Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vasif Talıbov hakimiyyəti oğluna ötürür: Naxçıvanda köhnə komanda üzvləri sıradan çıxarılır-(İLGİNC TƏFƏRRÜAT)

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oğlu Seymur Talıbovu yerinə hazırlaşdırır. Səbəb isə Vasif Talıbovun səhhətində yaranan ciddi problemlərdir.

Yenixeber.org: Səhihliyinə şübhə etmədiyimiz mötəbər mənbələrdən saytımıza daxil olan məlumatda bildirilir ki, artıq xəstəlik səbəbindən Ali Məclis sədrinin muxtar respublikanın idarə olunmasında iştirakı formal xarakter daşıyır. Hazırda Naxçıvanda bütün idarəetməni Seymur Talıbov həyata keçirir.

Mənbənin sözlərinə görə, son illər muxtar respublikada yüksək vəzifəli şəxslərin bir-birinin ardınca işdən çıxarılması və əmlaklarının “milliləşdirilməsi” prosesi Seymur Talıbovun Ali Məclis sədrliyinə hazırlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, sonuncu dəfə Naxçıvan Gömrük Komitəsinin sədri Asəf Məmmədov işdən azad edilib və paytaxt Bakı başda olmaqla ölkədəki bütün biznes və daşınmaz əmlakları əlindən alınıb. Hazırda Asəf Məmmədovun ölkə xaricindəki biznesinin “milliləşdirilməsi”nə başlandığı da yayılan məlumatlar sırasındadır. Redaksiyamıza daxil olan məlumatlara görə, Asəf Məmmədovun Naxçıvanı tərk etməsinə məhdudiyyət qoyulub. Sabiq komitə sədrinin hətta yaxın dostu, intihar etməyə məcbur qalan Mirməhəmməd Seyidovun Bakıda keçirilən yas mərasimində iştirakına belə imkan verilməyib.

Mənbə qeyd edir ki, Vasif Talıbovun qudası, muxtar respublikanın daxili işlər naziri Fazil Ələkbərov xaricdəki biznesini əlindən almaq üçün Asəf Məmmədova dəhşətli işgəncələr verməkdə davam edir. Bu səbəbdən də yaxınlarının Asəf Məmmədovun həyatı üçün narahat olduqları üçün ölkə rəhbərliyinə davamlı şəkildə müraciətlər etdiyi bildirilir.

Qeyd edək ki, təxminən 2 ay əvvəl işdən çıxarılan Asəf Məmmədovun  səlahiyyətlərini Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səhhət Həbibbəyli həyata keçirir. Yaxın günlərdə Səhhət Həbibbəylinin sədr postuna təyinatının rəsmiləşəcəyi gözlənilir. Mənbənin sözlərinə görə, Səhhət Həbibbəyli artıq özünü Seymur Talıbovun yeni komandasının aparıcı şəxslərdən biri kimi görür və buna uyğun olaraq hərəkət edir.

Asəf Məmmədovun Seymur Talıbov və Fazil Ələkbərov cütlüyünün qəzəbinə tuş gəlməsinin əsas səbəblərindən biri kimi də Səhhət Həbibbəylinin sabiq rəisi ilə bağlı verdiyi “donos”ları göstərilir (Bu barədə əvvəlki yazılarımızda ətraflı məlumat vermişik – red).

Bu arada qeyd edək ki, Mirməhəmməd Seyidovun intihar etməsi ilə bağlı hələ də cinayət işi başlanmayıb. Saytımıza daxil olan məlumatlarda bildirilir ki, Fazil Ələkbərov Mirməhəmməd Seyidovun sürücüsünə təzyiq göstərərək, məsuliyyətdən yayınmaq üçün sürücüdən lazım olan ifadəni almağa çalışır.

Xəbər verdiyimiz kimi, Mirməhəmməd Seyidov Muxtar Respublika Daxili İşlər Nazirliyində şəxsən Fazil Ələkbərovun özünün iştirakilə 1 aya yaxın davam edən fiziki və mənəvi işgəncələrə görə həyatına son qoyub. Yəni o ölməyib, öldürülüb. Ən sonuncu dəfə, yəni dekabrın 30-da səhər onu yenidən DİN-ə çağırıblar. O, bu dəfə daha pis formada təhqir olunub və döyülüb.

M.Seyidova işgəncələrdə nazir F.Ələkbərov bəzən şəxsən iştirak etsə də, ona qarşı 1 ay davam edən qəddarlığın başında Əşrəf İbrahimov dururdu. Əşrəf bu yaxınlaradək MR DTX-nın rəisi əvəzi vəzifəsini tuturdu. Bu sistemə polisdən gətirilmişdi. İstər polis sistemində, istərsə də DTX-da və camaat arasında nifrət olunan biri idi.

Bu yaxınlarda Əşrəf İbrahimov Bakıda qızına MR rəhbərliyindən icazə almadan onlarla bahalı müğənninin işrirakilə təmtəraqlı toy etdiyinə görə Vasif Talıbovun qəzəbinə tuş gəldi və işindən uzaqlaşdırıldı. Lakin Fazil Ələkbərov onu yenidən DİN-ə qaytardı və özünün sağ əlinə çevirdi.

Naxçıvanda artıq hami bilir ki, Mirməhəmməd Seyidovun qatili Fazil Ələkbərovla Əşrəf İbrahimovdur. Onlar da çox güman ki tapşırığı Seymurdan alıblar.

Dərc etdiyimiz və Naxçıvan rəsmiləri tərəfindən təkzib olunmayan xəbərlərdə deyilir ki, Fazil Ələkbərov Mirməhəmməd Seyidovdan keçmiş Gömrük Komitəsinin sədri Asəf Məmmədova qarşı ifadə verməyi, həmçinin hansısa böyük cinayətləri öz üzərinə götürməyi və 30 milyon dollar pul verməyi tələb edib. Həmçinin Mirməhəmməd Seyidovun bacısı oğlu və Asəf Məmmədovun Bakıda tikdirdiyi otelin tikintisinə nəzarət etmiş Şahin Şükürovu da Naxçıvana çağıraraq Asəf Məmmədovun əleyhinə ifadə almaq üçün ona dəhşətli işgəncələr verilib.

Məlumatda bildirilirdi ki, sonuncu dəfə bacısı oğlunu Məhəmmədlə üzləşdirəndə də polkovnik rütbəli Əşrəf İbrahimov hər ikisini təhqir edib, işgəncə vermişdi: “Ayın 30-da isə Əşrəf Mirməhəmmədi arvad uşağını nazirliyə gətirtdirəcəyi ilə hədələyib, arvadını, qızını söyüb, çox sevdiyi tək oğlunun başına oyun açacaqları ilə hədələyib. Bu təhqirlərə artıq dözə bilməyən Mirməhəmməd Əşrəfə deyib ki, burax gedim Naxçıvandakı evimin sənədini gətirib sənə verim, belə etmə. Elə bu məqsədlə də buraxıldıqdan sonra gəlib evindən tapançanı götürüb. Rayonun çıxışında isə maşından düşərək sürücüsünə getməyi tapşırıb. Maşın bir qədər aralandıqdan sonra ürək nahiyəsinə açdığı atəşlə özünü öldürüb”.(aztoday.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam