Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Erməni mediası:"Bolton Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdən imtina edib"

“Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfəri çox uğursuz olub”.

Yenixeber.org: Bunu “Qraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ermənistanın ABŞ-dakı səfirliyinin səylərinə baxmayaraq, rəsmi Vaşinqtonun heç bir yüksək vəzifəli nümayəndəsi onu qəbul etməyib: “Bu, azmış kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da onu qəbul etməkdən imtina edib. O, Yerevana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəmədiyini bildirmişdi. Onda Con Boltonun ofisinin nümayəndəsi Qriqoryanı icma təmsilçiləri ilə birlikdə qəbul etmişdi. Yeri gəlmişkən, ABŞ-da Braziliya Kosmik Agentliyinin rəhbəri Karlos de Mourla görüşdüyü üçün onu “kosmonavt Qranuş Akopyan” deyə çağırmağa başlayıblar”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 26-da ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina etmişdi. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam