Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çaş-baş Paşinyan - Bir əli Qərbin, o biri Kremlin ətəyindədir -ŞƏRH

Bəzən elə düşünürlər ki, Azərbaycan Ermənistanı ancaq pisləyir. Hətta onların rəsmiləri, KİV-i də Azərbaycan ictimaiyyəti, mediası və hakimiyyət təmsilçilərinin açıq-aydın dediklərini ya tərsinə başa düşür, ya da anlamaq istəmirlər.

 Yenixeber.org: Azərbaycan tərəfinin Ermənstan və havadarlarından istəyi işğal edilmiş Dağlıq Qarabağın azad olunması, ermənilərin ərazi iddiası etməməsidir.

Bu, çox aydın və asan başa düşüləcək məntiqi, hüquqi və tarixi cəhətdən əsaslı istəkdir. İrəli sürülənlərin əksini iddia etmək isə çox ziyanlıdır. Bu, ilk növbədə, Ermənistan və dünya ermənilərinin həyatının bütün sahələrinə təsir edir. Habelə Cənub Qafqazın təhlükəsizliyinə zərbə vurur, bölgədə risk faktorunun artmasına səbəb olur, iqtisadi, sosial və mədəni inkiafı əngəlləyir.

Rəsmi Yerevanı və dünya ermənilərini çaş-baş vəziyyətə qoyan da reallıq hissinin itirilməsidir. Onların çaş-baş vəziyyətdə qalmasından isə havadar çıxıb, onları Azərbaycana qarşı istiqamətləndirənlər bacarıqla istifadə edirlər.

Xankəndində idman oyunlarını Rusiya vətəndaşı, erməni iş adamı, “Taşir” şirkətinin prezidenti Samvel Karapetyanın sponsorluq etməsi erməni ictimaiyyətinin əldə oynadılmasına sübutdur. Ermənstana sərmayə qoymasına imkan verməyən Nikol Paşinyan hökuməti onun işğal altında olan Xankəndində Azərbaycanın “Köçəri” havasına rəqs etməsinə və böyük vədlər verməsinə şərait yaradıb oynadırlar. Paşinyan onlara meydanda separatçı rejimin başçısı “Bakoya istefa!” şüarı dedizdirməklə cavab verir.

Ermənistan baş nazirinin vədləri, çıxışındakı işğalçı fikirlər Paşinyanın eyforik küçə yürüşçüsü emosiyasından ayıla bilmədiyini təsdiqləyir. Onun çıxşına Ermənstan Xarici İşlər Nazirliyinin əlavə şərh verməsi də bunu sübut etdi.

Paşinyan Ermənstanı daha çox emosional, cəmiyyətin diqqətini yönəldə biləcək məsələlərlə idarə edir. Çünki bir il əvvəl vəd etdiyi planların yerinə yetirilməsi üçün ona nə borc verən var, nə də ölkə iqtisadiyyatına sərmayə qoyan. Ermənistanın pul qazanmaq üçün başqa resursları da ya fəaliyyət göstərə bilmir, ya da yoxdur.

Əhalsinin sayı sovetlər dövründəkindən də az olması Ermənistan və onun perspektivi, hakimiyyəti barədə bir çox mətləblərə aydınlıq gətirir. Qeyd edək ki, Ermənistan SSR-nin əhalisinin sayı 1991-ci il avqustun 23-də 3 milyon 287 min nəfər, 2019-cu ilin iyununda isə 2 milyon 961 min 600 nəfər olub. Son 27 ildə əhalinin artmayan sayı, 2050-ci ildə, 31 ildən sonra hansı yolla az qala iki dəfə artaraq, 5 milyon nəfərə çatacaq?

Ölkədaxili problemləri həll etməkdə çətinlik çəkən, işğalçı siyasəti ailəliklə davam etdirən Nikol Paşinyan Ermənistan cəmiyyətinin fikrini iqtisadi, sosial problemlərdən aidiyyəti olmayan məsələlərə yönəltməklə məşğuldur.

O, özünü hakimiyyəti rusiyayönlü Robert Koçaryan və Serj Sarqsyanın adamalarından, Qarabağ mafiyasından təmizləyirmiş kimi aparır. Bununla həm də Qərbə Moskvaya qarşı olduğunu göstərməyə səy edir.

Çox təəccüblüdür, Koçaryan həbs edildiyi halda, niyə Serj Sarqsyan azadlıqda gəzir? Axı Robert Koçaryanın 2008-ci ildə törətdiyi əməllərinin nəticəsində Serj Sarqsyan hakimiyyətə gətirilib. Yaxud Çiçəklənən Ermənistan Partiyasının sədri, deputat, milyader Qagiq Sarukyan niyə hələ də parlamentin üzvüdür və pul qazanmaqla məşğul olur?! Halbuki bu sahibkarın da adı 2008-ci ilin mart hadisələrində hallanır. Bildirilir ki, o, Qarabağdan Yerevana etiraz aksiyalarını dağıtmaq üçün aparılan silahlı dəstəni maliyyələşdirib.

Paşinyan cəmiyyətin başını yeni bir qalmaqalla qatmağa başlayıb. Bir neçə gün əvvəl baş nazir “Facebook” səhifəsində 2014-cü ildə hazırlanan gizli sənəd barədə məlumat yayıb. Bildirib ki, bu sənəd Ermənistan dövlətinin idarə edilməsindən və dövlətdəki korrupsiya sistemindən bəhs edir.

O, korrupsiya sistemindən gen-bol bəhs etsə də, dövlətinin idarə edilməsi ilə bağlı öz sistemini təklif etməyib.

Ermənistan KİV-i yazıb ki, Koçaryan və Sarqsyanın prezidentlikləri dövründə korrupsiya dövlət ideologiyası idi. Erməni mediası bildirir ki, indiki hakimiyyətin isə strategiyası, proqramı və konsepsiyası yoxdur. Ölkənin informasiya vasitələri əvvəlki rejimlərin oliqarxlarının Paşinyan hökuməti ilə əməkdaşlıq etdiklərini yazır. Onların qənaətincə, hökumət başçısı neqativ halları aradan qaldırmağa çalışsa da, yenə köhnə rejimin qalıqları ilə işləyir.

Erməni KİV-in iddiasına əsasən, Nikol Paşinyan “super baş nazirlik” arzusundadır. Yeni konstitusiyanın hazırlanması ilə bağlı yaradılan komissiyanın da buna xidmət edəcəyi istisna edilmir.

 

Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Deyilənə görə, 2020-ci ildən Rusiya Ermənistana satacağı təbii qazın min kubmetrinin qiymətini 165 dollardan 220 dollaradək qaldırmaq istəyir.

Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Son zamanlar onun nüfizunun itdiyi müşahidə edilir. Onun başçılq etdiyi hökumətin real fəaliyyət proqramı da mövcud deyil. Ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş–baş vəziyyətə salır. Belə davam edərsə, bundan sonra onun ölkə ictimaiyyətinə yalanlar danışıb, şər-böhtan kampaniyasına başlayacağı gözlənilir. Nəticədə Ermənistanda 1999-cu ilin oktyabrı, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istinsa olunmur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam