Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İSRAİL KƏŞFİYYATI İRANIN DRON HÜCUMU HAQDA MƏLUMATI NECƏ ƏLDƏ EDİB? –"Jerusalem Post" bəzi təfərrüatları açdı

Yonah Ceremi Bob

“Jerusalem Post”, 26.08.2019

 

Yenixeber.org:   Bazar ertəsi səhər, avqustun 26-da, Livanda vurulan İran PUA-ları haqqında məlumatlar paylaşıldıqdan sonra İsrail kəşfiyyatının gücü daha da aydınlaşıb.

İranın İsrailə planlı hücumunun qarşısını almasının açarı sadəcə hücumu həyata keçirəcək Livan əməliyyatçılarını müəyyənləşdirmə deyil.

İsrail ordusunun məlumatlarını təhlil edək.

Əvvəla, hücum nəticəsində 3 itki olub, onlardan ikisi “Hizbullah” əməliyyatçılarıdır. İranın “Qüds” Qüvvələrində təlim keçiblər: 1996-cı il təvəllüdlü, 1997-ci il təvəllüdlü, Livan cənubundakı Nabatiyyə şəhərindən olan Hasəm Yusif Zəbib və Bələydə kəndindən olan Yasir Əhməd Zəhr.

İsrail ordusunun bildirdiyinə görə, həmin şəxslər bu il bir neçə dəfə İrana səfər edib və “Qüds”ün bazasında pilotsuz uçan aparatlar (PUA) və dronların istifadəsinə dair təlimlər keçiblər.

Onların təlimlərdə iştirak etmək üçün İrana uçuşu və təyyarənin yaxınlığında şəkilləri də yayımlanıb.

Ordunun mətbuat katibi general Ronen Manelis Bazar günü hücumun kəşfiyyat məlumatı aldıqdan sonra həyata keçirildiyini açıqlayıb.

O, dronların Yəməndə Səudiyyə Ərəbistanına qarşı husilər tərəfindən istifadə edilən növə bənzədiyini söyləyib. Bu PUA-ların hər biri bir neçə kiloqram partlayıcı maddə daşıya bilər və bir müddət əvvəl Suriyaya gələn bir qrup İran PUA-sı ilə birlikdə, xüsusilə missiya üçün istifadə ediləcəkdi.

İsrail ordusu öldürülən üçüncü şəxsin adını müəyyənləşdirməyib.

“Hizbullah” əməliyyatçılarının izlənməsi mütəmadi şəkildə “HUMINT” vasitəsilə aparılıb və o, “Mossad”a məxsusdur.

İsrail “Mossad” casuslarının 2018-ci ilin yanvarında Tehranın gizli nüvə sənədlərini ələ keçirdiyini təsdiqləyib.

Beləliklə, CIA-nın İrandakı şəbəkəsi dağıdılsa da, “Mossad”, ehtimal ki, hələ də İslam Respublikasında fəaliyyətini davam etdirir.

Bu casuslar “Hizbullah”çıların İrana səyahət görüntülərini əldə ediblər. “Qüds” Qüvvələri əməliyyat qruplarının video görüntüləri İsrail dronları və ya “F-35” təyyarələri, “Mossad” və ya ordu xüsusi təyinatlıları tərəfindən ələ keçirilə bilər.

Kəşfiyyat şəbəkəsi “Hizbullah”çıları bir neçə ölkədə izləyib.

Bu məlumatları ictimaiyyətə paylaşmaqla, İsrail, güman ki, psixoloji və siyasi olaraq İranın qınanmasını istəyir. Lakin Bazar ertəsi səhəri açıqlananlar birmənalı şəkildə göstərib ki, Yaxın Şərqdə İsrail kəşfiyyatının tayı-bərabəri yoxdur.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam