Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Aİ Ermənistana niyə isti münasibət göstərir?

Yenixeber.org: Aİ-nin Ermənistana münasibəti ənənəvi olaraq istidir və artan xətlə inkişafdadır. Brüsseldə ER xarici işlər naziri Aİ təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı F.Moqerini ilə görüşüb, parlament seçkilərini müzakirə etdi. Ehtimal ki, Ermənistandakı parlament seçkilərinə müsbət qiymətin verilməsi həmin vaxt müzakirə olunub. Aİ-nin Ermənistandakı səfiri P.Svitalski Ermənistanda keçirilmiş seçkilərə çox yüksək qiymət verdi. Bir il öncə Ermənistanda keçirilən seçkiyə də P.Svitalski üstün qiymət vermişdi.

Aİ-nin Ermənistana münasibətinin kökündə bu ölkəyə təyin etdiyi səfirlərin korrupsiya əməlləri üstünlük təşkil edir. Aİ Ermənistanın şimal regionlarının inkişafı üçün 40 milyon avro vəsait ayırmaq niyyətindədir. Bunlar əsasən Azərbaycan və Gürcüstanla həmsərhəd regionlardır. Aİ çoxdandır Ermənistanın Azərbaycanla həmsərhəd regionlarında proqramlar reallaşdırmaqla əhalinin yaşayış yerini tərk etməməsində özünün rolunu oynamaq istəyir.

Aİ 2018-2020-ci illərin proqramı üçün Ermənistana nəzərdə tutduğu 176 min avrodan qarşıdan gələn 2019-cu il üçün 36 milyon avro vəsaiti ayırdı. Pul investisiya mühitinin yaxşılaşmasına, kiçik və orta sahibkarlığın möhkəmləndirilməsinə xərclənəcəkdir. 36 milyon dollardan 5 milyonu 2018-ci ilin sonunadək ayrıldı. Bundan əlavə Aİ 60 milyon avro qrant ayırdı. Məqsəd Ermənistanda innovasiya texnologiyalarını inkişaf etdirməkdir. Bu barədə Yerevanda keçirdiyi mətbuat konfransında Aİ-nin Ermənistanla əməkdaşlıq üzrə şöbəsinin başçısı Qonzale Serano məlumat verdi.

Aİ-nin Ermənistandakı səfiri P.Svitalski də Ermənistan hökumətinin reallaşdırdığı Gümrüdə texnoloji mərkəzin yaradılması layihəsinə dəstək verdi. Aİ səfirinin fikrincə, Ermənistan üçün yüksək texnologiya sahəsində digər dövlətlərlə rəqabət aparmaq çətin olsa da, o bundan çəkinməməlidir. Səfirin fikrincə, kiçik və orta biznesin ÜDM-də payına görə Ermənistan Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələr içində autsayderlər sırasındadır və Aİ-nin köməkliyi ilə bu, düzələcəkdir.

Ermənistan istehsalı toxuculuq və dəri məhsullarının 40%-i Aİ-yə ixrac olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam