Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

KONQRESİN TÜRKİYƏ İLƏ BAĞLI İNADKARLIĞI:qanunvericilər Tramp administrasiyasından daha sərt tələblər irəli sürürlər

Brayant Harris

“Əl-Monitor”, 10.01.2019

 

Vaşinqton və Ankaranın münasibətləri amerikalı pastor Endrü Bransonun ucbatından müvəqqəti olaraq gərildi, amma onun azad edilməsindən sonra yenidən düzəlib. Bununla belə, Konqres hələ də Ankaraya xəbərdarlıqlar edir.

Yenixeber.org: Ötən həftə hər iki palatadakı demokratlar Türkiyəyə silah satışını qadağan və sanksiyalar tətbiq edən məsrəflər layihəsinə səs veriblər. Birpartiyalı üstünlüyün olduğu keçən il respublikaçılar da eyni mövqedə idi.

İndi Senatdakı çoxluğun lideri Mitç MakKonnell prezident Donald Trampın Meksika ilə sərhəddə divarın tikintisini maliyyələşdirən büdcəni təsdiqləməkdən imtina edir. Ancaq hər iki palatada qanunvericilər bu il Türkiyə ilə bağlı düşüncələrini Ankaranın növbəti addımlarına əsaslandırırlar.

Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemini alması niyyəti, ABŞ vətəndaşlarının və işə götürülmüş konsulluq işçilərinin həbsləri davam edir.

Senator Cin Şahin “əl-Monitor”a deyib: “Hər şey Türkiyənin “S-400” raket sistemini alıb-almayacağın bağlıdır və bu, bəzi təsirlərə səbəb olacaq. Biz hələ də məsələni müzakirə edirik”.

Xarici yardım qrupunun üzvləri Şahin və senator Ceyms Lankford ötən il Türkiyəyə silah satışına tətbiq olunan sanksiyaların lehinə olub. Şahin-Lankford müddəaları Rusiyadan “S-400”-ün alışı ilə bağlı olaraq Tramp administrasiyasının Ankaraya “F-35” təyyarələrinin verilməsinə qadağa qoyur.

Türkiyə, Birləşmiş Ştatlar və bir çox başqa ölkələrlə birlikdə “F-35”-in stehsalı proqramında iştirak edir. Pentaqon ötən il Konqresə məlumat verib ki, Türkiyənn birgə istehsal proqramından çıxarılması 50-dən 70-ədək “F-35”-in təhvil-təslimini iki ilə qədər gecikdirə bilər.

“S-400” satışı ilə irəliləmənin də, ABŞ-ın düşmənlərinə müqavimət haqqında qanuna (2017-ci il) uyğun olaraq, Türkiyəni ABŞ sanksiyaları ilə üzləşdirməsi mümkündür. Bu qanun Tramp administrasiyasından Rusiyanın müdafiə sektoru müəssisəsələri, o cümlədən “S-400”-ü istehsal edən “Almaz-Antey”lə iş aparan ölkələrə qarşı sanksiya tətbiqini tələb edir.

Şahin və Lankford ABŞ vətəndaşlarının həbsə alınmasına məsul olan üst səviyyə türk səlahiyyətlilərinə viza verilməsini qadağan edən daha sərt sanksiyaların tətbiqinə tərəfdar olublar.

Bu, Türkiyənin Endrü Bransonun azad edilməsindən – respublikaçıların yevangelist seçici bazasının çalxalanmasəndan əvvəl olub. Türkiyə pastoru sərbəst buraxıb, amma başqa bir ABŞ vətəndaşını – NASA podratçısı Serkan Qolcanı həbsdə saxlamağa davam edir. Tramp Bransonun azad etmək üçün çağırışlar edərkən, senator Şahin Ankaranın alim və işə götürülmüş ABŞ konsulluq əməkdaşının tutulmasından narahatlığı dilə gətirib.

Nəhayət, 2017-ci ildə Ərdoğanın Vaşinqton səfəri zamanı etirazçıları döyməkdə ittihamlanan təhlükəsizlik əməkdaşları ABŞ məhkəmələrində mühakimə olunmayana qədər silah satışına qadağa qoyulacaq. Tramp administrasiyası 11 şəxsə qarşı ittihamları ləğv etdikdən sonra onlardan yalnız dördünün işi ABŞ məhkəmələrində qalmaqdadır.

Konqresdən fərqli olaraq, Tramp administrasiyası ittifaq axtarışını davam etdirir.

Ərdoğanın Trampı ABŞ qoşunlarını Suriyadan çıxarmağa razı salması və Ankaranın terrorist qrup olaraq gördüyü ABŞ dəstəkli “Kürd Xalq Müdafiə Birləşmələri”nə (YPG/PYD) qarşı hücumuna yol açdıqdan sonra sanki yaxşılaşma baş verməli idi.

Ancaq administrasiya geri çəkilmək üçün ilk 30 günlük qrafik fikrindən daşınıb və Ankaradan suriyalı kürdlərə hücumdan çəkinməyi tələb edib. Buna cavab olaraq Ərdoğan milli təhlükəsizliyi məsləhətçisi Con Boltonla görüşü ləğv edərək, əvəzinə onu Məclis kürsüsündən topa tutub.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam