Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

ƏRƏB LİDERLƏRİN BEYRUT SAMMİTİNƏ DÜŞƏN KÖLGƏ:Suriyanın "ana bətninə" qayıdışı niyə bu qədər gecikir?

Zeyna Xudr

“Əl-Cəzirə”, 18.01.2019

 

Livan bu həftəsonu bölgənin iqtisadi sammitini keçirməyə hazırlaşarkən, Suriyanın gələcəyinə dair fikir ayrılıqları və İranı çəkindirmə səyləri ilə əlaqədar yığıncaq əhəmiyyətini itirib.

Yenixeber.org: Əvvəlcə Beyrutda keçirilən Ərəb İqtisadi və Sosial İnkişaf zirvəsinə qatılacaqarını təsdiqləmiş bir çox dövlət başçısı artıq sammitə qatılmaq istəmir.

Qətər və Küveyt əmirləri zirvədə iştirak etməyəcək, Misir baş naziri göndərməyi planlaşdırır, Fələstin Dövlətinin başçısı isə Nyu-Yorkda olacağını söyləyib.

Görünür, bu, “Hizbullah” da daxil olmaqla, Suriya hökumətinə dəstək verən İran və müttəfiqlərinə göndəilən mesajdır.

İranın müttəfiqləri Suriyanın dövlət başçısı Bəşər Əsədin Ərəb Dünyasına qayıdışı və Suriya hökumətinin bölgə təşkilatında iştirakının bərpası üçün zirvə toplantısını Ərəb Birliyinin (Liqasının) xarici işlər nazirləri səviyyəsində keçiriləcək yığıncağın üvertrası kimi nəzərdə tuturdu.

Ancaq Suriyanın gələcəyi gündəmdə olmayacaq.

Ərəb Liqası baş katibinin köməkçisi Hüssam Zakinin sözlərinə görə, Livandakı toplantıda Tunisdə keçiriləcək zirvəyə dəvət müzakirə edilməyəcək.

Politoloq Rami Xuri “əl-Cəzirə”yə bildirib: “Heç də bütün ərəb ölkələri Suriya ilə əlaqələri normallaşdırmaq istəmir”.

 

Konsensus yoxdur

 

Ərəb Birliyi 2011-ci ildə Suriyanın təşkilata üzvlüyünü dayandırıb və ölkə vətəndaş müharibəsi dövrünə qədəm qoyandan hökumət əleyhdarı olan etirazçılara qarşı repressiyalara görə iqtisadi sanksiyalar tətbiq edib. Bəzi ölkələr səfirliklərini qapadıb.

Keçən ilin sonunda Sudan prezidenti Ömər əl-Bəşir böhran başladıqdan bəri Suriyanı ziyarət edən ilk Ərəb Liqası lideri olub. Ötən həftələrdə BƏƏ və Bəhreyn səfirliklərini yenidən açıb, ancaq blok içində ağız birliyi yoxdur.

Beyrutda keçiriləcək sammitdən bir neçə gün əvvəl bir sıra ərəb dövləti öz mövqelərini açıq şəkildə ortaya qoyub. Dəməşqlə əlaqələri kəsməyən İraq, Suriyanın Ərəb Birliyinə üzvlüyünü bərpa etmə səylərini dəstəkləyir. Suriyadakı müxalifətin tərəfdarı olan Qətər isə Dəməşq əleyhnə çıxır və əlaqələri normallaşdırmaq üçün təkanverici əlamətin olmadığını bildirir.

Səudiyyə Ərəbistanı bir neçə həftə əvvəl BƏƏ və Bəhreynin – müttəfiqlərinin atdığı addımı təkrarlamağı planlaşdırmır.

Siyasətşünas Sami Nadir deyib: “ABŞ dövlət katibi Pompeo onlara siyasi tənzimləmənin ümumi elementlərini qəbul etməzdən əvvəl münasibətləri normallaşdırmaq və yenidən qurma mövzusunda danışmanın çox erkən olduğunu söyləyib”.

 

Maneələr

 

Yeddi illik mübarizədə Əsəd hakimiyyətni gücləndirmək, təcrid halqasını yarmaq və məhv edilmiş ölkəni bərpa etmək üçün lazımlı vəsaiti toplamağa çalışır.

Ancaq Rusiya rəhbərliyinin diplomatik səyi ilə Suriya hökumətini legitimləşdirmə indi maneələrlə qarşı-qarşıyadır.

Ərəb Birliyi bu ayın əvvəlində Şama maddi dəstəyi müzakirə etməli idi, amma görüş təxirə salınıb.

Suriyanı yenidən sıralarına qaytarmaq üçün diplomatik yolun ağına düşmüş Misir indi deyir ki, Əsəd münaqişəni BMT-nin başçılıq etdiyi siyasi prosesə uyğun olaraq həll etmirsə, Ərəb Birliyinə qayıda bilməz.

Danışıqlara gəldikdə, erkən normallaşmaya qarşı çıxanlar bunun Əsədin mövqeyini gücləndirəcəyini söyləyir.

ABŞ, xüsusilə İranın bölgədə təsirini azaltmağa çalışır və Əsədi gücləndirən istənilən hərəkəti İranın gücləməsi kimi görür.

Əsədin müxalifləri onun BMT qətnamələrinə riayət etməsini istəyirlər, yəni səlahiyyətlərinin bir qismindən imtina etməsini.

Mart ayında Tunisdə keçiriləcək növbəti Ərəb Birliyi görüşündən əvvəl Əsəd rejimi tərəfdarlarının səylərini artırıb-artrmayacağı aydın deyil.

Öz növbəsində, İran bəzi ərəb ölkələrinin siyasətində dəyişiklikləri açıq şəkildə alqışayıb.

İran XİN-in bəyanatında deyilib: “Suriyaya dəstək verən ərəb ölkələri beynəlxalq birliyin Suriyanın ərazi bütövlüyünü və qanuni hökumətini tanıdığını göstərən müsbət bir dəyişiklik tərəfdarlarıdır”.

Ərəb Liqası Şamla əlaqələri normallaşdıra bilsəydi, İranın maraqlarına xidmət etməyəcək yeni regional nizam yaranardı. Körfəzin Suriya iqtisadiyyatına maliyyə dəstəyi baş tutarsa, həmin ölkələrin liderləri, ehtimal ki, ölkədə təsir sahibi olmaq istəyəcəklər.

Karnegi Fondunun Yaxın Şərq Mərkəzinin analitiki Mühanəd Haq Əli deyib: “İranın ərəb düşmənlərinin Şama qayıdışı bu çərçivədə Suriyada İranın çəkindirmə kimi baxılır. Suriya rejiminin Ərəb Dünyasına dönüşü İran və müttəfiqlərinə bir sıra siyasi təsirlər göstərməlidir”.

İran müharibə dövründə Suriya hökumətinin yeganə sadiq müttəfiqi olub və Əsədin bu ittifaqı pozacağına dair heç bir əlamət yoxdur.

Beyrut görüşündə ərəb diplomatik sıçrayışı ABŞ-ın İranın bölgədə təsirini məhdudlaşdıran səylərinin başlanğıcıdır. Onun fevral ayında Varşavada keçiriləcək anti-Tehran görüşünə qədər impuls qazanması gözlənilir.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam