Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“QARABAĞDA MÜHARİBƏ OLACAQ…” –Rusiyalı politoloq Paşinyanın çıxılmaz durumda olduğunu deyib

qleb pavlovski

Tanınmış rusiyalı politoloq, Rusiya Prezident Administrasiyası rəhbərinin sabiq müşaviri Qleb Pavlovski son dövrdə Ermənistanda baş verən hadisələr və Nikol Paşinyan hakimiyyətinin gələcəyilə bağlı maraqlı açıqlamalar verib.

Yenixeber.org: “Exo Moskvı” radiostansiyasına müsahibə verən Pavlovski Ermənistandakı inqilabın Qarabağda müharibəyə səbəb olacağını bildirib.

Politoloq Qafqazın çox həssas bölgə olduğunu xatırladaraq, Ermənistanda postsovet dövründə artıq bir neçə dəfə inqilabın baş verdiyini və hər dəfə də bunun hərbi münaqişənin alovlanması ilə nəticələndiyini deyib: “Kiçik bir ərazidə son 20-30 ildə bu qədər müharibə olub. Yalnız Yuqoslaviyada buna bənzər nəsə baş verib. Bəs inqilablar? Ermənistanda onların sayı az olmayıb. Ermənistan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində inqilablar yaşayıb. Həmin vaxt küçələrdə indiki inqilabla müqayisədə daha çox insan vardı. Adamlar küçələrdə yaşayırdılar, hər tərəfdən İrəvana axışırdılar. Sonra müharibə-inqilab, inqilab-müharibə. İndi də inqilab oldu – görünür ardınca müharibə olacaq…”

Politoloq bildirib ki, bir müddət sonra insanlar Paşinyandan nəticə istəyəcəklər, onunsa ortaya hansısa ciddi yenilik qoymaq imkanı yoxdur: “İndi düşünürəm ki, insanlar nəticə istəyəcəklər. O, nəticəni haradan alacaq? Hansı xüsusi nəticələr əldə etmək olar ki? Hətta Saakaşvili də bunu bacarmadı. Deməli, müharibə olmalıdır.”(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam