Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı- FOTO

 

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-



İstanbulda keçirilən bələdiyyə seçkilərinin Azərbaycanda da böyük maraqla izlənməsi sirr deyil. Hətta azəraycanlı seyrçilər arasında bölünmə də diqqətdən yayınmadı.

Yenixeber.org: Hər kəs öz dəstəklədiyi namizədin qələbəsini gözləyərkən sonda sevinən İmamoğlu tərəfdarları oldu. Onlar arasında da sevincinin səbəbləri müxtəlif olanlar vardı desək, yanılmarıq. Kimisi İstanbuldakı demokratik seçkidən vəcdə gəldi, kimisi Türkiyədə hakimiyyət dəyişikliyinin olacağını proqnozladı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının orqanı olan "Vətəndaş Cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı isə bu seçkilərdən "ehtizaza gəlib" desək, nəinki yanılmarıq, hətta sözün düzünü demiş olarıq. Redaksiyamıza S.Alışarlı ilə bağlı maraqlı məlumat verən mənbənin sözlərinə görə, o, İstanbul seçkilərinin nəticələri haqda fikir yürüdərkən böyük siyasi səhvə yol verib. Belə ki, QHT Şurasının rəsmi orqanına rəhbərlik edən S.Alışarlı sosial şəbəkələrdə Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına alan status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik: "İstanbul bir daha göstərdi ki, ölkədə bütün problemlərin açarı həqiqi seçkilərdir. Sağ əli bizə tərəf olsun gözəl İstanbulun!"

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-



Maraqlıdır ki, baş redaktor yazdığı statusu bir neçə dəqiqədən sonra silib. Buna səbəb isə iddiaya görə, məsələnin prezidentin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova çatmasıdır. Mənbəmiz bildirir ki, Ə.Həsənov S.Alışarlıya ciddi irad bildirib: "Nəinki irad bildirib, hətta onu ağır sözlərlə təhqir edib. Səfər müəllim də üzr istəyərək statusu silib. "Vətəndaş Cəmiyyəti" jurnalı bildiyiniz kimi, QHT Şurasının rəsmi orqanıdır. Jurnalın baş redaktorunun bu düşüncədə olması rəhbərlikdən qaynaqlana bilər. Mümkündür ki, QHT Şurasının rəhbər şəxsləri arasında İstanbul seçkilərindən ehtizaza gələn daha başqaları da var və kluarlarda gedən söhbətlərin təsiri altında Səfər müəllim belə bir status yazıb. Çox böyük ehtimalla yaxın günlərdə o işindən kənarlaşdırılacaq. Bu olayın hətta QHT Şurasının sədri Azay Quliyevin də başını ağrıdacağı müzakirə mövzusudur".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(afn)

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-
Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam