Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ƏRDOĞAN TRAMPIN MÜŞAVİRİNİ QƏBUL ETMƏDİ –“Bu, ən alçaq iftiradır” + VİDEO

752x395-baskan-erdogandan-bolton-aciklamasi-1546944647869

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinin mili təhlükəsizlik məsələlər üzrə müşaviri Con Boltonun təklifini qəbul etməyib”. 

Yenixeber.org: “Yeniakit” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

 Məlumata görə, o bildirib ki, buna səbəb onun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub.

Xatırladaq ki, Bolton iki gün əvvəl İsraildə olarkən ABŞ qoşunlarının Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun sözlərinə görə, ABŞ Türkiyədən zəmanət gözləyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.
O, həmçinin qeyd edib ki, Türkiyənin Suriyada istənilən hərbi əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.

Con Bolton  Ankarada İbarhim Kalın, Türkiyə xarici işlər nazirinin müavini, MİT başçısının müavini ilə görüşüb.

Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etdikdən sonra Con Bolton ölkəsinə qayıdıb.

Rəcəb Tayyib Ərdoğan C.Boltonun açıqlamasına cavab olaraq deyib: “Boltonun mesajını udmağımız mümkün deyil. Bizim üçün YPG, PKK, PYD ilə İŞİD arasında heç bir fərq yoxdur. Terrorçulardan başqa indiyədək hansı kürd öldürülüb? Hazırda Suriyanın Kobani bölgəsindən olan 200 min kürd Türkiyəyə sığınıb. Suriyada türklərin kürdləri hədəfə alması ən alçaq, ən çirkin, ən şərəfsiz iftiradır.PKK/YPG-PYD-nin İŞİD-ə qarşı mübarizə apardığı da ağ yalanlardandır. İŞİD-lə PKK/YPG-PYD terrorçu qruplaşmaları arasında münaqişə mənfəət uğrunda baş verir”.

“Boltonun İsraildən verdiyi mesajı qəbul etməyimiz mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşlarım kimdir, YPG/PKK kimdir tanımırlar. PKK/PYD terror təşkilatı heç bir zaman kürd qardaşlarımı təmsil edə bilməz. Bolton çox ciddi bir səhv etmişdir, güzəşt etmərik”- deyə Ərdoğan bildirib.

TBMM-də jurnalistlərin suallarına cavab verən Ərdoğan Boltonla niyə görüşmədiyini də açıqlayıb:  “Boltonun muhatabıı İbrahim Kalındı. Zərurət larsa görüşəcəkdik, amma  olmadı.”

Ərdoğan bu səfərinin ardından ABŞ prezidenti Tramp ilə hər an telefon görüşməsi gerçekleşdirə biləcəyini də söyləyib.
“Əməliiyatlar nə zaman başlayacaq” sualını isə Ərdoğan ” Hər an ola bilər. Bu səfərdən sonra qısa zamanda hərəkətə keçə bilərik” deyə cavablandırıb.(azpolitika) 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam