Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Qazaxıstan analitiki Türküstanda hakimiyyətin ötürülmə mexanizmlərini incələyir:“BÖLGƏDƏ YALAN DÖVLƏT MODELİ FORMALAŞIB”

Yevgeniya Kim

regnum.ru, 05.08.2019

 

Yenixeber.org: Qazaxıstan-Almaniya Universitetinin professoru Rüstəm Burnaşev REGNUM İA-ya Türküstanda hakimiyyət tranzitinin özəlliklərindən danışıb.

 

-Türkmənistan prezidentinin ölümü haqda sonralar təsdiq olunmayan şayiələrdən sonra ölkədə hakimiyyət tranziti haqda yenidən danışmağa başlayıblar. Hakimiyyəti ötürməyin hansı modeli bölgə üçün daha aktualdır?

-Hakimiyyət tranziti konsepsiyasının özünün aydın tərifi və əlamətləri var. Siyasət elmində tranzit deyərkən sosializmdən liberal-demokratik modelə keçidi nəzərdə tuturlar. Bunu 80-ci illərin sonu, 90-cı illərin başlanğıcında sovetsonrası məkandakı hadisələrin təsviri üçün düşünüblər.

Biz “tranzit” terminini işlədərkən hakimiyyətin keçid modellərindən birini nəzərdə tuturuq. O, modern  dövlətin bir model çərçivəsində fəaliyyətini tələb edir. Bizdə nə alınıb? Sovetsonrası transformasiya zamanı Mərkəzi Asiyanın praktik olaraq bütün ölkələrində demodernizasiya baş verib və ölkələr kvazimodern dövlətə çevrilib. Yəni bizdə modern dövlət əlamətləri – parlament, hökumət, prezident var, amma bu, böyük hesabla fiksiyadır.

Fəlsəfi dillə deyilsə, bunlar simulyatordur, bunun sayəsində Qərbin tələblərinə güzəştə gedirik. Fakt üzrə bizdə qrupların maraqları var, hakimiyyət və resurslar uğrunda mübarizə prosesi də gizli üsullarla gedir.

Uyğun olaraq, bizdə hakimiyyət tranziti var demək mümkün deyil. Hətta tranzit deyərkən hakim sistemin və funksionerlərinin də  dəyişilməsini nəzərdə tuturuqsa, onda bu da yoxdur. Hakimiyyət ötürülmür. Bu və ya başqa qanadın təmsilçilərini hakimiyyət təyin edir. Qazaxıstanda baş verdiyi kimi. Ya da Türkmənistanda olduğu kimi. Saparmurat Niyazovdan sonra dövlətin indiki başçısı Qurbanqulı Berdımuhəmədov prezident olarkən ölkə “tranzit” adlanan proses yaşadı. Amma fakt üzrə nə dəyişdi? Heç nə. Türkmənbaşıdan Arkadaqa keçid baş verib. Və bu da tranzit deyil, hakimiyyətin bayağı şəkildə ötürülməsidir. “Tranzit” termininə aldanmaq lazım deyil.

-Yəni Türküstan ölkələrində hakimiyyət tranzitinə örnək yoxdur?

-Qazaxıstan və Türkmənistanda varis təyinatı olub. Özbəkistanda varisin kollektiv təyinatı olub. Qırğızıstanda, başqa, mən deyərdim ki, ayrıca model olub. Ümumiyyətlə, bu ölkədə dövlət başçıları yetərincə tez-tez dəyişilir. Məsələn, fəaliyyətdəki prezident Sooronbay Jeenbekov artıq dördüncü, ya da beşinci başçıdır. Necə hesablandığından asılı olaraq (Keçid dövrünün prezidenti Roza Otunbayeva 2010-cu il hakimiyyət dəyişikliyindən sonra Qırğızıstana başçılıq edib. Ekspertlərin bir qismi hesab edir ki, o, dövlətin tamdəyərli başçısı deyildi – Regnum İA). Ancaq ölkədə prezident dəyişiklikləri təyinat yoluyla baş vermir. Son hakimiyyət ötürülməsi prosesi seçkilərlə legitimləşdirilib. Hətta Almazbek Atambayev ona varisi kimi baxsa da, indiki prezidentin təyin edilməsi ancaq Qırğızıstanın keçmiş liderinin qərarı ilə məhdudlaşmır. Yəni Jeenbekova səs veriblər və o, rəqabətli mübarizəyə qatılıb. Mən bu mübarizənin keyfiyyətindən danışmayacağam, amma başqa dövlətlərdə hətta bu da olmayıb. Və başqa ölkələrdə olan seçkilər heç bir rol oynamayıb. Məsələn, Qazaxıstanda heç kim şübhə etmirdi ki, Qasım-Jomart Tokayev seçkiləri udacaq. Qırğızıstanda isə seçkilərin nəticəsi haqda şübhələr var idi. Hətta Qırğızıstan prezidenti seçkilərindən bir az qabaq Atambayev və Nursultan Nazarbayev arasındakı dartışma da göstərdi ki, tərəflər təyin olunanın qələbə çalacağına 100 əmin deyildilər. Və ola bilsin, Jeenebekova buna görə ikinci başçı gərək deyil, ona mane olur. Nazarbayev Qasım-Jomart Tokayevə isə legitimləşmək üçün gərəkdir. Qırğızıstan bu planda qonşularından daha modern dövlətdir. Daha dinamik və daha demokratikdir.

-Bişkekdə ümumiyyətlə vurğulamağı xoşlayırlar ki, bölgə üzrə qonşulardansa ölkə daha demokratikdir.

-Bu, kompliment deyil, bu şeylər mənim üçün qiymətsayağı deyil. Mən modern dövlətdən danışıramsa, bu bildirmir ki, o, yaxşı, ya da pisdir. Bu bildirir ki, mən dövlətin  hansısa tipini nəzərdə tuturam və mənalandırma şablonu təklif edirəm.

-Fikir var ki, Qazaxıstan və Özbəkistan başçılarının oğulları olsaydı, prezident postuna məhz onlar varis olardılar. Türküstan ölkələrində  oğullar olmasa, ölkəyə qızlar başçılıq edə bilərmi?

-Düşünmürəm ki, bölgə ölkələrində hakimiyyəti ötürmək məhz varislik üzrə baş verərdi. Hər halda biz orta əsrlər dövlətləri deyilik. Mən belə bir variantı istisna etmirəm, xüsusən də belə örnəklər olduğuna görə – Azərbaycanı yada salın. Amma belə bir sınağın Mərkəzi Asiyaya tətbiq edilə bilən olacağı haqda danışmağa başlamazdım. Hətta siyasi prosesi mümkün varislərin gender amilinə bağlamazdım. Bu, mühüm deyil. Hakimiyyətin oğullara vermək olarsa, onda eynilə ölkəni qızlara da etibar etmək mümkündür.

-Bəs “Asiyada qadın ailə başçısı, indiki halda dövlət başçısı ola bilməz”stereotipi necə olsun?

-Bu, stereotipdir. Qazaxıstan və Qırğızıstanda belə bir problem yoxdur. Tacikistanla bağlı məsələ daha qəlizdir, amma düşünürəm ki, məsələ indiki prezidentin varisinin cinsi mənsubiyyətində də deyil. Məsələ başqa şeydədir. Kobud deyilsə, seçilən personalar nə qədər adekvat olacaqlar. Məsələn, Özbəkistan modeli və İslam Kərimovun qızları ilə bağlı bütün transformasiyalar göstərib ki, qızlar gerçəklik hissini itirib və hətta öz atalarını da qane etməyi tərgidiblər. Hələ qalan təsir qruplarını demirəm. Buna görə də sistem prezidentin hələ tamamilə işləməyi bacardığı 2010-cu ildən bəri Gülnarə Kərimiovanı ölkəni idarə etməkdə siyasi və iqtisadi rıçaqlardan tam uzaqlaşdıra bildi. O və bacısı özlərini davranışın adekvat modeli çərçivəsində aparsaydılar, bu, başqa məsələ olardı.

-Tacikistan və Türkmənistanda mümkün varislər haqda nə deyərdiniz? Bu ölkələrdə prezidentlərin oğulları Rüstəm Emoməli və Sərdar Berdımuhəmədov başgicəlləndirici karyera edirlər.

-Tacikistan və Türkmənstanda oğulları irəli vermək və qabağa çəkmək, doğrundan da, var. Başqa məsələdir ki, qurulmuş siyasi sistemlər müəyyən pərdəarxası mətləbləri, yəni ictimai meydana əndərilməyən gizli prosesləri nəzərdə tutur. İndi kölgə oyunçuları indiki liderlərin varislərinin nə qədər adekvat və zəif olacaqları sualına cavab verməlidirlər.

-Niyə zəif?

-Onlar güclü olsalar, namizədliklərini bəyənməyə də bilərlər. Onların arxasında öz maraqları ilə müxtəlif qrupların təmsilçiləri duracaqlar. Belə bir sistemə güclü və müstəqil adam gərək deyil.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam