Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

VAŞİNQTONDA İKİHAKİMİYYƏTLİLİK:prezident Tramp, yoxsa "dərin dövlət"in təmsilçsi “prezident Bolton” qalib gələcək? – TƏHLİL

İvan Danilov

RİA Novosti, 14.01.2019

 

ABŞ prezidenti Donald Trampın Amerika kontingentinin Suriyadan çıxarılması qərarı prezident administrasiyası və Birləşmiş Ştatlardakı bütün hakimiyyət sistemi daxilində artıq çoxdankı münaqişəni üzə çıxardıb.

Yenixeber.org: İndiki anda Birləşmiş Ştatları əslində kimin yönəltdiyi çox da aydın deyil: rəsmi prezident Donald Tramp, yoxsa Amerikanın “NewsWeek” dərgisi kimi nüfuzlu KİV-lərinin siyasi nüfuzu və Trampın rəsmi mövqeyinə qarşı qərarları boğmaq imkanına görə artıq “prezident Bolton” adlandırdığı milli təhlükəsizlik üzrə müşavir Con Bolton?

Boltonun geniş ictimaiyyətə özəl status və özəl imkanlarını aşkarlayan qalmaqal Çinin “Huawei” korporasiyası başçısının qızının həbsi kontekstində baş verib. Boltonun özünün ehtiyatsız (ya da, ola bilsin, nümayişkaranə) etirafına görə, Çinin ünvanına bu təcavüzkar hərəkətdən xəbərdar idi və prezident Tramp və sədr Si arasındakı əsas şəxsi danışıqların başlanmasına qədər gözlənilən həbsdən məlumatlandırılıb. Problem bundadır ki, Donald Trampın özü  heç nə bilməyib və bu bildirir ki, o, təkcə Si ilə danışıqları “kor-korana” aparmayıb, həm də hələ önəmli görüşdən qabaq bu qədər ciddi və Çin üçün alçaldıcı diplomatik insidentin baş verməsinə “olsun” deməyib. Durum bu kontekstdə aşkar “ziyançılıq” cizgiləri almağa başlayıb. Çünki Tramp administrasiyasında sanki milli təhlükəsizliyə sorumlu olan və prezidentin ən məlumatlı və etibarlı tərəfdarı olmalı olan şəxsin belə davranışını Trampın diplomatik səylərini yalnız bilərəkdən təxribata uğratmaqla izah etmək olar.

ABŞ başçısı özünün partlayan coşğunluğu ilə tanınıb və öz administrasiyasnın  yüksəkməqamlı üzvlərini daha xırda qəbahətlərə görə işdən qalmaqalla çıxarıb, amma Boltonun başına bir iş gəlməyib. Bu, düşünməyə vadar edir ki, onun tabelik statusu formallıqdan savayı bir şey  deyil.

ABŞ prezidentinin özü dəfələrlə bəyan edib ki, onun əsas problemi və ən önəmli siyasi rəqibi dərin dövlət (“The deep state”) adlı qurum – kimin ABŞ-ın rəsmi prezidenti olduğundan asılı olmayaraq Birləşmiş Ştatları de-fakto yönəldən, heç kimin seçmədiyi siyasilər, məmurlar və poqonluların qeyri-formal qrupudur. Boltonun batmazlığına görə təəssürat yaranır ki, Trampın yenə də azdan-çoxdan açıqca müstəqil siyasət yürütmək səylərinə baxmayaraq, bu “dərin dövlət”in təmsilçilərini öz administrasiyasından belə də təmizləyə bilməyib.

Burada prezident Putinin Amerika hakimiyyət sisteminin, əslində, necə işlədiyi haqda hekayətini necə yada salmayasan: “Mən Amerikanın artıq həm bu, həm başqa, həm də o biri prezidentiylə təmasda olmuşam – prezidentlər gəlib gedir, siyasət isə dəyişmir. Bilirsiniz niyə? Çünki bürokratiyanın hakimiyyəti çox güclüdür. Adamı seçiblər, o, bəzi ideyalarla gəlir, yanına keysli (balaca çamadan-red.), qəşəng geyinmiş və mənimki kimi, amma qalstuku qırmızı deyil, qara, ya da gömgöy olan tünd kostyumlu  adamlar gəlir və necə etmək gərəkdiyini izah etməyə başlayırlar və hər şey bir anda dəyişilir. Bir administrasiyadan o birinə beləcə baş verir. Nəyisə dəyişmək olduqca qəliz məsələdir – mən bunu heç bir kinayəsiz  deyirəm. Ona görə deyil ki,kimsə istəmir, çünki qəliz işdir”.

Donald Trampın nəyisə dəyişməkdə parlaq arzusu Suriyadan qoşunları çıxarmaq haqda gözlənilməz qərarı olub. Amerikanın nüfuzlu KİV-lərinin “məlumatlı qaynaqları”nın iddia etdiyi kimi, bu, Pentaqonun yüksəkçinliləri və Dövlət Departamentinin yüksəkməqamlılarının açıq müqavimətiylə qəbul olunub. Yəni həmin “dərin dövlət”in təmsilçilərinin. “Dərin dövlət”in artıq 2018-in aprelində Trampın qoşunları Suriyadan çıxarmaq qərarını ləğv etməyə nail olduğu nəzərə alınmaqla bu, özəlliklə önəmlidir.

Bolton bir həftə qabaq, qoşunların çıxarılması elanından bir an sonra təcili İsrail baş naziri Benyamin Netanyahyu ilə danışıqlara yollanıb və bundan sonra faktiki bildirib ki, qoşunların yubanmadan çıxarılması olmayacaq, bununla hətta üzü üzlər görmüş, prezident qərarıyla sanki onun tabeliyində olanın bəyanatları arasında bu qədər birbaşa ziddiyyəti aşkarca gözləməyən Amerika jurnalistlərini də heyrətə  salıb. Sonuncu elə danışıb ki, elə bil, Birləşmiş Ştatları o yönəldir.

Durum bir neçə gün boyunca məzhəkə və komediya arasında balanslaşdı: Amerikaiçi münaqişənin bütün iştirakçıları ziddiyyətli bəyanatlar verib və bu zaman görüntü yaradıblar ki, hər şey qaydasındadır. Bununla belə, qalan bütün dünya dəqiq anladı ki, Vaşinqtonda aşkar ikihakimiyyətlilik qurulub və indi Amerika silahlı güclərinə nəzarət uğrunda çarpışma gedir. Və budur, Donlad Tramp ən sonda taktiki qələbə çala bilib – sanki texnikanın Suriyadan çıxarılması başlanıb. Ən azı, Amerikanın “The Wall Street Journal” və “Newsweek” kimi bir neçə nüfuzlu nəşri bundan xəbər verib və indiki halda Boltonun şərti “qırğılar”ıyla Trampın “təcridçilər”i arasında qarşıdurmanın informasiya tərkibi ən önəmlisidir.

“Newsweek” texnikanın çıxarıldığının başlandığı haqda xəbər verərək  vurğulayıb ki, bu, Boltonun mövqeyinə baxmayaraq edilib, “The Wall Street Journal”-in materialı isə Amerikanın jurnalistlərə və Amerikanın geniş auditoriyasına məlumat verməyi gərəkli sayan hansısa yüksəkməqamlı, adı çəkilməyən hərbçisinin sitatına özəl diqqət ayırıb: “Planlar dəyişilməyib. Biz Boltona tabe deyilik”.

Hər halda, görünür, ordunun bir bölümü məhz Donald Trampın mövqeyini dəstəkləyir və “dərin dövlət”ə deyil, ona tabe olur.

Amma bunun Trampın prezident səlahiyyətlərini tamamilə gerçəkləşdirməsinə bəs edib-etməyəcəyi böyük sualdır. Çox ehtimal ki, istənilən bölgüdə ikihakimiyyətlilik və aşkar daxili-siyasi dartışma dinc yolla həll edilə bilməyəcək. Çünki münaqişə tərəfləri arasındakı ziddiyyətlər prinsipal və çətin dəfolunandır. Qalan dünya bu qarşıdurmadan yalnız udur: bu durum nəticəsində Amerika nə qədər çox zəifləyərsə, Vaşinqton uğrunda savaşda qalib çıxanlarla sonradan dil tapmaq və ya “kəsirini vermək” daha asan olacaq. Tərcümə Strateq.az-ındır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam