksiyasını doğurub.

-Bu görüş siyasi aksiya xarakteri daşıyıb, yoxsa, qoy başqa partiyadan olsalar da, sadəcə, həmkarlara dəstək idi? İmamoğlu hansı məqsədi güdüb?

-İmamoğlu ilk baxışdan sanki, sadəcə, həmkarlarına dəstək vermək qərarına gəlib. O bildirib ki, demokratik yolla seçilmiş bütün merlər bərabər hüquq və səlahiyyətlərə malikdir və azad edilmiş şəhər başçılarına münasibətdə hökumətin qərarını “diskriminasiya” sayıb. Amma İstanbul şəhərinin yeni başçısını XDP-dən keçmiş merlərlə görüşü Türkiyədə, əlbəttə, siyasi dividendlər qazanmağa hesablanan siyasi hərəkət kimi dəyərləndirilib. O öz vəzifəsindən tramplin kimi istifadə edir və Türkiyənin ən böyük meqapolisinin problemləri ilə məşğul olmaq əvəzinə siyasi macəralara atılır, elə bil, özünün son hədəfini anons edir – 2023-cü ilin prezident seçkilərini. Mən işdən çıxarılmış XDP-li merlərlə görüşə məhz bu rakursdan baxıram. Aydındır, o bu səfərdən istifadə edir ki, qarşıdakı dövrdə bu partiyanın dəstəyini əldə etsin. Hətta düşünürəm ki, onun başqa niyyəti də var. ABŞ gələcəkdə CXP – XDP alyansına nail olmağı planlaşdırır. İmamoğlu bilərəkdən belə bir addım atıb ki, Vaşinqtonun diqqətini çəksin və “dəliqanlı” görünsün. O, açıqca amerikalıların inamını qazanmaq istəyir. İndi onun üçün öz fəaliyyətini “arxivləşdirmək” önəmlidir. O bundan çıxış edir ki, Türkiyədə tarixən rəy formalaşıb – “Birləşmiş Ştatların dəstəyi olmasa, hakimiyyətə gəlmək olmaz”. Və budur, gələcəyə hesablanmış gedişləri məşq edir, amma bu, Soyuq Savaş dönəminin qavrayış xərcləridir və İmamoğlu hələ başa düşmür ki, dünyada və Türkiyənin özündə durum dəyişilib, ABŞ-ın da xeyrinə deyil.

–Daxili işlər naziri Süleyman Soylu İmamoğluna xəbərdarlıq edib ki, ona tapşırılmış işlərin icrası ilə məşğul olmaq əvəzinə “başqa işlərlə” məşğul olmağa başlasa, onda “bərk təəssüflənər”. Bu, işdən çıxartmaq hədəsidir?

-Bəli, DİN başçısı Əkrəm İmamoğluna onun birbaşa vəzifələrini xatırladıb. Axı İstanbul 15 milyondan çox əhali ilə Türkiyənin ən böyük şəhəridir, əhalisinə görə Avropanın da şəhələri arasında birinci yeri tutur. Bu, çox böyük liman, sənaye, ticarət və turist mərkəzidir. Belə bir aqlomerasiyanı yönəltmək böyük səylər, özəl vərdişlər, idarəçilik formasının yaradılması, daim həll axtarışı və fəaliyyəti əlaqələndirməyi tələb edir, bir də vəzifə də siyasi deyil. Amma, görünür, Türkiyənin indiki prezidenti, böyük siyasətə birbaşa mer vəzifəsindən – yenə də İstanbuldan – gəlmiş Rəcəb Tayib Ərdoğanın şan-şöhrəti yeni merə rahatlıq vermir. Soylu İmamoğluna sadəcə göstərib ki, hər şeydən əvvəl nə ilə məşğul olmalıdır. Özlüyündə vəzifədən uzaqlaşdırmaq hədəsi olmayıb. Sadəcə kiməsə gərək olub ki, hər şey belə də qavranılsın. Kimsə “düyməyə basıb” və şayiə buraxıb ki, Diyarbəkir,, Van və Mardindən sonra sıradakı İstanbul və Ankaradır. Burada İstanbul və Ankara merləri ilə tutuşdurmaqda onların bəraətinə hesablanan incə taktiki gediş olub. Axı İstanbul merini belə də vəzifədən uzaqlaşdırmayıblar. Bunu XİN başçısının özü bu gün CNN Türk-lə söhbətdə bildirib.

-Hər halda XİN başçısı Süleyman Soylunun özü bir neçə gün əvvəl deyib ki, öz qərarını sentyabrın 8-də bildirəcək. Və bütün bu günər boyunca intriqa saxlanıb…

-Ərdoğan və partiyası İstanbul merinin təkrar seçkisinə gedərək artıq əvvəllər belə bir tələyə düşüb və öz nüfuzuna çox böyük zərbə alıb. Türkiyənin hakim partiyası ciddi ziyan görüb. Partiya bu gün parçalanma həddindədir. Hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) rəhbərləri bunun tələ olduğunu başa düşəndə çox gec idi. Düşünmürəm ki, onlar bu dəfə eyni səhvi buraxarlar. Bunu sıfır ehtimal sayıram.

Tərcümə: Strateq.az

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?