Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Vaşinqton-Ankara gərginliyi artıb-Boltonun səfərindən sonra

 

Boltonun səfərindən sonra Vaşinqton-Ankara gərginliyi artıb
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun amerikalı hərbçilərin Suriyadan çıxarılmasını müzakirə etmək üçün Ankaraya səfərindən sonra ABŞ-Türkiyə münasibətlərində yeni gərginlik yaranıb.
Yenixeber.org: Bu barədə “CBS News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bolton ABŞ qoşunlarının çıxarıldığı təqdirdə VaşinqtonunSuriyadakı müttəfiqlərinə hücum edilməyəcəyinə dair Ankaradan zəmanət almaq istəyib. Lakin zəmanət əvəzinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boltonu ciddi səhvə yol verməkdə günahlandırıb və onunla görüşdən imtina edib.

Ankara Suriyadakı kürd birləşmələrini PKK terror təşkilatının qolu hesab edir və tezliklə Fəratdan şərqə doğru yeni hərbi əməliyyatlara hazırlaşır. ABŞ prezidentiDonald Tramp isə qoşunların Suriyadan çıxarılmasına dair göstəriş versə də, kürdləri mümkün təhlükələrlə təkbaşına üzləşməyə qoymayacaqlarını deyir. Bu mənada, mənbələr ABŞ qoşunlarının Suriyadan çıxarılmasının Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq əvəzinə, gərginliyi daha da artıracağını bildirirlər.

Aydındır ki, ABŞ Suriyanın gələcək siyasi taleyilə bağlı istənilən qərarın qəbulunda həlledici kart olan kürdlərdən belə asanlıqla əl çəkməyəcək. Odur ki, ikitərəfli münasibətlərin inkişaf trayektoriyası amerikalı hərbçilərin bölgədən çıxma yolları və şərtlərinin Türkiyəni qane edib-etməyəcəyindən asılı olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam