Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sabiq nazirin adı ətrafında “Çexiya müəmması”

 

Sabiq müdafiə nazirinin başqa ölkənin vətəndaşlığını alması xəbəri təsdiqlənmədi, amma bəzi suallar hələ də qalır... 

 

"Xeberinfo.com":  Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev 2015-ci ili Çexiyada qarşılayıb. Keçmiş nazir bu ölkədə aldığı mülkündə bayramı qeyd edib və vətəndaşlıq məsələsinə də son qoyub. Bu barədə axar.az-a verilən məlumatda iddia olunur ki, keçmiş nazir Çexiya vətəndaşlığı alıb. Onun ikili vətəndaşlığı olduğu - Azərbaycanla bərabər Çexiya vətəndaşlığı da aldığı bildirilir. Amma Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qadağan edir. 

Hazırda Çexiyada yaşayan və oranın vətəndaşı olan həmyerlimiz Zamiq Məmmədli isə facebook səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib.
S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər yayılırdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu. Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etmədi, sadəcə, ölkədən həmişəlik getmədiyini açıqladı. 
“Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin Çexiya vətəndaşlığı alması ilə bağlı yayılan məlumatlar tam yalandır”. Bu barədə “Amerikanın səsi”nə Əbiyevin yaxınlarından biri bildirib. “O, xaricdə müalicə alır və bu günlərdə vətənə dönəcək” deyə, qeyd edib. Çexiyanın Azərbaycandakı səfirliyi də S. Əbiyevin Çexiya vətəndaşı olması ilə bağlı mediada yayılan məlumatları təsdiq etməyib: “Bizdə Səfər Əbiyevin Çexiya vətəndaşlığı alması barədə məlumat yoxdur”. 
Səfər Əbiyevin digər ölkənin vətəndaşlığını alması xəbəri onun nazir olduğu dönəmdə ətrafında olan yüksək çinli zabitlərin həbsdən azad edilməsindən dərhal sonra yayılmasını təsadüf hesab etməyənlər də var. Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov  “Yeni Müsavat”a bildirib ki, Səfər Əbiyev nazir olduğu dövrdə ona Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şahin Sultanovun yol verdiyi korrupsiya haqda məlumat verib: “Bunun əvəzində özümü şərləyib həbs etdirdilər. Səfər Əbiyev vəzifəsindən çıxarılandan sonra Şahin Sultanovun özü həbs olundu. Mən isə azadlığa çıxdım. İndi isə məhkəmə Şahin Sultanovu, onunla bərabər tutulan Səfər Əbiyevə yaxın zabitləri ev dustaqlığına buraxıb. Belə bir vaxtda Səfər Əbiyevin ölkədən getməsi təsadüfi deyil. Səfər Əbiyev  bunu gözləyirmiş kimi ölkədən çıxıb. Mən bu məsələ ilə bağlı araşdırma aparıram”.
B.Məmmədov yaxın günlərdə araşdırmalarının nəticəsi haqda ictimaiyyətə məlumat verəcəyini söylədi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam