Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Qazprom”un ardınca İran da SOCAR-ın bazarına girə bilər?-Paşinyanla Tehranda bu haqda danışıblar...

İran Ermənistana qaz nəqlini artırmağa və Gürcüstana qaz ixracına dair üçtərəfli əməkdaşlığı başlatmağa hazırdır.

 Yenixeber.org: Belə bəyanatla İran prezidenti Həsən Ruhani Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı çıxış edib.

Paşinyan isə deyib ki, Ermənistan İran qazı üçün tranzit ölkə olmağa hazırdır.

“Ermənistan İranla tranzit məsələsində əməkdaşlıq etməyə və iran qazı üçün tranzit ölkə olmağa hazırdır. Energetika dəhlizinin yaradılması həm ikitərəfli və regional kontekstdə, həm daha geniş planda mühüm əhəmiyyətə malikdir. Bu məsələlərin həlli üçün siyasi iradə var və biz ümid edirik ki, danışıqlar prosesi uğurlu olacaq”-Paşinyan belə deyib.

İran Ermənistana elektrik stansiyasında istifadə olunmaq üçün ildə bir neçə yüz milyon kubmetr qaz nəql edir. Və əvvəlki hakimiyyətin dövründə İran qazının nəqlinin artırılması, habelə Ermənistan üzərindən tranziti ideyası bir neçə dəfə gündəmə gəlsə də Yerevan bu məsələdə irəli gedə bilməmişdi. Çünki Ermənistanın qazla təchizatı Rusiyanın əlindədir və “Qazprom”  bu bazara İran qazının daxil olmasına razılıq verə bilməzdi. Digər tərəfdən iran qazı Ermənistan üçün rusiya qazından daha baha başa gəlir və məhz bu səbəbdən Paşinyan Tehranda “qiymət məsələsinin önəmli olması” barədə danışıb.

Eyni zamanda tərəflərin bəyanatlarından göründüyü kimi iran qazının Ermənistan üzərindən Gürcüstana nəqli ideyası yenidən aktuallaşa bilər. Söhbət SOCAR-ın nəzarətində olan bazardan gedir ki, bu günlərdə Gürcüstan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar apararaq Azərbaycan qazından asılılığı azaltmaq qərarına gəlmişdi. Hökumət bunu SOCAR-ın kommersiya müəssisələri üçün qazın tariflərini 10 faizdən çox artırmasına cavab olaraq etdiyini deyir.

İndi isə Ermənistanın iran qazı üçün tranzit ölkəyə çevrilmək kimi çoxdankı xəyalı gerçəkləşdə (hərçənd bu ehtimal hazırda çox aşağıdır) Gürcüstan bazarında SOCAR-a daha bir rəqib peyda ola bilərdi. Hərçənd iran qazının Gürcüstan bazarında azərbaycan qazı ilə qiymət baxımından rəqabət aparmaq imkanları çox aşağıdır. Digər tərəfdən Moskva  Ermənistanın Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş cəhdlərə necə aqressiv yanaşacağını təxmin etmək çətin deyil. Başqa sözlə, Ermənistanı enerji dəhlizinə çevrimək xəyalları Paşinyanın hakimiyyəti üçün əlçatmaz görünür.(virtualaz)

F.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam