Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

MERKEL XƏFİYYƏLƏRİNİ DƏRSƏ GÖNDƏRİR-Almaniya tarixində bir ilk: kansler xüsusi xidmət orqanlarını niyə səfərbər edir?

“Deutsche Welle”, (Almaniya)

 

Almaniyada ilk dəfə olaraq xüsusi xidmət orqanlarının əməkdaşlarına universitet proqramı tədris olunacaq. Bu təşəbbüslə federal kanslerin aparatı çıxış edib. Yeni tədris proqramı ilə bağlı Münhendəki Bundesver Universitetinin saytında yerləşdirilən elandan belə məlum olur ki, təlimləri keçmək istəyən xüsusi xidmət orqanı əməkdaşlarının sayı xeyli çoxdur. Lakin xüsusi xəbərdarlıq olunur ki, təlimlər yalnız nazirliklərin və hərbi kəşfiyyatın hazırda fəaliyyətdə olan əməkdaşları üçün nəzərdə tutulub.

Yenixeber.org: Bundesver Universitetində magistlərlər üçün “Təhlükəsizlik məsələləri üzrə kəşfiyyat və təhqiqat” adlı yeni proqramın tədrisinə yanvarın ortalarında başlanılıb. Proqram Münhendəki adıçəkilən universitet və Bavariyadakı Dövlət İdarəçiliyi üzrə Federal Ali Məktəbi tərəfindən hazırlanaraq tədris olunur. İlkin mərhələdə xüsusi xidmət orqanlarından 30 rəhbər şəxsə 2 il dərs keçiləcək.

Kəşfiyyat və təhlükəsizlik sahəsindəki mütəxəssislərin akademik hazırlığı baxımından Almaniya hələ də Qərbi Avropanın digər ölkələrindən geridə qalır. Bu sahədə elmi araşdırmalar demək olar ki, aparılmayıb.

Məsləhətçi kimi Fransadan və Böyük Britaniyadan mütəxəssislər cəlb olunub. Yeri gəlmişkən, Fransa və Britaniyanın ali məktəblərində bu proqramlar illərdir tədris olunur.

Təlimlərdə məqsəd kəşfiyyat və təhlükəsizlik sahəsində təhsilin peşəkarlaşdırılması və beynəlxalq standartlara yaxınlaşmaqdır.

“Süddeutsche Zeitung”ə müsahibəsində Bundesver Universitetinin əməkdaşları Uve Borqrof və Yan-Hendrik Ditrixbildiriblər ki, yeni universitet proqramının tədrisinə dair təşəbbüsün müəllifi Angela Merkelin rəhbəri olduğu orqandır.

Hər iki şəxs universitetin nəzdindəki Kəşfiyyat və Təhlükəsizlik üzrə Araşdırmalar Mərkəzinə rəhbərlik edir.

Mərkəzin özü 2017-ci ilin sentyabrında təsis edilib. Dediklərinə görə, proqramın tədrisinə razılıq almaq üçün nazirliklər arasında bir neçə il məsləhətləşmə aparılıb.

Dərc olunan plandan məlum olur ki, əsas diqqət kibercinayətkarlığa və terrorizmə qarşı mübarizəyə yönələcək. Hər iki mövzu Almaniya üçün olduqca aktualdır. Məsələn, 2018-ci ilin fevralında qapalı və yaxşı müdafiə olunan hökumət şəbəkəsinə kütləvi kiberhücumun olduğu üzə çıxmışdı.

Hakerlər ilk növbədə Rusiya və Şərqi Avropaya dair məlumatlarla maraqlanmışdılar. Maraqlıdır ki, bu kiberhücumları müəyyən edən Almaniyanın yox, başqa ölkələrin xüsusi xidmət orqanları olmuşdu.

Almaniya yeni il bayramı ərəfəsində də kiberhücumlara məruz qaldı. Nəticədə yüzlərlə Almaniya siyasətçisinin, kansler Angela Merkelin, prezident Frank-Valter Ştaynmayerin və keçmiş daxili işlər naziri Ziqmar Qabrielin, həmçinin teleaparıcıların, musiqiçilərin şəxsi məlumatları (mobil telefonların nömrələri, ünvanlar, kredit kartları barədə bilgilər, şəxsi yazışmalar, ailə fotoları) kütləvi şəkildə internetdə yayıldı. Almaniya kanslerinin faks nömrəsi, poçt ünvanı və bir neçə məktubu da yayılan məlumatlar arasında idi.

Təxminən min nəfəri əhatə edən bu məlumatların ən çox yayıldığı sosial şəbəkə “Twitter” oldu.

Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi kiberhücumla bağlı dərhal araşdırma başlatdı. Bir neçə gün sonra bir nəfər şübhəli şəxs qismində saxlanıldı. Şübhəli şəxs 20 yaşlı gənc idi və o, məlum əməli törətdiyini etiraf etmişdi.

İnformatika üzrə də mütəxəssis olan Uve Borqrof deyir ki, tədris olunacaq yeni proqramda şifrələrin təhlükəsizliyi, elektron poçt ünvanlarının şifrələnməsi, kodlaşdırma və kodu ləğv etmə, süni intellekt kimi, anlayışlara xüsusi diqqət ayrılacaq.

Lakin əsas istiqamətlər hüquq, politologiya, psixologiya, etika və insan haqları olacaq.

“Kəşfiyyat magistləri “007 agentlərinin” akademik hazırlığını nəzərdə tutmur. Söhbət, məsələn, suriyalı pilotların radiodanışıqlarını dinləməkdən və ya siyasilərin şəxsi məlumatlarını oğurlayan hakerləri ifşa etməkdən də getmir”, – deyə Dövlət İdarəçiliyi üzrə Federal Ali Məktəbin hüquqşünası Yan-Hendrik Ditrix bildirir.

Hələlik görünən odur ki, yeni proqramın əsas vəzifəsi xüsusi xidmət orqanlarının peşəkarlığı artırmaq və informasiya mübadiləsi üzrə daha səmərəli sistemin qurulmasını təmin etməkdir. Almaniyanın mövcud federal quruluşu çərçivəsində müxtəlif xüsusi xidmət orqanları arasında informasiya mübadiləsi ultrasağçı ekstremizmə və terrorizmə müqavimət baxımından çox vaxt zəif olub.

Mütəxəssislərə görə, əsasən müsəlman ölkələrindən gələn miqrantları öldürən (illər əvvəl 8-i türk olmaqla 10 nəfəri vəhşicəsinə qətlə yetirmişdilər-red:) “Milli sosialist gizli təşkilatı”nın (NSU) uzun müddət ifşa edilməməsinin bir səbəbi də məhz budur. Yeni proqramın tədrisini zəruri edən məqamlardan biri də bu səs-küylü hadisə olub…Tərcümə:Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam