Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Türk generalı “F-35” layihəsinin görünməyən qatlarını faş edir:“O TƏYYARƏLƏRİ ALSAQ, TÜRKİYƏ HHQ ABŞ-dan 100% ASILI OLACAQ” – Müsahibə

Mira Həsənova

regnum.ru, 31.07.2019

 

Yenixeber.org: REGNUM İA-nın suallarını Türkiyə HHQ-nin istefadakı general-mayoru, müdafiə sənayesi üzrə mütəxəssis Beyazit Karataş cavablandırır.

 

– Rusiyanın S-400 HHM sistemləri Türkiyəyə göndəriləndən sonra ABŞ ölkəni F-35 proqramından çıxarmaq qərarını bildirib. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan cavabında deyib ki, Vaşinqton döyüş təyyarələrini Türkiyəyə satmaqdan hər halda imtina edərsə, Ankara ona alternativləri gözdən keçirəcək. Türkiyə S-400-dən imtina etmək üçün F-35-in bu qədər marağındadır?

-2002-ci ildə Amerikanın “Lockheed Martin” şirkətindən çoxfunksiyalı beşinci nəsil “Lockheed Martin F-35 Lightning II Joint Strike Fighter Fighter (JSF)” qırıcı-bombardmançıların istehsalı proqramına tərəfdaş kimi qatılmaq haqda doqquz ölkə ilə yanaşı Türkiyəyə təklif gəlib. ABŞ F-35-in istehsalı haqda qərar qəbulu prosesində ölkələri iştirak səviyyəsinə görə təsnif edib. Türkiyə doqquz ölkədən biri qismində (F-35-in işlənməsi üzrə proqrama ABŞ-dan savayı Türkiyə, Böyük Britaniya, İtaliya, Hollandiya, Kanada, Avstraliya, Norveç və Danimarka qatılıb) layihənin üçüncü etibarlılıq dərəcəsinə daxil edilmişdi. F-35 layihəsində ABŞ-ın məqsədi gələcəkdə bu proqramı işləməyə mümkün qədər çox müttəfiq cəlb etməkdir. Amerikalılar bu qayda ilə F-35-i alan ölkələri sonradan əməliyyat sisteminə birləşdirmək yolu ilə “kürəsəl kapitalın kürəsəl silahı”nı yaratmağa can atırlar. F-35 təyyarəsinin texniki xarakteristikalarını – görünməzlik, antenlər, sezici ötürücülər, silah sistemi və informasiya mübadiləsi imkanları və bunu NATO-nun birgə əməliyyatları konsepsiyasına uyğun olaraq istənilən platformaya kriptoqrafik mərkəzlərə vermək – gözdən keçirərkən “qüsursuz təyyarə əldə etmək” təəssüratı yarana bilər. Amma Türkiyə və ABŞ arasındakı çətinliklər nəzərə alınarsa, inamla güman etmək olar ki, F-35-in milli logistika sistemimizi “bayırda” qoyacaq. Və bu bizim qarşımızda mühüm problem qoyur: F-35-dən istifadə Türkiyənin nəzarətində olmayacaq. Bunlardan birincisi ALİS avtonom informasiya sistemidir (Autonomic Logistics Information System-ALIS). İkincisi effektivliyə əsaslanan PBL (Performance Based Logistics-PBL) logistikasıdır. F-35 təyyarəsi haqda məlumatların bütünü ALİS-lə yanaşı Amerika şirkəti tərəfindən yoxlanılacaq. PBL-lə bağlı halda da eyni şeydir: Amerika şirkətinin xidmətindən istifadə olunsa, F-35A təyyarəsinə milli nəzarət itirilir, bu, ABŞ-a qalır.

-Bəs Ankara bu halda 2002-ci ildə niyə F-35 üzərində nəzarəti belə asanlıqla amerikalılara verib – hətta Türkiyə və ABŞ/NATO arasında anlaşılmazlıq hələ olmasa da?

-ALIS və PBL sistemləri iqtisadi baxımdan əlverişli görünə bilər, F-35A üzrə tərəfdaşlıq haqda sazişin özü bunu tələb edir, bir də alternativ yoxdur. Hesab olunur ki, o zaman yazılmış və səlahiyyətli qurumlara verilmiş hesabatlarda çatışmazlıqlar var idi, indi məsələnin önəminin yetərincə dəyərləndirilmədiyinin ekspertizası keçirilir. Misalçün: sizin 30 təyyarəniz var və istəyirsiniz ki, 25 təyyarə həmişə fəal olsun. F-35-in istehsalçı şirkətilə sazişə görə, siz onun xidmətlərini qəbul edirsiniz, bununla da milli logistik planlaşdırmanı Birləşmiş Ştatlara tapşırırsınız. Amerika şirkəti sazişə uyğun olaraq sizin adınızdan sizin logistika sistemini yönəldir ki, sizin 25 təyyarənizi işlək durumda saxlasın. Başqa sözlə, milli logistikam konsepsiyanıza uyğun olaraq əvvəllər olduğu kimi öz təyyarələrinizin hərəkətini daha özünüz idarə edə bilməzsiniz. Ən kəskin problem bundan ibarətdir ki, əgər F-35 proqramına qatılıbsınızsa, mövcud logistik sistemdən qırağa çıxmaq şansınız artıq yoxdur, ALİS, ya da PBL-dən istifadə etməyə məcbursunuz.

-Axı bu, Türkiyəni F-35 proqramından çıxartmaqda ABŞ tərəfdən ilk təhdid hadisəsi deyil? Tarix təkrar olunur?

– 2003-cü ilin martında Türkiyə parlamenti İraqa qarşı öz ərazisindən istifadə etməyə icazə verməkdən imtina edəndə Birləşmiş Ştatlar ilk dəfə Türkiyəni F-35 prqoramından çıxartmaq hədəsi ilə çıxış edib. İndi isə Rusiyadan S-400-ün alqısı gerçəkləşdirilərkən Türkiyəyə qarşı həyasız şantaj və F-35 amilindən istifadə hədəsi kampaniyası aparılır.

-Siz hələ buna qədər də bildiribsiniz ki, F-35-lər alınacağı halda Türkiyə HHQ ABŞ-dan 100% asılı olacaq. Niyə?

-Türkiyə bir zamanlar F-35 proqramının işlənməsi üzrə layihəyə daxil olub, çünki onu yetərincə əlverişli və önəmli layihə kimi dəyərləndirib, amma yaranmış durumda getdikcə daha çox əmin olur ki, xeyli itkiyə məruz qalacaq. Türkiyənin F-35 proqramına girmək qərarı onun logistikasını ABŞ-dan 90-95 % asılı qoyub, sonralar Türkiyə HHQ-nin asılılığı tam 100% təşkil edəcək. Bu durum eyni zamanda döyüş təyyarələrinin (TF-X/ MMI) milli layihəsini gerçəkləşdirməyə əngəl olacaq, ola bilsin, hətta onu məhv edər. F-35 – ABŞ-ın liderlik mövqeyi ilə “kürəsəl kapitalın kürəsəl silahı”, “ABŞ-ın xoşbəxtlik buxovu”dur. Birləşmiş Ştatlar bu zəncirin həlqələrinin qırılmağına yol verməmək üçün nə təcavüz, nə hədə, nə də şantaj qarşısında ayaq saxlayar.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam