Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İsrail və Rusiya Suriyadakı yeni paradiqmada:Təl-Əvivi narahat edən təkcə İran deyil, həm də Türkiyədir

Mariya Dubovikova

“Əl-Ərəbiyyə”

08.01.2019

İsrail hazırda ABŞ-ın Suriyadan çəkilmə qərarının nəticələrini nəzərdən keçirir və bunun Suriyadakı əməliyyatlara necə təsir edəcəyini izləməə davam edir.

Yenixeber.org: Tel-Əvivdə Suriyadakı əsas müttəfiqin çıxışından sonra İsrail üçün hansı ciddi nəticələrin yaranacağını öyrənmək istəyənlər var.

Amerika prezidenti Donald Tramp bölgədəki münaqiəyə az-çox cəlb olunmuş bütün partiyalar üçün sürpriz bir qərar qəbul edib; o, İŞİD-in məğlub olduğunu car çəkib. Trampın sözlərinə görə, ABŞ-ın Suriyadakı missiyası başa çatıb və ABŞ əsgərlərinin Suriyada qalmasına heç bir səbəb yoxdur.

İsrail üçün bu hərəkət narahatlqdır. O, İranın dəstəklədiyi silahlı milislərə görə təhlükə ilə üzləşdiyini düşünür.

Təl-Əvivi ABŞ-ın çəkilməsindən narahat olmaq üçün hər hansı bir bşqa səbəbi varmı? ABŞ prezidenti Donald Trampun hərəkətləri İsrail üçün nə deməkdir?

“Bu addım İsrailə zərər verməyəcək”, – deyən bəziləri proqnozlaşdırırlar ki, çəkilmə qərarı hələ ABŞ-ın həqiqətən Suriyadakı sahələri tərk edəcəyi mənası vermir.

Hərbçilər Vaşinqtonun İsrailə güvən verdiyini təsdiqləyir: bu qərar ABŞ-ın Suriyaya yaxın ölkələrdə bazalrı olduğundan bu sahələr təhlükəsiz qalacaq.

Bundan başqa, Suriyadan çəkilmə regiondan çəkilmək demək deyil. Amerika qaynaqları ABŞ-ın İraq şəhəri Ənbarda, İraq-Suriya sərhədinin yaxınlığında yeni hərbi baza qurduğunu təsdiqləyib.

Hərbi baxımdan rəmzi olan amerikan qüvvələrinin çıxarılması Suriyanın şimal-şərq hissəsində azad olmayan ərazilərdə hakimiyyət balansına təsir edəcək.

 

Bölgəyə baxış

Ani elan ABŞ prezidentinin hərbi xərcləri nəzərdən keçirməsindən başqa bir şey deyil. Yerlərdəki gerçəklik diktə edir ki, amerikalı qoşunların az xərclərlə digər sadiq qruplara təlim verməsi qeyi-mümkündür, bunu başqa qüvvələr daha məhdud məsrəflə həyata keçiə bilər.

Buna baxmayaraq, İsrail baş naziri Benyamin Netanyahu 2019-cu il yanvarın 4-də Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyanın prezidenti Vladimir Putinə zəng edib. Onlar Suriyadan çıxış, terrorizmlə mübarizə, hərbi və diplomatik kanallar vasitəsilə ikitərəfli koordinasiya və əməkdaşlığı gücləndirmək zərurətini nəzərdən keçiriblər.

Netanyahu İranın Suriyadakı varlığını bərqərar etməsinə maneə törətmək səylərini davam etdirməyə qərarlı olduğunu vurğulayıb. İsrail son illərdə Suriyada İran və İran dəstəkli milis obyektlərinə yüzlərlə hava hücumu həyata keçirərək, Tehranın yəhudi dövlətinə qarşı forpost yaratmasının qarşısını almağa çalışıb.

ABŞ-ın hətta nisbi olaraq geri çəkilməsi şəraitində, Suriyadakı hadisələrlə əlaqədar olaraq Rusiyanın İsrail üçün əhəmiyyəti artmaqdadır. Belə vəziyyətlərdə Rusiya Suriyada İranı çəkindirməni ehtiva edən mühüm oyunçu kimi görünür.

Rusiya, İsrailin hava zərbələri və Rusiya hərbi təyyarəsinin vurulmasına hiddətlənirsə də, Moskva bu günə qədər İsraili cəzalandırmayıb.

Qlobal xarici siyasət strategiyalarında Moskvanın İsrailə ehtiyacı var və İsrail bunu bilir. Beləliklə, Təl-Əviv bu məqsədlə Moskvanı şantaj və təhqir edir, xüsusilə də Rusiyanın sanksiyalar altında olduğu dönəmdə.

 

Ərdoğanın monoloqu

İsrailin Rusiyaya ehtiyacı var, təkcə Tehranın təhdidinə görə deyil, Türkiyəni də təhdid edir. Ərdoğanın Yaxın Şərqdəki obrazı və populyarlığı hətta ərəblər arasında artır.

Türkiyə prezidenti çıxışlarında İsraili və onun rəhbərliyini hədəf almaq fürətini əldən qaçırmır, İsraili bölgədəki xaosa görə günahlandırır. İsrailin həm iki müttəfiqinin – Moskva və Vaşinqtonun Türkiyə ilə əlaqələrini nəzərə alaraq, İsrail Türkiyəni çəkindirmək üçün hər iki kanaldan istifadə etməyə hazırdır.

Bundan əlavə, bəzi rus mənbələrinə görə, Netanyahu və Putin digər mövzular arasında Rusiyanın hərbi təyyarəsinin vurulmasından qısa müddət sonra Suriyada yerləşdirilən “S-300” raket əleyhinə batareyalarnı müzakirə ediblər.

İsraillilər Rusiyadan Tartusdalı “S-300” batareyalarını Suriyadakı Deyr əz-Zor şəhərinə, İraq sərhədinə yaxın ərazilərə aşınmasını istəyiblər.

Suriyadakı vəziyyət balanssız və qeyri-sabit qalır. Baxmayaraq ki, bu, Təl-Əvivi İran təhdidlərindən qorumağa yönəlmiş tədbirlər üçün əhəmiyyətli marjla təmin, yəni İsrailin maraqlarına xidmət edir.

Təl-Əvivin milli sərhədləri və təhlükəsizlik təmin olunur. Bundan əlavə, İsrail Colan Təpələrini özü üçün saxlamağı və Suriyadakı qeyri-sabitliyin faydalı olduğunu düşünür.

İsrail sadəcə ABŞ və Rusiya arasında balans yaradır, Vaşinqtonu və Moskva ilə manipulyasiya etmək üçün öz gündəini onlara sırımağa çalışır.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam