Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paşinyan əvvəlki liderlərdən fərqlənir- Mübariz Əhmədoğlu

Yenixeber.org: Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə görüşür, amma saat yarım ərzində ancaq heç nə müzakirə etmədiklərini bildirir. Və yaxud Azərbaycan və Ermənistanın Xİ nazirləri artıq dördüncü dəfədir görüşüblər. Ən az müddətli görüş 3 saat davam edib. Qalan bütün görüşlər 4 saat davam edib. N.Paşinyanın fikrincə, Azərbaycan və Ermənistanın Xİ nazirləri qeyri-ciddi adamlardır. Üst-üstə 15 saat bir-birinin dünyagörüşünü və Dağlıq Qarabağ məsələlərinə yanaşmalarını öyrənməklə məşğuldurlar.

Paşinyan Aİ-nin Cənubi Qafqazdakı münaqişələr üzrə nümayəndəsi T.Klaarla görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyətinin etimadın möhkəmləndirilməsi tədbirlərinə cəlb olunmasını vacib adlandırdı və bunun danışıqlar prosesində konstruktiv mühitin yaranmasına şərait yaradacağını bildirdi. Paşinyan Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağın azərbaycanlıları ilə görüşünü mümkün hesab edir. T.Klaar Dağlıq Qarabağ tənzimlənməsində cari vəziyyəti bilir. Paşinyan da bilir ki, erməni ictimaiyyətinin qarşısında danışılan fikirlər ciddi rəsmilərlə danışılan fikirdən fərqlənir.

Paşinyan çox böyük ehtimalla Dağlıq Qarabağ tənzimlənməsi isiqamətində çalışır və bunu elə manera ilə etmək istəyir ki, Ermənistan cəmiyyəti tənzimlənmənin zəruriliyini başa düşsün. Nəticədə destruktiv millətçi qüvvələrin müqavimətini minimallaşdırır. Belə davranış modeli Paşinyanda alınır.

Ermənistanın taleyində ən həlledici aktorlardan biri diaspor olub. Diasporun təmsilçiləri Ermənistanda müflisləşdirilsələr də, həbs olunsalar, qovulsalar da amma yenə diasporun bir əli Ermənistanın üzərində olub. N.Paşinyanın “məxməri inqilab”ının da maliyyə və siyasi dəstəyi diaspordan gəldi. Bunlara baxmayaraq N.Paşinyan Diaspor Nazirliyini ləğv etdi.

Diaspor təmsilçilərinin Ermənistanın idarəçiliyinə cəlbi, diaspor ermənilərinin iştirakı ilə ikipalatalı parlamentin təşkili Ermənistanda həmişə aktual müzakirə mövzusu olub. Bu isə Rusiyanı ciddi narahat edirdi. Çünki diasporun iştirakı ilə seçilən parlament, eləcə də diaspor təmsilçilərinin iştirakı ilə qurulan hökumət istənilən anda Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla bağlı qərar qəbul edə bilərdi və bu qərar da reallaşacaqdır.

Rusiya faktoruna görə Paşinyan Diaspor Nazirliyini ləğv etdi. Bununla da və diaspor ilə Ermənistanın arasındakı əlaqələri minimala endirdi. Ermənistan cəmiyyətinə bunun özünəməxsus izahını verdi və cəmiyyət bunu qəbul etdi.

Dağlıq Qarabağ tənzimlənməsində Paşinyanın mövqeyinə də bu kontekstdən yanaşmaq olar: Paşinyan Dağlıq Qarabağ probleminin həllinə başlayacaq, bunun özünəməxsus izahını verəcək və Ermənistan cəmiyyətində heç kəs ona etiraz edə bilməyəcək.

Dağlıq Qarabağın statusunun müəyyən olunması Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının birgə əməkdaşlığından keçir. Bunun başqa variantı yoxdur.

Paşinyanın demokratiyası dəyərə malik olsaydı, ona Qərb dünyası pul ayırardı, Qərb dövlətləri Paşinyanı öz ölkələrinə dəvət edərdilər. Paşinyanın demokratiyası yalnız Dağlıq Qarabağ problemi həll olunduqdan sonra dəyərə malik olacaq. Paşinyan bunu bilir. Ona görə də Dağlıq Qarabağ tənzimlənməsində ən əsas məsələdən-Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının Dağlıq Qarabağda birgə yaşayışının qurulmasından başlayıb. Bu isə işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasını diktə edir.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam