Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Ərdoğan-Putin görüşü:Türkiyə nəyi güzəştə gedəcək?

 

Menbiç əməliyyatları Türkiyənin gündəmində duran bir nömrəli məsələdir.

Yenixeber.org: Bu sözləri Ərdoğan-Putin görüşü haqda danışan politoloq İlqar Vəlizadə deyib.

“Bu görüşdə Suriyadakı vəziyyət, xüsusilə də Menbiç ətrafında nəzərdə tutulan əməliyyatlarla bağlı konkret müzakirələr gözlənilir. Ərdoğan Putindən əməliyyatlar zamanı rus hərbçilərinin neytrallığını maksimum qorumasını istəyəcək. Bu fonda tərəflər Menbiçdə qarşı-qarşıya gəlməmək və birbaşa toqquşma risklərini neytrallaşdırmaq üçün ortaq məxrəc tapmağa çalışacaqlar”, - ekspert bildirib.

Politoloq hesab edir ki, görüşdə Türkiyə-Suriya sərhədi ilə bağlı ümumi razılaşma əldə oluna bilər:

“Ancaq orada elə şəhərlər var ki, mübahisəlidir və orada birmənalı olaraq Rusiyanın mövqeyi bəlli deyil. Bu mənada Menbiçlə bağlı mürəkkəb danışıqlar gedir. Rusiya hərbiçilərinin Menbiçi asanlıqla tərk edəcəyini düşünmürəm. Hansısa kompromis razılaşmaların əldə olunması isə istisna edilmir. Bu kompromislərin nədən ibarət olacağını görüşün yekunu göstərəcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Putinlə yanvarın 23-də görüşəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam